Icma.az
close
up
RU
Bizim kimi komandalar üçün azarkeş dəstəyi çox önəmlidir MÜSAHİBƏ

Bizim kimi komandalar üçün azarkeş dəstəyi çox önəmlidir MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Karvan-Yevlax"ın kapitanı Vadim Abdullayev Sportal.az saytına müsahibə verib.

- Mövsümün ilk oyununda "Qəbələ" ilə qarşılaşdınız və heç-heçə oynadınız. Bu, sizi razı salan nəticə idi? 

İlk oyun həmişə və hər bir komanda üçün ağır olur. Çünki adaptasiyaya vaxt lazımdır. Yeni komandayıq, yoldaşlıq oyunu az oynamışıq. Ona görə bizə bir az zaman lazımdır. İstənilən halda, “Qəbələ” önünə qələbə üçün çıxmışdıq. Allaha şükürlər olsun ki, ən azından bir xal qazana bildik.

- Səncə, daha artığını etməyə potensialınız var? Yığılan kollektiv çempionatda daha çoxunu edə biləcək gücdədir?

Bunu zaman göstərəcək. Hamımız daha yaxşısına inanmalıyıq, çalışmalıyıq. Möhkəm kollektiv olsanız, istədiyinizə tədricən çata bilərsiniz. Biz də, bu cür yanaşırıq.

- "Karvan-Yevlax"da kapitanlıq sarğısını daşımağını necə şərh edərdin? Komandada yenisən, amma məşqçilər korpusu sarğını sənə həvalə edib...

Məşqçilər korpusunun verdiyi qərardır. Təşəkkür edirəm ki, buna layiq görüblər. Mənim üçün yeni təcrübə deyil. Əgər onu mənə layiq görüblərsə, qarşılığını vermək borcumdur. Təbii ki, bunu həm meydanda, həm də meydandan kənarda nəzərdə tuturam. 

- Komandanız hələ ki ev matçlarını evində keçirmir, Şamaxıda oynayır. Bunun komandanın oyununa, nəticələrinə təsiri olacaq? 

Təbii ki, səbirsizliklə ev oyunlarımızı doğma meydanda oynamaq arzusundayıq. Bizim kimi komandalar üçün azarkeş dəstəyi çox önəmlidir. O vaxta qədər bütün oyunlar səfər kimi olacaq.

- Növbəti turda isə rəqibiniz "Kəpəz"dir. Yəqin ki, sabah onların da oyununa baxacaqsınız və rəqib haqda da bir fikir formalaşacaq?

Hər oyunun öz hökmü var. İstənilən görüş həm ağır, həm də fərqlidir. Rəqibimizi həm izləmək fürsəti olacaq, həm də məşqçi heyəti oyuna qədər bizləri məlumatlandıracaq. Məşqlərdə ciddi hazırlaşacağıq ki, səhvləri aradan qaldıraq və hazır olaq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Avqust 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri