Icma.az
close
up
RU
Qafqazdan beynəlxalq aləmə: Azərbaycanın liderlik yolu...

Qafqazdan beynəlxalq aləmə: Azərbaycanın liderlik yolu...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevlə görüş təşəbbüsləri: Qlobal siyasətdə yeni prioritetlər müəyyənləşir

Son illərdə Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu, yerləşdiyi regionda sabitləşdirici faktora çevrilməsi və həyata keçirdiyi uğurlu xarici siyasət kursu beynəlxalq diqqəti ölkəmizin üzərinə daha da cəlb edib. Əgər bir zamanlar Azərbaycan postsovet məkanının dövlətlərindən biri kimi görünürdüsə, bu gün artıq Cənubi Qafqazın əsas siyasi və iqtisadi lideri, Avrasiya məkanında söz sahibi olan mühüm bir güc mərkəzi kimi qəbul edilir. Azərbaycanın təşəbbüskarı və ev sahibi olduğu beynəlxalq tədbirlər, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr, sülh və əməkdaşlıq naminə atdığı qətiyyətli addımlar dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Bunun ən son və bariz nümunələrindən biri də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində özünü göstərdi. Sessiya zamanı aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşmək üçün təşəbbüs göstərməsi Azərbaycanın artan qlobal nüfuzunun təsdiqidir.

Avropa ölkələri və beynəlxalq institutlar Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bir çox ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, iqtisadi korporasiyaların rəhbərləri Prezident İlham Əliyevlə görüşmək üçün təşəbbüs göstərir, can atır. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb. Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Aleksandr Stubb Finlandiyanın regionda sülhü daim dəstəklədiyini qeyd edib.

Dövlətimizin başçısı məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh dövrünə qədəm qoyduqlarını qeyd edib. Söhbət zamanı sülh gündəliyinin irəli aparılması üçün birgə səylərin vacibliyi vurğulandı. Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Həmin gün Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə də görüş keçirib. AŞ Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edilib. Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Baş katib COP29 dövründə Azərbaycana səfərini, həmin vaxt və digər beynəlxalq tədbirlər çərçivəsində dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb. Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin sentyabrın 23-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub. Baş nazir Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırıb, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd edib. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunulub.

Qlobal Cənubun ölkəmizə diqqəti artır

Azərbaycan Prezidentinin BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə də görüşü olub. Söhbət zamanı dövlət başçıları Azərbaycanla Keniya arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Azərbaycanın Keniyada səfirliyinin açılmasının əlaqələrimizin inkişafına təkan verdiyi qeyd olunub. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hökumət rəsmilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələsinə toxunulub. Bu xüsusda enerji, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə də görüşüb. İraq Prezidenti dövlətimizin başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini deyib. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb. Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlanıb. Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunulub, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan lideri  ilə görüş təşəbbüsləri təsadüfi deyil...

Göründüyü kimi, Azərbaycanın beynəlxalq nüfuzu genişmiqyaslıdır - aparılan siyasi xətt həm Avropa, həm Asiya, həm Afrika kontingentlərində yerləşən dövlətlər, həm də beynəlxalq təsisatlar üçün böyük maraq kəsb edir. Azərbaycanın qlobal diqqət mərkəzinə çevrilməsinin başlıca səbəblərindən biri ölkəmizin bərabərhüquqlu və praqmatik xarici siyasətidir. Rəsmi Bakı heç vaxt yalnız bir qütbə yönəlməyib, əksinə, həm Qərb, həm də Şərqlə, həm İslam dünyası, həm də Avropa ilə əməkdaşlıqda körpü rolunu oynayıb. Bu yanaşma Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.

Azərbaycanın təşəbbüsləri ilə reallaşan beynəlxalq nəqliyyat dəhlizləri - Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb layihələri - ölkəmizi mühüm tranzit və logistika mərkəzinə çevirib. Bu isə yalnız iqtisadi maraqları deyil, eyni zamanda, qlobal əməkdaşlıq üçün strateji əhəmiyyəti də artırır.

Azərbaycanın qlobal diqqəti cəlb etməsinin digər vacib səbəbi də sülh gündəliyidir. 2020-ci ildəki Vətən müharibəsindən sonra rəsmi Bakı bölgədə dayanıqlı sülhün təmin olunması üçün ardıcıl addımlar atır. Ermənistanla aparılan danışıqlar, beynəlxalq vasitəçilik təşəbbüslərində Azərbaycanın konstruktiv mövqeyi ölkəmizi regionda sülhün əsas təminatçısı kimi təqdim edir.

Qeyd edildiyi kimi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Prezident İlham Əliyevlə görüşmək üçün irəli sürülən təşəbbüslərin də əsasında məhz bu fəaliyyət dayanır. Dünya liderləri Azərbaycanın artan qlobal rolunu nəzərə alaraq, onunla əməkdaşlıq imkanlarını müzakirə etməyə can atırdılar. Bu görüşlər bir daha sübut etdi ki, Azərbaycanın mövqeyi yalnız regional deyil, artıq qlobal miqyasda da strateji əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, Azərbaycanın qlobal diqqət mərkəzinə çevrilməsi ölkəmizin dövlətçilik ənənələrinə, Prezident İlham Əliyevin uzaqgörən siyasətinə və xalqımızın birliyinə əsaslanır. Bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də diplomatik cəhətdən regionun lideri olmaqla yanaşı, qlobal əməkdaşlıq və inkişaf gündəliyində də mühüm söz sahibinə çevrilib.

P.SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri