Icma.az
close
up
RU
Deputat: “Azərbaycanın nüfuzu Cənubi Qafqazdan xeyli kənara çıxır”

Deputat: “Azərbaycanın nüfuzu Cənubi Qafqazdan xeyli kənara çıxır”

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Azərbaycan dünya səhnəsində aparıcı orta dövlətlərdən biri olmaqla, bir sıra əsas istiqamətlər üzrə qlobal gündəmi inamla formalaşdırmaqdadır. Bunu təsdiqləmək üçün bu ilin bəzi mühüm hadisələrini xatırlamaq kifayətdir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputatın sözlərinə görə, 2025-ci il geosiyasi kontekstdə yanvar ayında Davos İqtisadi Forumu ilə başladı:
“Geoiqtisadi qeyri-müəyyənlik, süni intellekt, planetimizin qorunması və bu kimi digər vacib mövzuların müzakirəsinin elan edilməsinə baxmayaraq, forum heç bir vacib qərarlarla yadda qalmadı. Ardınca keçirilmiş ənənəvi Münhen Təhlükəsizlik Konfransı da əsasən ABŞ – Avropa İttifaqı qarşıdurması ilə diqqət çəkdi. 
Başqa sözlə, nə iqtisadi (Davos), nə də siyasi (Münhen) formatları dünya ictimaiyyətinə təsir baxımından həlledici olmadı. Bu fonda tamamilə fərqli şəkildə mart ayında keçirilmiş 12-ci Qlobal Bakı Forumunda, aprel ayında isə “Yeni dünya nizamına doğru” mövzusunda ADA Universitetində təşkil edilmiş Beynəlxalq Forumda Azərbaycan dünyada hökm sürən geosiyasi böhrandan çıxmaq üçün əsas istiqamətləri təklif etdi. Həmin ayda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın dünyada etibarlı enerji tərəfdaşı kimi nüfuzunu daha da möhkəmləndirdi”.
Deputat deyib ki, həmin ərəfədə Prezidentin Çin Xalq Respublikasına dövlət səfəri, İran Prezidentinin və Avropa Komissiyası vitse-prezidentinin Azərbaycana səfərləri ölkəmizin strateji əhəmiyyətli geosiyasi məkanda yerləşən ən mühüm regional dövlət olduğunu sübut etdi:
“Bu dövlətin sükanı arxasında praqmatik, bacarıqlı və uzaqqörənliyi ilə seçilən liderin durduğunu əyani şəkildə sübut etdi. Prezidentin bu ilin may ayında Tiranada Avropa Siyasi Birliyinin 6-cı Sammitində iştirakı, orada Avropa İttifaqının rəhbərləri ilə görüşməsi, Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatılması və çıxışı, Azərbaycan, Türkiyə və Pakistan arasında yüksək səviyyəli üçtərəfli sammitin Laçında təşkil etməsi geniş coğrafi məkanda sülh və sabitliyin möhkəmlənməsinə, ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsinə əvəzsiz töhfə verdi. 
İyul ayı isə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş 17-ci sammitinin parlaq təşkilatçılığı ilə tarixə düşdü və bu tədbirdə Azərbaycan təşkilat daxilində həmrəyliyi gücləndirməklə onun üçün yeni standartlar müəyyənləşdirdi. Yalnız ilin birinci yarısında İlham Əliyevin iştirakı ilə baş tutmuş bu tədbirlər və səfərlər Azərbaycanın dünya birliyi üçün nə qədər əhəmiyyətli olduğunu, ölkəmizin beynəlxalq aləmdə kiçik və nəhəng dövlətlərin etibarlı tərəfdaşı kimi çıxış etdiyini sübut etdi, onun nüfuzunun Cənubi Qafqazdan xeyli kənara çıxdığından xəbər verdi”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri