Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Qafar Çaxmaqlı: PKK nın ləğv edilməsi tarixi hadisədir

Qafar Çaxmaqlı: PKK nın ləğv edilməsi tarixi hadisədir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu qərar Türkiyənin şəklini dəyişdirəcək, Ankaranın Yaxın Şərq siyasətində yeni trendlər açacaq

PKK-nın ləğvetmə qərarından sonra terrorçuların gələcək taleyi ilə bağlı məsələlər zamanla çözüləcək

Terror təşkilatı PKK-nın özünüləğv qərarından sonra Türkiyəni tərk edəcək terrorçuların sayı bəlli olub. Bildirilib ki, terror təşkilatının Türkiyə, İraq, Suriya, Ermənistan və İranda yerləşən silahlı dəstələri İraqda təyin olunmuş nöqtələrdə toplanacaq. Məlumata görə, hazırda Türkiyədə 580 terrorçu mövcuddur. Bu terrorçuların silahlarını yerə qoymaq üçün yaradılacaq təhlükəsiz dəhlizlərdən gedərək İraqın şimalına keçəcəkləri bildirilir. Bundan başqa, terror təşkilatı üzvlərinin təslim etdiyi bütün silahlar qeydə alınacaq. Terrorçuların silahlarının mənsub olduğu ölkə, markası və növü kimi bütün detallar diqqətlə qeyd olunacaq. Bundan əlavə, silahların təhvil-təslim prosesinin 3-4 ay ərzində başa çatdırılması gözlənilir. Həmçinin cinayətlə əlaqəsi olmayan təşkilat üzvləri vətəndaşı olduğu ölkələrə təhvil veriləcək. Bu çərçivədə Türkiyənin təxminən 4 min vətəndaşının mərhələli şəkildə sərhəddə qəbul ediləcəyi qeyd olunur. PKK-nın yüksək səviyyəli “liderləri” üçün isə vəziyyət fərqli qiymətləndirilir. Saylarının 300 olduğu deyilən terror təşkilatının “yuxarı” təbəqəsinin Türkiyədə olmasının riskli ola biləcəyi vurğulanır. Ona görə də həmin şəxslərin üçüncü ölkələrə göndərilməsi müzakirə edilə bilər. PKK lideri Abdullah Öcalan üçün heç bir prosesin olmadığı, onun İmralıda qalmağa davam edəcəyi qeyd olunur. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələri PKK-nın ləğvindən sonra “Pəncə” əməliyyatları çərçivəsində İraqın şimalında nəzarət etdiyi bölgələrdən geri çəkilməyəcək. Bildirilib ki, mehmetçik PKK-dan yaranan boşluğun digər terror təşkilatları ilə doldurulma cəhdlərinə qarşı proses tamamlanana qədər bölgədə olacaq. Bu çərçivədə terrorçuların tərk etdiyi düşərgələr Türkiyə Silahlı Qüvvələrinin çətiri altına girəcək. Bu yolla PKK qalıqlarının və ya boşluğu doldurmaq istəyən digər terror qruplaşmalarının qarşısı alınacaq və İraqın icazəsi ilə sərhəd təhlükəsizliyi daha içərilərdə təmin ediləcək. Türkiyə Silahlı Qüvvələrinin əsas məqsədlərindən biri də PKK-nın təbii şəraitdən istifadə edərək yuva qurduğu bütün əraziləri təmizləməkdir. Bundan başqa, İraq hökuməti ilə birgə əməliyyat planı da gündəmdədir.


Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Sherg.az-a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev PKK-nın ləğvi ilə bağlı özünün mesajını verdi və bildirdi ki, uzun illərdən bəri Türkiyədə bir bəlaya çevrilmiş terror təşkilatı nəhayət özünü buraxdı. Dövlət başçısı buna görə Türkiyə xalqını və Prezident R.T.Ərdoğanı təbrik etdi. Professorun sözlərinə görə, bu da cənab Prezidentimiz tərəfindən qardaş ölkənin uğurlarına bir jest kimi dəyərləndirilə bilər:


 "Türkiyədə PKK-nın özünü ləğv etməsi ilk növbədə Türkiyənin hərbi gücünün artmasının bir göstəricisidir. Bu prosesə ötən ilin oktyabr ayından başlanılıb. Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı 22 oktyabr 2024-cü ildə PKK-nın hazırda həbsdə olan qurucu rəhbərinə terror təşkilatını buraxma çağırışı etmişdi. Bundan sonra kürdlərin DEM partiyası tərəfindən bir heyət təşkil olundu və A.Öcalanla İmralıda görüşlər keçirdilər. Görüşlərin nəticəsi olaraq PKK özünü buraxmaq qərarı aldı. Yəni PKK bir terror təşkilatı kimi ləğv edildi. Məlumdur ki, PKK terror təşkilatı ABŞ, Avropa ölkələri tərəfindən də rəsmən terror təşkilatı olaraq qəbul edilmişdi. İndiki məqamda PKK-nın rəsmən ləğvinin elanı bəzi qərəzli dövlətlərin əlindən ideoloji silahı da almış olacaq. Ankara hökuməti bütün siyasi-ictimai birlikləri, partiyaları, QHT-ləri, ziyalıları, medianı da prosesə dəstək verməyə çağırıb".


Alim diqqətə çatdırıb ki, PKK-nın ləğvetmə qərarından sonra terrorçuların gələcək taleyi ilə bağlı məsələlər zamanla çözüləcək: 

"Bununla bağlı bir müddət texniki müzakirələr aparılmalıdır. Mühüm məsələlərdən biri terrorçuların silahlarını necə, hansı formada buraxacağıdır. Əslində, Türkiyənin bu məsələ ilə bağlı hazırlığı var. 2010-cu ildə də terrorçularla bağlı bənzər proses başlanmışdı. Hökumətin əlində hazır planlar var. DEM partiyanın üzvü, millət vəkili Pərvin Buldan "sülhü gətirəcək yeni dövrün başlandığını" deyir. Bu prosesin memarlarından biri də ötənlərdə vəfat etmiş parlament sədrinin müavini Sırrı Süreyya Önder idi. Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) də bu qərarı alqışlayıb. CHP ictimai sülhün qalıcı olması üçün demokratiya və qanunun aliliyinin təmin olunmasına yardımçı olacağını bildirib. PKK-nın ləğvi edilməsi tarixi hadisədir. Bu qərar Türkiyənin şəklini dəyişdirəcək. Ankaranın Yaxın Şərq siyasətində yeni trendlər açacaq. Türkiyə hökuməti bölgədə barışın əldə olunması üçün müəyyən addımlar atmaqdadır. Vurğulayaq ki, PKK-nın siyasi qanadı sayılan YPG və PYD kimi qruplaşmalar da qalmaqdadır. Onların da tezliklə zərərsizləşdirilməsi, tərksilah edilməsi olduqca vacibdir. Əminəm ki, Türkiyə dövləti bu istiqamətdə də qərarlı addımlar atacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri