Icma.az
close
up
RU
Qadının cəmiyyətdəki yerinə baxmadan bu inkişafdan danışmaq sadəcə söz yığını

Qadının cəmiyyətdəki yerinə baxmadan bu inkişafdan danışmaq sadəcə söz yığını

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Jan Jak Russo deyirdi ki, “insan azad doğulub, amma hər yerdə zəncirlənmişdir”…

Bu fikir həqiqətə uyğun bir fikirdir.

Zaman keçir, insanlar və düşüncələr dəyişir, biz də cəmiyyətin inkişafından dönə-dönə danışırıq. Amma etiraf etməliyik ki, qadının cəmiyyətdəki yerinə baxmadan bu inkişafdan danışmaq sadəcə söz yığınından başqa bir şey deyildir.

Qadını kölə vəziyyətində olan cəmiyyətin hansı inkişafından danışmaq olar?

Çox zaman qadına qarşı zorakılıq dedikdə ilk olaraq ağlımıza qadınların fiziki zorakılığa- döyülməyə məruz qalması göz önünə gəlir.

Amma ən səssiz, ən ağrılı, qadını yaşamaq istəmədiklərini yaşamağa məcbur edən, digər zorakılıq növlərini bərabərində gətirən zorakılıq növü iqtisadi zorakılıqdır.

Yəni qadının iqtisadi baxımdan həyatında olan kişidən iqtisadi asılılığıdır.

Bu zorakılıq qadının işinə, qəraraların, yaşam tərzinə, puluna qoyulan ağır bir qandaldır.

İqtisadi zorakılığa məruz qalan qadınlar bunu müxtəlif formalarda yaşayırlar.

Bəzən qadının işləməsinə icazə verilmir, bəzən qadının qazandığı əlindən alınır, bəzən isə qadınlar evdə səhərdən –axşama qədər işləsə də “sən işləmirsən” deyərək susdurulur.

Qadınların ev daxilində gördüyü işlər gözə görünmədiyi üçün kişilər çox zaman bunu “görə bilmədiyi” üçün dəyərləndirə də bilmirlər.

Amma evdə görülən işlər də əsində iqtisadi bir dəyərdaşıyır.

Bəzi kişilərin düşüncələri hələdə köhnə streotiplərlə çalışır. “Evin qadını işləməz” düşüncəsi ilə döyünən beyilərin məhsulu isə bu qadınları aşağılamaq olur.

İqtisadi zorakılıq qadınların düşüncə azadlığınıda əlindən alır.

Həyat yoldaşının pul kisəsinə toxunmaqdan qorxan, bank kartından qorxa-qorxa istifadə edən, xərcləmək üçün limitləri olan qadın azad şəkildə düşünə bilməz. Çünki belə qadın xarici gözəlliyinə fikir verə bilmək, istədiyini yeyə, geyə bilmək üçün mütləq şəkildə kişidən pul istəməlidir. Kişi isə “pulu verən” tərəf olduğu üçün onun da öz düşüncəsinə görə ağır tələbləri, limitləri olur. İqtisadi zoraklığında ağır tərəfi məhz budur- istədiyini edə bilməmək, istədiyin kimi yaşaya bilməmək…Açça qadın bu vəziyyətə yavaş-yavaş öyrəşir, qəbul edir, bir müddət sonra isə bu onun normalına çevrilir.

Müxtəlif araştırmalara görə, bu zorakılığa daha çox kənd yerlərində yaşayan, aşağı təhsil səviyyəli qadınlar məruz qalır.

Amma iqtisadi zorakılığı təkcə kəndin problemi kimi də dəyərləndirmək düzgü olmaz. Elə şəhərdə də , hətta ali təhsilli ailələlərdə belə qadına aid olan mülklərin həyat yoldaşı tərəfindən idarə edilməsi, qazandığı gəlirin “ailəə büdcəsi” adı altında əlindən alınması halları müşahidə edilir.

Təsəvvür edin ki, evin qadını işləyir, həyat yoldaşına baxır, onun siqaretinə kimi alır.

Və bunu qəbul edib, normallaşdırır. Bu kimi faktlara diqqət edən ba.aş düşmək olur ki, bu təkcə təhsilin aşağı səviyyədə olması ilə əlaqəli deyil, həm də zehniyyət yoxulluğu ilə əlaqəlidir.

İqtisadi zorakılığa qarşı qadın özü mübarizə aparmalıdır. Yəni kimsə gəlib həmin qadına deməyəcək ki, “qazandığını ərinə vermə”, “mülkünün idarəsini ona vermə”, “kişinin əlinə baxmağa məcbur deyilsən”, “sənin evdə gördüyün işlər onun çöldə gördüyü işlərdən çoxdur” və s. Bunu qadın özü dərk etməlidir.

İqtisadi zorakılıqla mübarizə aparmaq üçün ilk addım təhsildən və maarifləndirilmədən başlayır.

Hər bir qadın öz hüquqlarını bilməlidir. Bilməlidir ki, onun işləmək, qazanmaq, bank hesbaı açmaq, mülkiyyət sahibi olmaq kimi hüquqları var. Qadın bu hüquqlarını bilmirsə,o zaman onun iqtisadi azadlığından danışmaq da mənasız görünür.

Unutmamaq lazımdır ki, hər bir insan bu həyatı tək bircə dəfə yaşayır. İqtisadi cəhətdən kimdənsə asılı olub, pz arzu və istəklərini boğmaq üçün yaşamır.

Odur ki, bu iqtisadi asılılıqdan qurtulmaq lazımdır.

Bunun üçün kiçik ev biznesi qurmaq, onlayn işlə məşğul olmaq və ya bir sənət öyrənmək olar.

Bu sahədə atılan hər bir addım zorakılıqla mübarizədə bir cəhddir.

Qadın unutmamalıdır ki, bu gün onun puluna nəzarət etmək istəyən insan sabah onun həyatını idarə etməyə çalışacaq.

İqtisadi zorakılıq qadının irasədinə qarşı çıxma olduğu üçün həm də mənəvi bir savaşdır.

Yazıya başlayanda Jan Jak Russodan misal çəkmişdim.

İnsan azad doğulsa da, hər yerdə zəncirlənmişdir. Qadın iqtisadi asılılıq zəncirlərini özü qırıb atmalıdır. Bunun üçün qadının güçlü iradəsi olmalıdır.

Əks halda ömrünün uzun illərini hədər yaşadığını bir gün anlamış olacaq. Bir gün güzgüdə ağarmış saçlarına, qırışlar düşmüş üzünə baxanda iqtisadi zorakılığa məruz qaldığı zamanlara göz yumduğu üçün özünü bağışlamayacaq.

Unutmamalıyıq ki, azadlıq istədyimiz kimi geyinib, istədiyimiz yerə getmək deyil. Azadlıq öz büdcəmizə, öz arzularımıza, öz evimizə sahib ola bilmək duyğusudur.

Bir gün güzgüyə baxıb, eşman olmamaq üçün bu gün qərar ver!!!

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri