Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qadının geyimi, yoxsa üzündəki ifadə önəmlidir? MÜSAHİBƏ

Qadının geyimi, yoxsa üzündəki ifadə önəmlidir? MÜSAHİBƏ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Geyim əxlaq ölçüsü sayıla bilər?

- Bu mövzu bizim əxlaqi dəyərlərimizə, milli-mənəvi, mental dəyərlərimizə ciddi zərbə vuran məsələlərdir. Son dönəmlər, əsas da son 30 ildə böyük şirkətlər məhsulların satışı üçün müxtəlif marketinq üsullarına əl atırlar. Bu məqsəd birbaşa məhsulun satışının artımına xidmət edir. Burada təəssüfləndirici məqam ondan ibarətdir ki, bəzi kriteriyalar gözlənilməlidir. Ələlxüsus da müsəlman ölkələrində, türk dövlətlərində, Qafqaz dövlətlərində riayət edilməlidir. Onlara riayət edilmir. Riayət olunmayan, reklam kriteriyalarını aşan səbəblərdən biri də gənc qadınların bu satışı artırmaq üçün reklam vasitəsinə çevrilib istismar edilməsidir. Mən bunu zərif adlandırdığımız bir qadının istismarı adlandırardım. Cəmiyyətdə əks fikir söyləyənlər var ki, bir qadın əgər yarıçılpaq şəkildə musiqi səsləndirirsə, maşın satışı ilə məşğul olan şəxs yarıçılpaq şəkildə qadınla nümayiş etdirirsə, buna əxlaqsızlıq demək olmaz. Bəs əxlaq nədir? Birinci bilmək lazımdır ki, əxlaqın özü nə deməkdir? Əxlaq müəyyən meyara söykənən insanların bir-birinə, hətta təbiətə, heyvanlara qarşı olan davranışlar toplusudur. Qadınların da reklam vasitəsi kimi istifadə olunması özü cəmiyyətə qarşı əxlaqsız davranışdır. Bir ana bir geyim dükanına gedirsə, özünə geyim seçirsə, övladı yanında ola bilər. Peşə əxlaqın, ya da əxlaqsızlığın təbliğidir. Sosial şəbəkələrdə bu çıxış yüz minlərlə izləyici topladı. Sevindim ki, cəmiyyətin 90%-nin üstü buna dəstək verdi. Qadın işləyə bilər, təhsil də almalıdır. Mən bunu iki qız övladı olan azərbaycanlı ata kimi deyirəm. Qız təhsil almalıdır. Qadın işləməlidir. Sosial vəziyyət elədir ki, hər iki ailədə həm ata, həm ana bir-birinə dəstək olmalıdır. Amma qadın hər yerdə işləyə bilməz. Mən azərbaycanlı xanımları ofisiant qismində görmək istəmirəm. Qadınların tarqovuda, disko barlarda ərəblərin qabağına araq, pivə aparan ofisiant qismində işləməsini istəmirəm. Səbəb nə olursa olsun. Çünki o qadınlar gələcəkdə Azərbaycanımız üçün sağlam kişi vətəndaşlar yetişdirməklə mükəlləfdirlər. Barda ofisiant işləyən bir qadın gələcəkdə Azərbaycana hansı ruhda olan əsgər yetişdirə bilər? Təbii ki, əxlaqi yerində olmayan, o tipli qadınlara normal baxan ata formalaşacaq. O da öz övladlarını o formada tərbiyə edəcək. Əgər bir qadın bədən əzaları ilə pul qazanmağa başlayırsa, qadın məcburdur ki, bədənini formada saxlasın. Bizim cəmiyyətdə qadınların çoxu inqibatordan çıxmış cücə kimi bir-birinə bənzəyirlər. Bu, yolverilməzdir. Bu, "Azərbaycan ana prototipi"ni itirməkdir. Bununla mübarizə aparmaq lazımdır. Avropadan gələn liberalizmin, Qərbin, Amerikanın demokratik quruluşunun, dağılmış ailə modelinin Şərqə, müsəlman ölkələrinə gəlməsini qəbul etməməliyik. Onu götürsək, bizim də qısa müddətdə dəyərlərimiz aradan çıxacaq.

- İdeal qadın necə olmalıdır?

- Biz ideal qadın obrazını 40-50 il bundan öncə öz nənə, analarımızda görmüşük. Sovet dövründə bir ana 10-13 övlad dünyaya gətirirdi. Ən azı 7-8 övlad olurdu. Qəhrəman analar var idi, onlara ad verilirdi, onlara həvəsləndirici məbləğlər ödənilirdi. Həmin analar övladlarını mətbəx zənginliyi olmadan, kolxozda işləyərək, qucağında biri, belində bir uşağı çalışaraq böyüdürdülər. Ərlərinə də, övladlarına da baxırdılar. Burada kəmiyyət, keyfiyyət məsələsi var. Baxmayaraq ki, övladların sayı çox olurdu, rayonlarımızın ucqar kəndlərində həmin ailələrdən 5-8 ali təhsilli adamlar yetişirdi. Əsl qəhrəman ana obrazı həmin qadınlar idi. Bu məsələyə daha modern yanaşsaq, indi "azərbaycanlı ana" deyəndə prioritet məsələ olmadan imkan daxilində təhsil almalıdır. Evdə ata, qardaşının hörmətini saxladığı kimi öz ərinin də hörmətini saxlamalıdır. Qadının işləməsi onun iqtisadi asılılığının qismən azad olması onun əri ilə bərabər vəzifəli olması anlamına gəlməz. Bizim klassik ailə dəyərlərimizdə kişinin öz yeri, qadının öz yeri var. Bəzən hüquqlarla vəzifələri səhv salırıq. Deyirik ki, qadınla kişinin hüquqları eynidir. Bəli, bizim konstitusion hüququmuz eynidir, qadının da kişinin də səsvermə hüququ var. Amma vəzifələrimiz fərqlidir. Qərbin bizə aşılamaq istədiyi feminizm qadınlarımızın əxlaqını pozmağa, klassik ailə dəyərlərimizi dağıtmağa yönəlik addımdır. Əslində təəssüf olsun ki, buna qismən də nail olurlar. Bu sürətlə görünür ki, getdikcə buna nail olacaqlar.

- Soyunmağa meyilli olan qadınların sevgiyə möhtac olduğu deyilir. Bu doğrudur?

- Allah bəşəriyyətdə insan olaraq iki cins yaradıb: kişi və qadın. Bunların bir-birinə hissləri, ehtiyacı var. Allah Qurani-Kərimdə deyir ki, kişi və qadın bir-birinin libasıdır. Bir-birinin həm müəyyən ehtiyaclarını ödəyirlər, həm də qarşılıqlı ehtiyacları var. Bu ehtiyaclardan biri də sevgidir. Bu sevginin heç də geyimlə əlaqəsi yoxdur. Bu özü əxlaqsızlığın başqa ad altında tərənnümü deməkdir. Əxlaq gendən gələn bir amildir. Mən buna əlavə etmək istəyirəm. Genetik faktorlar da var, amma birbaşa əxlaq gendən asılı deyil. Çünki biz əxlaqsız ailədə doğulmuş bir övladı götürüb əxlaqlı ailəyə versək, 18-20 ildən sonra əxlaqlı insan görə bilərik. Yaxud da, əksinə ola bilər. Ona görə, əxlaq əslində sonradan qazanılan bir faktordur. Övladların az və çox olmasının çoxlu səbəbləri var. Səbəblərdən biri də cəmiyyətdə maddi disbalansın yaranması, əvvəlki dövrlərə nisbətən indi yaşam vasitələrinin daha çox maddiləşməsidir. Bu gün demək olar ki, kasıbın da, orta yaşayan ailələrin də övladları repetitor yanına gedir. Çünki repetitor yanına getməsən, demək olar ki, ali məktəbə qəbul ola bilməzlər. İstisna hallar olur, digər vaxtlarda mütləq repetitor yanına getməlidir. Çünki maddi ehtiyaclar çoxalır. Bir şeyin qazanılması üçün müəyyən bir şey qurban verilməlidir. Zən edən ki, bir qadın həm kariyera qurmalıdır, həm təhsil almalıdır, kişi də eyni zamanda işləməlidir. Dünyaya gətirilən uşağa evdə kim baxacaq? Hamının evdə qaynanası, baldızı yoxdur. 18 yaşında bir xanım ali məktəbə daxil olursa, 21 yaşında ali məktəb bitir. Əgər 21 yaşında ailə qursa, övlad dünyaya gəlsə, uşağın ən azından bağça yaşında ananın evdə qalması lazımdır. Çünki bu mərhələdə dərhal kariyera mərhələsi fəsad verəcək. Çünki evdə gələcək üçün övladın tərbiyəsi, təhsili var. İlkin, fundamental tərbiyə insanın həyatında çox önəmli yer tutur.

- Reklam, yoxsa əxlaqsızlıq?

- Həzrəti Əlinin bir sözü var. Deyir ki, başqasının namusundan gözünü çək ki, sənin də namusundan gözlərini çəksinlər. Həyat bumerangdır, misalı var. Bir kişi gərək kişi olsun. Kişi ətrafdan anasına, bacısına hansı münasibətin göstərilməsini istəyirsə, bunu düstur kimi özü üçün götürməlidir. Başqasının namusuna qarşı diqqətli olmalıdır. Fərqi yoxdur, qarşındakı xanım necə geyinib, o bilər, Allahı bilər. Sən bu məsələni özün üçün prioritet kimi götür. Bizim cəmiyyətdə köhnə bir yanaşma var. Yaşlı insanlarımız əvvəllər boşanmış qadına sanki ləkələnmiş qadın kimi baxırdılar. Amma boşanmaq belə deyil. Təbii ki, boşanmaq yaxşı bir şey deyil. Cəmiyyətimizdə 90%-dən çoxu özünə müsəlman deyir. Allahın sevmədiyi əməl boşanmaqdır. Bu bizə düzgün hədis kitablarında gəlib. Amma belə bir qayda da yoxdur, birinə ərə getdin, ömrünün sonuna kimi onunla yaşamalısan. Təbii ki, ailə quranda bu məqsədlə yanaşırsan. Gedişatda insanlar bir-biri ilə sevib evlənirlər. Bir müddət keçdikdən sonra ya insani keyfiyyətlərinə görə hörmət edirlər, ya da keyfiyyətsizliklərini görüb sevgiləri yoxa çıxır. Hətta nifrətə çevrilir. Bir uğursuz ailə varsa, bu, kişinin anormal olmasından, qadının da əxlaqsız olmasından xəbər vermir. Ola bilər ki, xarakterləri uyğun gəlmir. Sonunda çıxış yolunu ayrılmada görürlər. Nə kişiyə, nə də qadına pis baxmaq lazımdır. Əgər əxlaqlı qadın ailə qurduqdan sonra əri pis vərdişlərə qurşanıbsa, ruhən və fiziki olan bir insanla niyə həyat sürsün? Qeyd edim ki, fiziki şikəst olan insanla ömür başa vuran bilərsən. Çünki heç kim heç nədən sığortalanmayıb. Bizim nə qədər qazilərimiz var. Onların hesabına biz rahat oturmuşuq. Amma bir insanın mənəviyyatı, əxlaqi şikəst oldusa, onunla ömür cürütməyə dəyməz. Ondan boşanmaq lazımdır. Ona görə də, biz boşanmış qadınlara əxlaqsız damğasını vurmamalıyıq. Heç kim boşanmadan sığortalı deyil.

- Qadının geyimi, yoxsa üzündəki ifadə önəmlidir?

- Təbii ki, geyim əxlaq göstəricisidir. Qadın geyiminə fikir verməlidir. Nəinki qadınlar, hətta kişilər də nə gəldi geyinə bilməz. Bu gün biz təəssüflər olsun ki, bəzi kişiləri də anormal geyimlərdə görürük. Bu, heç də ürəkaçan deyil. Hamımızın bildiyi sosial şəbəkə məsələsi insanların əxlaqına çox təsir edir. Bu gün hər kəsin əlində telefon əlçatandır. Ələlxüsus da, "TikTok" sosial şəbəkəsində istənilən əxlaqa sahib insanlar istənilən təbliğatını aparır. Ən təəssüfləndirici məqam ondan ibarətdir ki, canlı yayımlarda on minlərlə izləyici var. Alim, həkim çıxıb faydalı bir şey danışırsa, 100-150 nəfər baxır. Hər hansı əxlaqsız çıxanda canlısında 14 min adam olur. Hədiyyələrin sayı-hesabı yoxdur. Onlar bu hədiyyələrin hesabına evlərə, maşınlara sahib olurlar. Dəhşətlisi odur ki, onlar bizim dəyərlərdən danışırlar. LGBT nümayəndəsi kişilikdən danışır. Qadın və oğlanlar da deyir ki, "sənə halaldır". Cəmiyyətimizin başqa problemlərindən biri də budur ki, bu şeyləri tənqid edən adamlar çılpaq geyinən müğənniləri, reklam aparan simaları görəndə inanın ki, şəkil çəkdirməyə qaçırlar. Halbuki, şərhlərdə tənqid yazırlar. İctimai qınaq olmalıdır. Dəyərlərimizə sahib çıxmalıyıq. Avropadan gələn dəyərləri milli süzgəcdən keçirmədən qəbul etməməliyik. Təəssüflər olsun ki, biz Avropa istiqaməti götürmüşük. Əgər dəyərlərimizə sahib çıxmasaq, 25 ildən sonra indiki gənclərin bəlli yaşı olacaq. Onlar bu məsələlərə artıq əxlaqi normativ kimi baxacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri