Icma.az
close
up
RU
Yeni nəşr topluları almaq önəmlidir? Repetitor ilə MÜSAHİBƏ

Yeni nəşr topluları almaq önəmlidir? Repetitor ilə MÜSAHİBƏ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlər üçün yeni test toplularını nəşr edib. Bu siyahıya Azərbaycan dili və ədəbiyyat fənləri üzrə toplular da aiddir. Ən son topluların yeni variantı isə 2023-cü ildə nəşr edilmişdi.

Redaktor.az Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov ilə müsahibəni təqdim edir:

- Topluların tez-tez yeni nəşr ilə əvəzlənməsi məqsədəuyğundurmu?

- Bu, belə də olmalıdır. Çünki elm daim inkişaf edir, dəyişir, müəyyən bir məsələyə yanaşmalar da dəyişir. Bu baxımdan yeni tip, yeni test suallarının formalaşması təbii olaraq, yeni sual modellərinin yaranması ilə nəticələnir, bu da həmin jurnalların dəyişdirilməsini zəruri edir.

Ənənəvi sual tipləri uzun müddət şagird tərəfindən öyrənilir və şagird üçün çox asan gəlir. Müəyyən bir sualı və müəyyən yanaşmanı şagird ənənəvi suallarla daha rahat cavablandırır. Bu baxımdan da düşünürəm ki, hər dəfə Dövlət İmtahan Mərkəzi yeni-yeni sual modelləri nəşr etdirir və həmin sual modellərinə uyğun imtahan verən zaman o modellərə oxşar suallar çıxır.

Bütün bunları nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi yeni tip sualların, sual modellərinin şagirdə daha rahat və aydın olması üçün ənənəvi sualları yeni sual tipləri ilə əvəz edir. Bu əslində şagirdə kömək məqsədi daşıyır. Məncə, burda heç bir qeyri-adi bir şey yoxdur. Məncə, belə də olmalıdır. Çünki dəyişən və inkişaf edən dövrdə bu sual tiplərinin, yeni test toplularının çıxması çox normaldır.

Bütün bunlar imtahan mərkəzinin abituriyentlərə kömək məqsədilə gördüyü işlər kimi qiymətləndirilə bilər. Çünki biri var ki, şagird yeni sual tiplərini ilk dəfə imtahanda görür və cavablandırarkən çətinlik çəkir. Digəri isə əvvəlcədən yeni sual modellərini jurnalında çap etdiyindən, şagird həmin sualları anlayır və nəticədə bu, hər bir abituriyent üçün kömək məqsədi daşıyır.

- Yeni nəşr topluları abituriyentlərə tövsiyə edirsinizmi?

- Test toplularını şiddətlə şagirdlərə, yaxud da abituriyentlərə tövsiyə edirəm. Çünki hər bir şagird yeni sual modelləri ilə tanış olmaq, gələcəkdə problemlərlə üzləşməmək üçün o sualları görməli və həmin suallara uyğun testlər işləməlidir. Bütün bunlar jurnalda öz əksini tapıb. Həmin jurnalı tövsiyə edirəm ki, yazsınlar, öyrənsinlər.

- Bəs abituriyentlər köhnə nəşr toplulardan istifadə edə bilərlər?

- Əvvəlki toplulara da müraciət etmək olar. Yəni, heç bir şey dəyişmir. Suallar sadəcə köhnə test toplularında bir az daha sadə və anlaşılandır şagird üçün. Düzdür, indi də elədir, yəni, yeni suallar da var və onların da anlaşılması mümkündür. Sadəcə forma dəyişiklikləri var. Bəzən məzmun dəyişiklikləri də olur ki, şagird qarşısına çıxacaq hər hansı bir çətin məsələni rahat həll edə bilsin. Belə deyək, bu səbəbdən təzə test toplusunu işləməlidir.

Eyni zamanda köhnə test toplusu ilə də öyrənmək mümkündür. Mümkündür, amma köhnə toplularda bir çox suallar çox bəsitdir, çox sadədir. Bu səbəbdən, təkrarçılıq çıxmasın, şagird imtahan prosesində qarşılaşacağı çətin sualları cavablandırmağa hazır olsun deyə, mən düşünürəm ki, yeni test toplusundan istifadə etməlidirlər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri