Icma.az
close
up
RU
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirib

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Bu barədə QMİİ-dən məlumat verilib.

Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü, XX əsr tariximizə xeyirlə-şərin, ədalətlə zülmün, işıqla zülmətin, azadlıqla əsarətin əbədi mübarizəsinin misilsiz nümunəsi olaraq düşən rəmzi hadisə kimi dəyərləndirib. Qeyd edib ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Şeyxülislam təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının yeganə ümid yeri olan Qafqaz Müsəlmanları İdarəsinin hadisələrin ilk dəqiqəsindən qərargaha çevrilməsi, var-qüvvəsi ilə imperiya siyasətinin riyakarlığına meydan oxuması, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etməsindən faktlarla bəhs edib: “Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində on minlərlə insan toplaşdı. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsi israr olundu. Hərbi rejimin hədə və təhdidlərinə baxmayaraq, yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq Allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz böyük çətinliklə BMT-nin Baş katibliyinə, xarici ölkələrin dövlət başçılarına və dini rəhbərlərə müraciətlər, SSRİ rəhbəri Mixail Qorbaçova lənət dolu bəyanatımızı ünvanlaya bildik. İtaliyanın “Respublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri ozamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Məhz informasiya blokadasını yara bilməyimiz sayəsində 20 Yanvar faciəsi dünyaya yayıldı, İstanbulda, Dərbənddə, Gürcüstanda, bir sıra ərəb və Avropa dövlətlərində xalqımıza dəstək mitinqləri keçirildi. İlk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq”.

Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin həmin faciə zamanı xalqımıza dəstəyini xüsusi vurğulayıb: “Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndər Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqı ilə döyünən bu böyük insan baş verənləri Azərbaycana qarşı təcavüz kimi dəyərləndirirdi. Şovinist ermənilər və onların təhrikilə hərəkət edən ermənipərəst siyasi qüvvələr tərəfindən Politbürodan uzaqlaşdırılmış Heydər Əliyev, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verənləri qətiyyətlə pislədi və doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi”.

Allahşükür Paşazadə erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidlərini 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçıları adlandırıb. Bildirib ki, şəhidlərin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ Zəfəri, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir: “1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyü təhdidlərinə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı”.

Şeyxülislam din xadimlərinə, qazilərə, səlahiyyətli nümayəndələrə Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü – 20 Yanvar hadisələrinin anım dövründə faciə qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dini mərasimlər təşkil etmələrini tövsiyə edib.

Şeyxülislam Allahşükür Paşazadə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın siyasi, iqtisadi uğurları artdıqca bizi gözü götürməyənlərin də hiddət və qəzəbinin artma təzahürlərinin göz qabağında olmasından bəhs edib: “Bu müxtəlif formalarda – demokratiya pərdəsinə bürünənlərin qərəzli hesabat, saxta ittiham və sanksiya hədələri şəklində təzahür etdiyi halda, yaxın qonşu dövlətin din xadiminin dilindən hədyanlar vasitəsilə nümayiş etdirilir. Suveren Azərbaycan dövlətinin Prezidentinin, habelə Türkiyə Cümhuriyyətinin Prezidentinin ünvanına mütəmadi böhtan və təhqirlər yağdırılması bölgədə sülh, tərəqqi, rifaha xidmət etməli olan qarşılıqlı əlaqələrin inkişafına zərbə vurur. Din xadiminin vəzifəsi Uca Allahın buyurduqlarını insanlara hikmətlə, nəsihətlə çatdırılmasıdır. Azərbaycan şəhəri Ərdəbilin imam-cüməsi Amulinin Azərbaycan-İran arasında tarixi əlaqələrə xələl gətirən, xalqlarımızı qarşı-qarşı qoyan belə məsuliyyətsiz, hədsiz çıxışlarını qətiyyətlə pisləyir, yolverilməz sayırıq. Amulinin bu səpkidə çıxışları ilk dəfə deyil və biz zamanında buna sərt münsibətimizi ifadə etmişik. Qarabağda və Ermənistan ərazisində müsəlman dini abidələrinə qarşı erməni vandallığını, azərbaycanlı din qardaşlarına qarşı erməni təcavüzünü qınamayan, heç bir münasibət bildirməyən bir din xadiminin Azərbaycan və Türkiyənin dövlət başçılarına dil uzatmasına, onları hədəf alan, təhqir edən hədyan çıxışlarına son qoyulmalıdır. Hesab edirik ki, bu kimi təxribatçı çıxışlar cəzasız qalmamalıdır”.

Qalib dövlətimizin azad olunmuş torpaqlarımızda misilsiz bərpa-yenidənqurma işləri həyata keçirməsini, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını, yeni həyat verilmiş məscidlərimizdən Azan səsləri ucalmasını, imamlarımızın öz vəzifələrinin başında olmasını fəxarətlə vurğulayan QMİ sədri erməni kilsəsinin revanşizm istiqmətində destruktiv əməllərindən danışıb: “Dinc quruculuq işləri ilə məşğul olan xalqımızın ən ümdə istəyi regionumuzda sülh, əmin-amanlıqdır. Dövlətimiz bölgədə davamlı sülh istiqamətində səylər göstərir. Lakin məlum olduğu kimi, zamanında erməni təcavüzünün, Vətən müharibəsində Zəfərimizdən sonra isə revanşizmin önündə erməni kilsəsi gedir. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra Eçmiədzin və Kilikiya erməni kilsələri tərəfindən anti-Azərbaycan təbliğatı yenidən vüsət alıb. Təəssüflər olsun ki, erməni kilsəsi öz xalqını dinc yanaşı yaşamağa deyil, yeni faciələrə sürükləməkdə israrlıdır. Biz bütün səylərimiz və dualarımızla ölkədə və bölgədə sülh, əmin-amanlıq, dinc qonşuluq və rifah istiqamətində fəaliyyətləri – dövlətimizin müdrik siyasətini dəstəkləyirik”.

Tədbirdə iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində yeri və rolu barədə fikirlərini bölüşüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Yanvar 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri