Icma.az
close
up
RU
“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” İLAHİYYATÇIDAN SƏRT REAKSİYA

“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” İLAHİYYATÇIDAN SƏRT REAKSİYA

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dini idarələrin fəaliyyəti cəmiyyətin mənəvi həyatında mühüm rol oynayır.

Azərbaycanda da din və dövlət münasibətləri balanslı şəkildə tənzimlənməyə çalışılsa da, bəzi hallarda bu tarazlıq pozulur.

Xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və xarici təsirlərə münasibəti ilə bağlı cəmiyyətdə narahatlıq doğuran məqamlar var.

Görəsən bu idarə doğrudan da müstəqil və milli maraqlara uyğun şəkildə fəaliyyət göstərirmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, elə məsələlər var ki, əgər onları dindarların ixtiyarına və ya Qafqaz Müsəlmanları İdarəsinin öhdəsinə buraxsaydıq, bu gün ölkənin yarıdan çoxu İranın və ya digər xarici dairələrin təsiri altına düşmüş olardır:

“Dövlət Komitəsi isə mövcud qanunları əsas götürərək, milli adət-ənənələrimizi müəyyən çərçivəyə salmağa çalışır.

Ancaq elə məsələlər də var ki, dünyəvi dövlət olduğumuz üçün dövlətin birbaşa müdaxiləsi mümkün olmur. Məsələn, şəriətlə bağlı bəzi dini ayinlər, qərarlar və fətvalar var ki, onların məsuliyyəti Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. Amma təəssüf ki, bu idarə uzun illər boyu İranın dini liderlərinə baxaraq, onlardan ilham alaraq fətva verirdi. Bu, acı bir reallıqdır. Bunun da tarixi kökü hələ Çar Rusiyası dövründən gələn bir ənənəyə dayanır.

Bu gün belə, fətvalarda “orucluq bayramı filan günə təsadüf edir” kimi ifadələr işlədilir. Axı dində “təsadüf” anlayışı varmı? Terminologiya niyə düzgün seçilmir? “Təvafuq edir”, “müvafiq gəlir”, “uyğun gəlir” demək daha doğrudur. Ayın görünməsi məsələsi belə uzun-uzadı mübahisə obyektinə çevrilib.

Elə Aşura məsələsində də eyni problem yaşandı. Bu gün artıq aydın şəkildə görünür ki, bütün bu təfriqə və qarışıqlıq Fars rejiminin ideoloji təsirlərinin nəticəsidir. Məqsəd isə İslamı qarışdıraraq bölgədə, xüsusən də Azərbaycanda parçalanma yaratmaqdır. Yenə də dövlət qərar verir, Qafqaz Müsəlmanları İdarəsi fətva verir ki, Aşura ayın 5-dədir, amma onu gətirib ayın 6-da qeyd edirlər. Sanki biri Allahın Aşurasıdır, digəri isə hökumətin…”

Bu durumun məsuliyyətinin kimə aid olduğunu isə Tural İrfan belə izah edib:

“Bu, Qafqaz Müsəlmanları İdarəsinin zamanında düzgün istiqamətləndirə bilmədiyi, yetişdirdiyi adamların nəticəsidir.

Burada kimisə qaralamaq və ya hədəfə almaq məqsədi güdmürük. Əksinə, bu məsələlərdə aydınlıq və saflaşma olmalıdır. Artıq o köhnə çarizm dövrünün, sovet ideologiyasının və ya İran təsirində olan zehniyyətin idarədən təmizlənməsi, bu qurumun milliləşməsi vacibdir.

Şükür Allaha, son vaxtlar müəyyən müsbət addımlar atılır. Məsələn, İrəvan qazılığının təsisində dövlət himni səsləndirildi, bayrağımız nümayiş olundu, din xadimləri ayağa qalxdılar. Halbuki əvvəllər belə hallara rast gəlmirdik. Əvəzində isə İranın nümayəndəsini dəvət edib, onun arxasında namaz qılmaq kimi hallar olurdu. Bu, necə müstəqillikdir? Bu, necə ideoloji mövqedir?

Qafqaz Müsəlmanları İdarəsinin Şurası var. Bəs bu şura nə iş görür? Onlar bu kimi məsələləri tənzimləməlidir. Dövlətin dini məsələlərlə bağlı ayrıca bir Dövlət Komitəsi də var. Digər tərəfdən, şəriət və ayinlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşıyır.

O boyda idarənin başında duran “Bütün Qafqazın Şeyxi” var. Üstəlik, dövlət tərəfindən kifayət qədər də maliyyələşdirilirlər. Bəs bu adam İranın hansısa mollasından nəyi ilə geri qalır ki, insanlar onu buraxıb, gedib İran mollalarının arxasınca düşürlər?”

İlahiyyatçı hesab edir ki, islahatlar məhz bu idarələrin öz daxilindən – rəhbərlikdən və başda duran şəxslərdən başlanmalıdır:

“Söhbət din xadimlərindən gedir. Axı İslamda “din xadimi təbəqəsi”, “müştəhidlər sinfi” kimi anlayışlar yoxdur. Bunlar Brahmanizm kimi yad təsirlərdən gəlmiş formalaşmalardır. İslam bərabərlik dinidir. Peyğəmbərin soyundan olmaq belə kiməsə üstünlük qazandırmır. Heç Quranda belə bir şey yoxdur ki, bu şəxs seyyiddir, ona xüsusi hörmət göstərmək, imtiyaz vermək lazımdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri