Icma.az
close
up
RU
Qafqaz İslam Ordusunun tarixi missiyası: Bakının işğaldan azad edilməsi

Qafqaz İslam Ordusunun tarixi missiyası: Bakının işğaldan azad edilməsi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakının daşnak-bolşeviklərdən azad edilməsi hökumətin qarşısında əsas vəzifə olaraq dururdu. Şəhərin azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərilmişdi. Həmin gün Qafqaz İslam Ordusu Şərq cəbhəsi komandanı Mürsəl Paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən Bakıya doğru irəlilədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev bildirib.

O qeyd edib ki, avqustun 5-nə planlaşdırılan döyüşdə Qafqaz İslam Ordusu qüvvələri qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmədi. General Denstervillin komandanlığı altında Bakıya gəlmiş ingilis hərbi hissələri ilə möhkəmləndirilmiş “Sentrokaspi” hərbi qüvvələri, habelə onların köməyinə yetişən Bakı Kommunasına sadiq qüvvələr Qafqaz İslam Ordusunun irəliləməsinin qarşısını müvəqqəti ala bildilər. Gəncədən Bakıya qədər uzun və ağır döyüş yolu keçmiş türk-Azərbaycan hərbi qüvvələrinin yorğunluğu, maddi və canlı itkilərin vaxtında bərpa edilməməsi halları da “Sentrokaspi” cəbhəsində birləşən qüvvələrin müqavimət gücünü artırdı.

Bakının azad edilməsini uğurla başa çatdırmaq üçün 5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanı Nuru Paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əlağa Şıxlinski və onların rəhbərlik etdikləri qərargahlar tərəfindən ciddi təhlil olundu, ordu hissələrinin və Azərbaycan xalqının iradəsinin reallaşdırılması, qüvvələrin düzgün istiqamətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Onların arasında hərbi qüvvələrin gücləndirilməsi, döyüş taktikasına yenidən baxılması, Bakıətrafı kəndlərin əhalisinin döyüşə səfərbər edilməsi, qoşun hissələrində və könüllü dəstələrdə döyüş ruhu və qələbə əzminin qaldırılması kimi tədbirlər var idi. Həmin tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan işlərin əsaslı surətdə götür-qoy edilməsi, məqsədyönlü şəkildə qurulması 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Azərbaycan xalqının müstəqilliyinə yabançı olan qüvvələrdən təmizlənməsi ilə nəticələndi. Əməliyyatı qələbə ilə başa çatdırmaq üçün, hər şeydən əvvəl, Bakı ətrafındakı hərbi qüvvələr möhkəmləndirildi. Bakı şəhəri və Bakıətrafı kənlərin əhalisi, xüsusən də Maştağa kəndinin cavanları şəhərin azad edilməsi üçün səfərbər olundu.

Bakının azad olunması üçün hərbi plan Nuru Paşa tərəfindən hazırlanmışdı. Hazırlıq işləri başa çatdıqdan sonra Nuru Paşa, türk ordusu Şərq qrupunun komandanı Xəlil Paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əlağa Şıxlinski və digər yüksəkrütbəli zabitlər Bakı ətrafına gəldilər. Qafqaz İslam Ordusu komandanlığının qərargahı Güzdəkdə, 5-ci Qafqaz firqəsinin qərargahı Qobuda, 15-ci türk firqəsinin qərargahı isə Masazırda yerləşdirilmişdi.

Qafqaz İslam Ordusu qüvvələri sentyabrın 14-nə keçən gecə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. Sentyabrın 14-də “Sentrokaspi” - ingilis qüvvələrinə ağır zərbə endirildi. Elə həmin günün axşamı ingilis qüvvələri Bakını tərk etdilər. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Bakını nəzarətdə saxlamağa çalışan qüvvələr xarici ölkələrin konsulluqlarının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda şəhəri təhvil verməyə razı olduqlarını bildirməyə məcbur oldular. Bununla da, Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları ikigünlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Sentyabrın 16-da qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Paradda Xəlil Paşa, Nuru Paşa, Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan Parlamentinin və Hökumətinin üzvləri, bu qələbəni sevinc və ruh yüksəkliyi ilə qarşılayan Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.

Paraddan sonra adları çəkilən şəxslər, hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Müstəqil Azərbaycan dövlətinin yeni paytaxtına çevrilmiş Bakının azad edilməsi ilə bağlı hökumətin başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru Paşaya bu sözlərlə bildirmişdi: “… Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın baş kənti olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin, zati-həmiyyəti-pərvanələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim”.

Sentyabrın 17-də F.Xoyski hökuməti Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri