Icma.az
close
up
RU
Qadınların gücü: Sərhədləri qıran və ilham verən hekayələr

Qadınların gücü: Sərhədləri qıran və ilham verən hekayələr

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 Mart Beynəlxalq Qadınlar Günü, zərif cinsin istedad və güclərini bir daha vurğulamaq üçün unikal bir fürsətdir. Bu xüsusi gün, qadınların cəmiyyətdəki əhəmiyyətli rolunu qeyd etməklə yanaşı, onların qırdıqları sərhədləri və yaratdıqları yeni dünyaları da ön plana çıxarır. Müxtəlif sahələrdə qeyri-adi peşələrə addım atan və öz istedadlarını ən yüksək səviyyədə nümayiş etdirən qadınların hekayələrini tamamilə əks etdirmək çətin olsa da, bu yazıda onların kiçik bir hissəsini təqdim etməyə çalışmışıq. Hər biri öz sahəsində cəsarətli addımlar atır, stereotipləri qırır və hər birinin yaradıcılığı digər qadınlara ilham verir.

Bugün artıq qadınların uğurlarını nümayiş etdirmək üçün yalnız tədbirlər və tribunalar yetərli deyil; rəqəmsal platformalar bu işi daha geniş auditoriyaya çatdırmaqda və daha effektiv şəkildə yayılmasında mühüm rol oynayır. TikTok, qadınların özlərini ifadə etdiyi, təcrübələrini paylaşdığı və başqalarına ilham verdiyi ən güclü məkana çevrilib. Burada qadınlar yalnız "bacararsan" mesajını yaymaqla qalmır, həm də çətinliklərdən necə keçdiklərini, uğur qazandıqları sahələri və yaratdıqları dünyanı səmimi şəkildə bölüşürlər.

Rəqəmlər də bunun yalnız rəqəmsal fəaliyyətin genişlənməsini deyil, həm də bu platformada qurulmuş güclü icmanın ölçüsünü göstərir. Məsələn, TikTok-da #womenempowerment etiketi ilə 3 milyona yaxın paylaşım, #InternationalWomensDay altında yarım milyona yaxın post və #WomenOfTikTok ilə 3 milyondan çox paylaşım mövcuddur. Bu rəqəmlər yalnız statistik göstəricilər deyil - onlar qadınların bir-birinə dəstək olduğu, uğur hekayələrini açıq şəkildə paylaşdığı və bir-birinə cəsarət verdiyi bir icmanın göstəricisidir.
Öz obrazının həm aktrisası, həm də qrim ustası - @choopykTürkan, makiyajı sadəcə gözəllik vasitəsi kimi deyil, sənət forması kimi təqdim edir. Yüksək istedadı və zövqlü üslubu ilə hər paylaşımında özünü tamamilə fərqli bir obraza çevirən bu gənc make-up artist izləyicilərini sözün əsl mənasında heyran edir. Onun kontenti sadəcə vizual dəyişiklik deyil - hər biri kiçik bir səhnə, kiçik bir hekayədir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri