Icma.az
close
up
RU
Qadınlar depressiyaya daha meyillidir

Qadınlar depressiyaya daha meyillidir

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Avstraliyalı alimlər müəyyən ediblər ki, qadınların kişilərlə müqayisədə depressiyaya genetik meylliliyi daha güclüdür.

Axşam.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələrini "The Guardian" nəşri yayıb.

Tədqiqat çərçivəsində alimlər 130 mindən çox depressiyalı qadın və 64 min depressiyalı kişi, eləcə də depressiya diaqnozu olmayan 159 min qadın və 132 min kişinin DNT məlumatlarını analiz ediblər. İştirakçılar Avstraliya, Niderland, ABŞ və Böyük Britaniyadan olublar.

Məlum olub ki, depressiya ilə bağlı genetik mutasiyaların əksəriyyəti hər iki cins üçün ortaq olsa da, bəzi spesifik mutasiyalar yalnız qadınlara və ya yalnız kişilərə xasdır. Belə ki, qadınlarda 16, kişilərdə isə yalnız 8 genetik variant müəyyən edilib.

Bundan əlavə, qadınlarda depressiya daha çox metabolik pozğunluqlarla məsələn, çəki dəyişikliyi və xroniki yorğunluq sindromu ilə əlaqələndirilir. Tədqiqatın həmmüəllifi doktor Codi Tomas bu genetik fərqlərin, qadınlarda kişilərlə müqayisədə metabolik simptomların niyə daha tez-tez müşahidə olunduğunu izah edə biləcəyini bildirib.

Alimlər qeyd edirlər ki, bu tədqiqat qadınların həyatları boyunca kişilərlə müqayisədə iki dəfə daha çox depressiyadan əziyyət çəkmələrinin genetik səbəblərini izah edə bilər. Bununla yanaşı, sosial amillər də mühüm rol oynamaqda davam edir. Məsələn, kişilər daha az yardım axtarır, qadınlar isə daha çox seksual xarakterli zorakılığa məruz qalırlar.

"Bu tədqiqat depressiyanın qadınlar və kişilər arasında fərqli yayılma səviyyələrinin əsasən bioloji amillərlə izah oluna biləcəyinə dair sübutları gücləndirməklə yanaşı, gələcəkdə qadınlar və kişilər üçün fərqli farmakoloji müalicə üsullarının inkişaf etdirilməsi perspektivini də gündəmə gətirir" deyə, Yeni Cənubi Uels Universitetinin professoru qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 Oktyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri