Icma.az
close
up
RU
Qafar Cəbiyev: Qəbələdə 15 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilib

Qafar Cəbiyev: Qəbələdə 15 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Qəbələnin adı antik dövr müəlliflərinin əsərlərində də çəkilir. Eramızın I əsrində yaşamış Roma tarixçisi Böyük Plini “Təbiət tarix” əsərində şəhəri “Kabalaka” adı ilə qeyd edib və onu “oppidum” kimi təqdim edib. “Oppidum” qədim dövrdə istehkamlı, qala divarları ilə möhkəmləndirilmiş şəhər mənasını daşıyır.

II əsrdə yunan coğrafiyaşünası Klavdi Ptolomey də Qəbələnin adını çəkərək şəhəri “Xabala” kimi xatırladıb. Bu mənbələr Qəbələnin antik dövrdə mühüm şəhər məskəni olduğunu göstərir.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev söyləyib.

Professor deyib: “Uzun illər müxtəlif müəlliflər Qəbələni fərqli ərazilərdə lokalizə edirdilər. Bəzi tədqiqatçılar şəhəri Samur çayı vadisində, bəziləri Türyançayın qərbində, digərləri isə Şəki ilə Alazan arasındakı ərazidə axtarırdılar. Bu məsələyə 1925-ci ildə Davud bəy Şərifov tərəfindən aydınlıq gətirilib. O, Qəbələnin Qala adlanan hissəsində səkkiz yerdə yoxlama qazıntıları apararaq bir neçə metr dərinliyə qədər uzanan yaşayış qatlarını və şəhər infrastrukturuna aid qalıqları aşkar edib. Bundan sonra Qəbələnin yeri ilə bağlı mübahisələrə son qoyulub”.

Müsahibimiz diqqətə çatdırıb ki, Albaniya dövlətinin siyasi qurum kimi formalaşdığı dövrdə Qəbələ artıq mövcud idi: “Qala və Səlbir ərazilərində aparılan son tədqiqatlar şəhərin təxminən 2500 illik tarixə malik olduğunu göstərir. Bu baxımdan Qəbələ yalnız Albaniya dövrü ilə məhdudlaşan abidə deyil, çox qədim şəhər mədəniyyətinin mühüm nümunəsidir”.

Q.Cəbiyev bildirib ki, tarixin müxtəlif mərhələlərində Qəbələnin ərazisi genişlənib və müəyyən dövrlərdə müharibələr, daxili çəkişmələr və digər amillər nəticəsində şəhərin ölçüləri dəyişib. Səlbir ərazisində şəhər həyatının XI əsrə qədər, Qala hissəsində isə XVIII əsrə qədər davam etdiyi qeyd olunur.

“Qəbələdə 1925-ci ildən etibarən fasilələrlə arxeoloji tədqiqatlar aparılır və bir əsrə yaxın müddətdə davam edən bu araşdırmalar nəticəsində 15 mindən çox maddi-mədəniyyət nümunəsi aşkar edilib. Bu artefaktlar Azərbaycanın Arxeologiya və Antropologiya İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin və Qəbələ Arxeoloji Mərkəzinin fondlarında saxlanılır və bir qismi nümayiş etdirilir. Qəbələ ekspedisiyalarının arxivlərində 5 mindən çox səhifəlik hesabat, təxminən 3500-4000 səhifəlik illüstrativ material toplanıb. Bu, Qəbələ tarixi ilə bağlı olduqca zəngin mənbəşünaslıq bazasıdır”, - deyə alim bildirib.

Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri qeyd edib ki, o, 1985-ci ildən etibarən müəyyən fasilələrlə Qəbələdə tədqiqatlar aparır: “Qəbələ sıradan bir arxeoloji abidə deyil. Geniş ərazini əhatə edən dövlət qoruğudur. Qala divarları, bürcləri, şəhərin küçələri, yolları, yaşayış evləri, istehsalat mərkəzləri, sənətkarlıq emalatxanaları, su təchizatı sistemi və digər infrastruktur elementləri qədim şəhər mədəniyyətinin miqyasını göstərir”.

Professor əlavə edib ki, Qəbələ ərazisində aparılan qazıntılar zamanı çoxsaylı sikkə nümunələri də aşkar edilib. Bu tapıntılar antik müəlliflərin Albaniyada pul dövriyyəsi ilə bağlı bəzi məlumatlarının yenidən nəzərdən keçirilməsinə əsas yaradır.

Müxbir - Tünzalə Arazlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri