Icma.az
close
up
RU
Qafqazda sülhün nəqliyyat formulu

Qafqazda sülhün nəqliyyat formulu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TRIPP qlobal qazanc sazişinə çevrilir

Cənubi Qafqazda regional kommunikasiyaların açılması və siyasi normallaşma prosesləri ətrafında gedən müzakirələr son dövrlər yeni mərhələyə daxil olub. Böyük güclərin fəal şəkildə prosesə qoşulduğu indiki şəraitdə nəqliyyat və tranzit layihələri siyasi təsir mexanizmi kimi ön plana çıxır. Məhz bu kontekstdə TRIPP marşrutu (Zəngəzur dəhlizi) ətrafında aparılan danışıqlar, Ermənistanın ABŞ ilə intensivləşən təmasları və paralel şəkildə Türkiyə və Azərbaycanla normallaşma mesajları regionda formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyanın elementlərindən biri kimi diqqət çəkir.

Yanvarın 26-da Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan və ABŞ Konqresinin xarici əlaqələr komitəsinin nümayəndəsi Lens Kokonos TRIPP (Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi prosesini müzakirə ediblər, yaxın perspektivdə bu istiqamətdə daha sonrakı iş və praktiki addımlarla bağlı fikir mübadiləsi aparıblar. Həmçinin tərəflər Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətlərinin normallaşması prosesində son hadisələrə, eləcə də qarşılıqlı maraq doğuran cari regional məsələlərə xüsusi diqqət ayırıblar. Görüş TRIPP marşrutu ətrafında aparılan danışıqların artıq siyasi bəyanat mərhələsini geridə qoyduğunu göstərir. Rəsmi açıqlamada diqqətçəkən əsas məqam TRIPP layihəsinin həyata keçirilməsi prosesi, yəni icra mexanizmləri və yaxın perspektivdə atılacaq praktik addımlar barədə müzakirələrin aparılmasıdır.  

Xatırlatmaq yerinə düşər ki, yanvarın 14-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubionun görüşündə “TRIPP Implementation Framework” (TIF) adlı çərçivə sənədini təsdiqləndi. Sənəd 8 avqust 2025-ci il tarixində əldə olunmuş siyasi razılaşmanı konkret fəaliyyət planına çevirməyə yönəlib. Çərçivə sənədində TRIPP-in icrası üçün yaradılması nəzərdə tutulan “TRIPP Development Company” şirkətinin strukturuna dair razılaşma da yer alıb. 

Zəngəzur dəhlizi (TRIPP) ətrafında gedən danışıqlar Azərbaycan tərəfindən diqqətlə izlənilir. Prezident İlham Əliyev ötən həftə Davosda bildirdi ki, TRIPP vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni dəhliz açılacaq. Ölkə başçısının sözlərinə görə, bu dəhliz Xəzər dənizi üzərindən Naxçıvana və oradan Türkiyəyə, Avropaya uzanacaq. Ölkə başçısı, həmçinin vurğuladı ki, Azərbaycan–Ermənistan sülhü və Türkiyə–Ermənistan diplomatik əlaqələri paralel olaraq qurulacaq. Ankara da bu nəqliyyat dəhlizində aktiv rol almağa başlayıb. Ötən ilin avqustunda Türkiyə 224 km-lik Qars–İğdır–Aralık–Dilucu dəmiryolu xəttinin təməlini qoyub. Layihənin açılış mərasimində Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu yeni marşrutu “Asiya ilə Avropanı birləşdirən beynəlxalq polad bağ” adlandıraraq, onun Türkiyə–Azərbaycan–Ermənistan iqtisadi əməkdaşlığını möhkəmləndirəcəyini, sərhədlərin açılmasını və diplomatik normalizasiyanı sürətləndirəcəyini bildirdi. 

Milli Məclisin deputatı Elşad Musayev XQ-yə açıqlamasında bildirdi ki, 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Birgə Bəyannamə regionda yeni siyasi reallıqlar formalaşdırıb. Onun fikrincə, həmin sənəd Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması və kommunikasiya xətlərinin açılması baxımından mühüm mərhələ olub və hazırkı proseslər məhz bu razılaşmanın məntiqi davamıdır: “Zəngəzur dəhlizinin işə düşməsi, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü və nəqliyyat təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi (TRIPP) Türk dünyası arasında əlaqələrin möhkəmlənməsinə, Orta Dəhlizin funksionallığının artmasına və Asiya–Avropa nəqliyyat xəttinin daha effektiv işləməsinə xidmət edir. Azərbaycan bu prosesdə əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilir”.

Deputat, eyni zamanda, qeyd etdi ki, hazırkı dinamika Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Vaşinqton Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində, xüsusilə Avropanın enerji təminatında oynadığı rolu nəzərə alaraq Bakıya yanaşmasını yenidən formalaşdırır. E.Musayev hesab edir ki, TRIPP ətrafında əsas siyasi razılaşmalar artıq əldə olunub və yaxın perspektivdə prosesin icra mərhələsinə keçməsi real görünür. Onun fikrincə, bu dəhlizin açılması Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, ölkənin beynəlxalq əlaqələrini daha möhkəm əsaslar üzərində qurmasına şərait yaradacaq.

***

Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması da TRIPP layihəsi kontekstində müzakirə olunur. Yanvarın 26-da Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan Marqara sərhəd məntəqəsini ziyarət edərək sərhədin üçüncü ölkə və diplomatik pasport sahibləri üçün açılmasının turizm və xidmət sektorunda böyük canlanmaya səbəb olacağını deyib. O qeyd edib ki, sərhədin açılması Azərbaycanın tranzit qadağalarının ləğvi fonunda ilk effektiv addım olacaq.

Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl qəzetimizə açıqlamasında dedi ki, bu gün Ermənistan–Türkiyə münasibətlərinin normallaşması Ermənistan–Azərbaycan münasibətlərindən əvvəlki dövrlərdən daha çox asılıdır. Politoloq qeyd etdi ki, Ankara ilə münasibətləri normallaşdırmaq xüsusilə Ermənistan iqtisadiyyatına hava-su kimi lazımdır: “Hazırda münasibətlərin normallaşması Türkiyənin müəyyən etdiyi “yol xəritəsi”nə uyğun olaraq aparılır. Ermənistanın Rusiya ilə yeganə əsas quru bağlantısı olan Lars sərhəd-keçid məntəqəsindən yüksək dərəcədə asılılığı ölkənin iqtisadi təhlükəsizliyi baxımından ciddi risklər formalaşdırır. İqlim şəraiti, texniki nasazlıqlar və geosiyasi faktorlar səbəbindən Larsın tez-tez bağlanması Ermənistanın idxal-ixrac əməliyyatlarında fasilələr yaradır və ticarət dövriyyəsinə birbaşa mənfi təsir göstərir.  Bu şəraitdə Marqara sərhəd-keçid məntəqəsinin açılması Ermənistan üçün alternativ nəqliyyat imkanlarının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Sözügedən keçidin istifadəyə verilməsi nəqliyyat marşrutlarının diversifikasiyasına, logistik xərclərin azalmasına və Türkiyə ərazisi üzərindən Aralıq dənizi limanlarına çıxışın təmin olunmasına şərait yarada bilər. 

Türkiyənin Avropa İttifaqı (Aİ) ilə Gömrük İttifaqına daxil olması faktoru da Ermənistan üçün potensial olaraq yeni ixrac imkanları yarada bilər. Kommunikasiyaların açılması və Türkiyə üzərindən Avropa bazarlarına çıxış, xüsusilə yüngül sənaye, kənd təsərrüfatı məhsulları və emal sektoru üçün Ermənistanın rəqabət qabiliyyətini artıra bilər. Lakin burada vacib məqam ondan ibarətdir ki, bu imkanlar yalnız sabit regional mühit və hüquqi-normativ uyğunlaşma fonunda reallaşa bilər. Bundan əlavə, Ermənistanın regional iqtisadi və nəqliyyat layihələrinə cəlb olunması onun revizionist siyasət imkanlarını obyektiv şəkildə məhdudlaşdırır ki, bu da Azərbaycan üçün daha proqnozlaşdırıla bilən, riskləri azaldılmış və rasional maraqlara əsaslanan qonşuluq mühitinin formalaşmasına şərait yaradır”.

Türkiyə rəsmiləri sərhədin açılmasını hələlik Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlayır. Xarici işlər naziri Hakan Fidan xatırladıb ki, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış Birgə Bəyannaməyə görə, Zəngəzur dəhlizi və Ermənistan konstitusiyasına dair iki məqam hələ aradan qaldırılmayıb. Eyni zamanda, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bəyan edib ki, Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan normallaşmaları ayrı-ayrı proseslərdir və İrəvan istədiyi halda Ankarayla müstəqil razılaşma apara bilər. Türkiyə–Ermənistan münasibətləri ilə bağlı fikir ayrılıqları olsa da, ümumi qənaət budur ki, proseslər Azərbaycanın sülh təşəbbüsləri ilə paritet inkişaf edir.

Tacir SADIQOV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri