Icma.az
close
up
RU
Qadınların maaşı niyə kişilərdən aşağıdır? Ekspertdən AÇIQLAMA

Qadınların maaşı niyə kişilərdən aşağıdır? Ekspertdən AÇIQLAMA

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Dünya Bankı Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabat hazırlayıb.  Hesabatda bildirilir ki, Azərbaycanın əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur. Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş verillən sektorlarda və peşələrdə cəmləşiblər. 

2022-ci ilin rəsmi məlumatlarına görə, gender maaş boşluğu daha çox peşə, elmi və texniki fəaliyyət sahəsində (51%), maliyyə və sığorta fəaliyyəti (42%) sahələrində qeydə alınıb. Ən az fərq isə ticarət və kənd təsərrüfatı sahələrində müşahidə edilib.

2023-cü ildə qadınların orta aylıq əmək haqqı 739,3 manat, kişilərin orta aylıq əmək haqqı 1066,9 manat təşkil edib. Beləliklə, həmin il hər iki gender qrupu arasında maaş fərqi 31 faiz təşkil edib. Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı hesabata istinadən yazıb ki, ölkədə ümumi işçi qüvvəsinin 48,3 faizini qadınlar təşkil etsə də, onlar daha aşağı vəzifələrdə təmsil olunurlar. Qadınların yalnız 35 faizi rəhbər vəzifə tutur.

Konstitusiya isə gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir, kişilər və qadınlar üçün bərabər hüquq və azadlıqları təsdiq edir, azad peşə seçmək, təhlükəsiz şəraitdə işləmək və heç bir ayrı-seçkilik olmadan əməyinin qarşılığını almaq hüququnu vurğulayır.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əks olunub ki, Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hədəf qoyub ki, 2030-cu ilə qədər əməkhaqqı arasındakı fərq təxminən 10 faizə endirilsin.

Bəs bu fərqin əsas səbəbi nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda qadınlarla kişilər arasında əmək haqqı fərqinin səbəbi gender ayrı-seçkiliyi deyil, iqtisadiyyatın sektorlar üzrə spesifik xüsusiyyətləridir.

Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, orada qadınların orta aylıq əmək haqqı kişilərdən yüksək olsun:

“Azərbaycanda əmək bazarının 20 əsas sahəsindən 17-də kişilər daha çox paya malikdirlər. Belə ki, kişilər işçi qüvvəsi kimi tikintidə 92%, mədən çıxarmada 90%, emal sənayesində 74%, maliyyə və sığorta fəaliyyətində 63% paya sahibdir. Qadınlar isə yalnız 3 sahə üzrə çoxluq təşkil edir. Bunlar təhsil 74%, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 78%, əyləncə və incəsənət sahəsində fəaliyyət 62%-dir. Elə bu sahələr arası əmək haqqı fərqləri nəticədə qadınların orta aylıq əmək haqqının aşağı olmasına səbəb olur.

Bütün ölkələrdə bu fərq mövcuddur. Bu fərq Avropada 10-20%, Rusiyada 25%, Azərbaycanda isə təxminən 30 faizdir. Bu məsələdə Lüksemburq dünyaya liderlik edir. Qadınlar və kişilər arasında əmək haqqı fərqi cəmi 0,2%-dir. Yəni kişinin hər 100 avro əmək haqqı qarşılığında qadın 99,8 avro qazanır”.

Ekspert qeyd edib ki, hansı ölkədə tikinti, neft-qaz, emal və digər ağır əmək tələb edən sahələr üstünlük təşkil edirsə, orada bu əmək haqqı fərqləri daha çox olacaq:

“Bu fakt yuxarıda qeyd etdiklərimi bir daha təsdiq edir. Çünki Lüksemburqda insanlar neft-qazda, tikintidə, ağır sənayedə çalışmır. Kiçik bir dövlət olan Lüksemburq iqtisadiyyatında maliyyə xidmətləri, investisiya və kapital bazarı, eləcə də turizm və təhsil kimi xidmət sektoru inanılmaz böyük paya sahibdir. Bu sektorlarda isə kişilər kimi qadınlar da rahatlıqla bərabər çalışa bilirlər”.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Fevral 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri