Icma.az
close
up
RU
Qadınların əhvalı hormonlardan asılıdır

Qadınların əhvalı hormonlardan asılıdır

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kişilər əksəriyyəti etiraf edir ki, qadınları başa düşmür. Onlar hətta "qadın məntiqi" kimi anlayış fikirləşiblər.

"Qadın məntiqi" dedikdə kişilər qadınların "məntiqsiz" (kişilərin anlamında) hərəkətlərini və fikirlərini nəzərdə tuturlar. Məsələn, qadın adi zarafatı bu gün gülə-gülə qəbul edirsə, bir neçə gündən sonra eyni zarafat göz yaşlarına səbəb ola bilər və s.

"Bu qadınları başa düşmək olmur!" - fikirləşir kişilər. Yox, olur. Sadəcə bunun üçün kişilərin 1 ay ərzində hər bir qadının orqanizmində baş verən ciddi dəyişikliklərdən az da olsa xəbərləri olmalıdır.

İnsan fizioloji orqanizmdir. Onun əhvalına orqanizmdə gedən dəyişikliklər böyük təsir edir. Əsas təsirlərdən birini də cinsi hormonlar edir. Kişilərdə 1 dənə əsas cinsi hormon var - testosteron. Məhz bu hormon kişini kişi edir (xarici görünüş, davranış və s.). Qadını isə qadın edən 1 yox, 2 hormon var - estrogen və proqesteron. Bu hormonlar qadının orqanizminə (və, o cümlədən, əhvalına) müxtəlif təsir edir. 1 ay ərzində bu hormonların səviyyəsi tədricən qalxır və düşür və məhz bu hormonal dəyişikliklər qadınları belə "dəyişkən", "məntiqsiz" edir.

Menstruasiya qurtardıqdan dərhal sonra qadının orqanizmində estrogen hormonun səviyyəsi daim artır, və bu hormon qadının orqanizmində hökm sürməyə başlayır. Bu ovulyasiya gününə kimi davam edir.

Estrogen qadın orqanizmində gedən bir çox proseslərə təsir edir. Estrogen qadının gözəlliyinə cavabdehdir və bu səbəbdən qadının orqanizmində estrogenin səviyyəsi artdıqda o, daha gözəl və cazibədar görünür. Bu zaman qadın özünü çox gümrah və fəal hiss edir, şən olur, nə isə dəyişmək, yaratmaq, hara isə getmək, qaçmaq istəyir. Bundan əlavə qadında libido artır, o, cinsi əlaqələrə daha çox maraq göstərməyə başlayır. Bu təbiət tərəfindən belə "proqramlaşdırılıb" ki, qadın ovulyasiya zamanı hamilə qala bilsin.

Ovulyasiyadan sonra digər hormon progesteron hökm sürməyə başlayır. Progesteron ovulyasiyadan dərhal sonra artmağa başlayır və bu proses menstruasiyaya kimi davam edir. Bu hormon da qadının orqanizmində baş verən ciddi dəyişikliklərə səbəb olur.

Qadının əhvalında da ciddi dəyişikliklər baş verir. Qadın daha sakit və təmkinli olur, həyat yoldaşından qayğı və diqqət görmək istəyir və özü da həyat yoldaşına qarşı daha mehriban və qayğıkeş olur, evdə, ailədə vaxt keçirməyi xoşlayır. Bu dövrdə qadınlar ev işlərinə daha çox vaxt ayırır, ailəsini yeni dadlı xörək və ya şirniyyatla sevindirməyi xoşlayır.

Menstruasiyadan əvvəl hormonların səviyyəsi düşür və bir çox qadınlarda (hamıda yox!) bu dəyişiklik özünü depressiya, ağlağanlıq, küsəyənlik, əsəbilik kimi əlamətlərlə büruzə verir. Qadının bunda günahı yoxdur. Bu günlər ərzində kişi qadını başa düşməyə çalışmalı, qadınla daha nəzakətli davranmalıdır. Menstruasiya başlandıqdan sonra qadının əhvalı da tədricən düzəlməyə başlayacaq.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri