Icma.az
close
up
RU
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi imzalanıb

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondu arasında “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.
Newscenter.az xəbər verir ki, sosial həssas kateqoriyadan olan gənclərin ali təhsilə çıxış imkanlarını artırmaq və onların akademik, şəxsi inkişafına dəstək göstərmək məqsədi daşıyan proqram ikinci dəfə həyata keçiriləcək. İlk il ərzində proqram çərçivəsində seçilmiş 23 tələbə təqaüd müddətini uğurla başa vuraraq proqramı müvəffəqiyyətlə tamamlayıb.
2025/2026-cı tədris ili ərzində isə proqram çərçivəsində ölkə üzrə ali təhsil müəssisələrinin I kursunda bakalavriat səviyyəsində təhsil alan tələbələr müraciət edə biləcəklər. Seçilən 20 tələbə aylıq 200 manat məbləğində təqaüdlə təmin ediləcək.
Təqaüd proqramında iştirak üçün tələbələrdən yüksək akademik göstəricilərlə yanaşı, sosial meyarlara cavab vermələri tələb olunur. Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaq.
Layihə çərçivəsində təqaüdçülərdən 10 nəfər İT və texnologiya yönümlü ixtisaslarda təhsil alan tələbələr arasından, digər 10 nəfər isə ixtisas məhdudiyyəti olmadan seçiləcək.
Bu əməkdaşlıq Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun təhsildə sosial məsuliyyətin gücləndirilməsi, bərabər imkanların yaradılması və gənclərin inkişafına dəstək istiqamətində atdığı önəmli bir addımdır.
Qeyd edək ki, təqaüd proqramı Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu Oxut” ianə toplama aksiyası çərçivəsində toplanan ianə vəsaitləri hesabına həyata keçirilir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Noyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri