Icma.az
close
up
RU
Qafqazda sabitliyin formulu: Əməkdaşlıq və inkişaf

Qafqazda sabitliyin formulu: Əməkdaşlıq və inkişaf

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Qafqazda son dövrlər müşahidə olunan geosiyasi dinamika regionun gələcək inkişaf taleyini müəyyənləşdirən əsas faktorlar sırasında ön plana çıxır. Xüsusilə dövlətlərarası münasibətlərdə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi kimi istiqamətlər artıq təkcə regional deyil, qlobal miqyasda strateji əhəmiyyət kəsb edir.

Bu kontekstdə Azərbaycan və Gürcüstan arasında formalaşmış tərəfdaşlıq modeli yalnız iki ölkə üçün deyil, bütövlükdə Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiya üçün sabitlik və inkişaf platforması rolunu oynayır. Mövcud reallıqlar əsasında regionda sülh təşəbbüsləri, yeni əməkdaşlıq formatları və qarşılıqlı əməkdaşlıq üzərində qurulan münasibətlər sistemi xüsusi diqqətlə izlənir.

Moderator.az-a ölkə rəhbərimizin Gürcüstan səfəri ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev açıqlama verdi.

Deputat qeyd etdi ki, Dünən Gürcüstanda iki ölkə rəhbərinin mətbuat qarşısındakı çıxışları bir daha göstərdi ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda dərin tarixi və mənəvi təməllərə söykənir:

"Çıxışlarda xalqlarımızın əsrlər boyu formalaşmış dinc qonşuluq ənənələrinin bu gün də dövlətlərarası əlaqələrin əsas sütunlarından biri kimi çıxış etdiyi xüsusi vurğulandı. Bu modelin təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə region üçün nümunəvi xarakter daşıdığı diqqətə çatdırıldı.
2025-ci ilin avqustunda Ermənistanla Vaşinqtonda sülh sazişinin paraflanması isə regionda yeni geosiyasi reallığın formalaşdığını göstərən mühüm hadisə kimi qiymətləndirilir. Bununla da tərəflər arasında sülh şəraitinin yaranması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyur.

Hazırda Qafqazda sabitliyin iki əsas sütunu mövcuddur – Azərbaycan və Gürcüstan. Lakin artıq bu modelin üçüncü komponentlə tamamlanması istiqamətində real addımlar atılır. Regionun üç dövlətdən ibarət olması fonunda Ermənistanın da bu yeni reallığı dərk etməsi və xüsusilə Vaşinqton sülh sazişindən sonra prosesdə yer almağa çalışması diqqət çəkir. Azərbaycan Prezidentinin Gürcüstana səfərindən bir neçə həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın da bu ölkəyə səfəri və hökumətlərarası komissiyanın iclasında regional sülh məsələlərinin müzakirəsi bu baxımdan təsadüfi deyil".

Millət vəkili bildirdi ki, sabitliyin davamlılığını təmin edən əsas amillərə gəldikdə isə Prezident İlham Əliyev çıxışında xüsusilə iqtisadi və ticari layihələrin rolunu ön plana çəkdi. Burada “ticarət” anlayışı yalnız iqtisadi münasibətləri deyil, eyni zamanda nəqliyyat, tranzit və logistika sahələrini də əhatə edən geniş bir platforma kimi təqdim olunur:

"Dövlət başçısı qeyd etdi ki, Azərbaycan qazı hazırda dünyanın 16 ölkəsinə ixrac edilir və bu ixracın ilk ünvanı məhz Gürcüstandır. Bu amil Gürcüstanın həm siyasi təhlükəsizliyi, həm də iqtisadi dayanıqlığı baxımından Azərbaycan üçün əhəmiyyətini daha da artırır. Cənubi Qafqaz ölkələri arasında yalnız Gürcüstanın açıq dənizə çıxışının olması, eləcə də Azərbaycanın strateji resurslarının – istər boru kəmərləri, istərsə də Qara dəniz limanları vasitəsilə – məhz bu ölkə üzərindən dünya bazarına çıxarılması iki ölkə arasındakı əlaqələrin strateji xarakterini daha da gücləndirir.

Eyni zamanda Rəqəmsal İpək yolu layihəsi, data mərkəzlərinin yaradılması və yaşıl enerji sahəsində əməkdaşlıq kimi yeni istiqamətlər də Azərbaycan-Gürcüstan tandeminin genişlənən imkanlarını ortaya qoyur. Bu təşəbbüslər göstərir ki, iki ölkə yalnız mövcud resurslara əsaslanmır, həm də gələcəyin texnoloji və enerji gündəliyini birlikdə formalaşdırmağa çalışır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan Qara dənizlə Mərkəzi Asiya arasında, daha geniş mənada isə Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır. Bu körpü yalnız coğrafi deyil, həm də iqtisadi və siyasi məzmun daşıyır və tərəflərin bir-birini tamamlayan imkanları üzərində qurulub.
Bu münasibətlər çərçivəsində müəyyən strateji bağlılıq, hətta qarşılıqlı asılılıq da formalaşıb. Lakin bu asılılıq mənfi deyil, əksinə, sabitliyin və inkişafın təminatçısı kimi çıxış edir. Məhz bu amil mümkün avantürist cəhdlərin qarşısını alan əsas faktorlardan biri kimi qiymətləndirilə bilər".

Rizvan Nəbiyev vurğuladı ki, Azərbaycanın Gürcüstanın strateji mövqeyinə verdiyi dəyər və bu platforma üzərindən öz ixrac və siyasətini qurması, eyni zamanda Gürcüstanın da Azərbaycan üzərindən regiondakı mövqeyini gücləndirməsi qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın bariz nümunəsidir:

"Bu çərçivədə Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ilk beş ölkə sırasında yer alır və yatırımların ümumi həcmi artıq 4 milyard ABŞ dollarına yaxınlaşır. Gürcüstanın enerji təminatında Azərbaycanın rolu da olduqca böyükdür. Ölkə ildə ixrac etdiyi 25 milyard kubmetr qazın təxminən 10 faizini Gürcüstana yönəldir. Bundan əlavə, tranzit mexanizmləri çərçivəsində Gürcüstan Azərbaycandan əldə etdiyi qazı beynəlxalq bazar qiymətləri ilə sataraq əlavə gəlir əldə edir ki, bu da onun iqtisadi inkişafına mühüm töhfə verir.

Bu reallıq bir daha təsdiqləyir ki, Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyinə verdiyi töhfə, eyni zamanda bu ölkənin ümumi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. İkitərəfli münasibətlərin siyasi əsasları da kifayət qədər möhkəmdir. Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxışında Azərbaycanın milli maraqlarını daim dəstəklədiklərini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını vurğulayıb. Bu mövqe Prezident İlham Əliyev tərəfindən də qarşılıqlı şəkildə təsdiqlənib. Dövlət başçısı bildirib ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu prinsip dəyişməz olaraq qalır. Bu yanaşma Gürcüstanın siyasi dairələri və vətəndaş cəmiyyəti tərəfindən də yüksək qiymətləndirilir".

Sonda deputat onu da qeyd etdi ki, ötən il Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra baş verən proseslər və Azərbaycanın bu fonda dövlətçilik maraqlarına əsaslanan mövqeyi xüsusi diqqət çəkib:

"Gürcüstan rəhbərliyinin ilk xarici səfərlərindən birini məhz Bakıya etməsi isə münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisidir.
Həmin səfər zamanı keçirilən mətbuat konfransında Gürcüstan tərəfinin Prezident İlham Əliyevə ünvanladığı fikirlər də diqqətdən kənarda qalmayıb: “Siz fərqli lidersiniz. Siz bizim üçün nümunəsiniz. Çünki siz ölkənizi dövlətin maraqlarını üstün tutaraq idarə edirsiniz.”
Bu ifadə yalnız şəxsi münasibətlərin deyil, eyni zamanda strateji baxışlara, dövlət idarəçiliyi modelinə və qarşılıqlı əməkdaşlığa verilən yüksək dəyərin göstəricisidir. Oxşar yanaşmaların sonradan digər ölkələr, o cümlədən Serbiya və Mərkəzi Asiya dövlətləri tərəfindən də səsləndirilməsi Azərbaycanın regiondakı rolunun daha geniş coğrafiyada qəbul edildiyini göstərir".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Aprel 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri