Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

“Qafqazın Xirosiması” “cənnət şəhər”ə çevrilir

“Qafqazın Xirosiması” “cənnət şəhər”ə çevrilir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

20 Noyabr Ağdam Şəhəri Günüdür

Noyabrın 20-də füsunkar təbiəti göz oxşayan, vaxtilə gözəl Qarabağımızın ən müasir şəhərlərindən olmuş, sosial-iqtisadi inkişafı ilə seçilmiş Ağdam şəhərinin erməni işğalından azad edilməsinin 4 ili tamam olur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamına əsasən, artıq 2-ci ildir ki, Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. 20 noyabr təkcə 27 il sonra doğma Ağdam həsrəti sona çatmış 200 minə qədər ağdamlı üçün deyil, bütün xalqımız, dünya azərbaycanlıları üçün bayram ab-havalı, sevinc dolu bir gündür.

Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən Ağdam rayonu ­1930-cu il avqustun 8-də yaradılıb. Rayonun ərazisində minilliklərə şahidlik etmş yüzlərlə memarlıq və incəsənət abidələri mövcud olmuşdur. Ancaq 1993-cü il iyulun 23-də Ağdamın ərazisinin əksər hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildi, 128 min sakin doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi. Düşmən burada bütün binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoymuş, milli-mədəni, tarixi və dini abidələrimizə qənim kəsilmişdi.

Təsadüfi deyil ki, Ağdam “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırılırdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı cəmi 44 gün sonra ölkəmizin tam qələbəsi ilə nəticələndi. Beləliklə, Vətən müharibəsində qazandığımız tarixi zəfər sayəsində xalqımızın 28 illik Qarabağ həsrəti başa çatdı.

Döyüş meydanlarında rüsvayçı məğlubiyyətlə üzləşən mənfur düşmən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu.

Sözügedən Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri 2020-ci il noyabrın 20- də Ağdam şəhərini həmişəlik tərk etdilər və şəhər ordumuzun tam nəzarətinə keçdi. Bundan cəmi 3 gün sonra müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı.

Dövlət başçısının həmin vaxt Ağdam məscidinin qarşısındakı çıxışı bir daha əminlik yaratdı ki, düşmənin törətdiyi vandallıq aktlarının fəsadları tezliklə aradan qaldırılacaq və Qarabağın, Şərqi Zəngəzurun bütün digər yaşayış məntəqələri kimi Ağdam şəhəri də yenidən, özü də əvvəlkindən də gözəl bərpa ediləcək.

Prezident İlham Əliyev çıxışında bildirmişdi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Bu gün tarixi qələbəmizin ardınca başlanılmış azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərinin dirçəldilməsi, genişmiqyaslı infrastrukturun qurulması layihələri uğurla reallığa çevrilməkdədir.

Fəxrlə söyləmək olar ki, artıq Ağdamın da bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb, rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri artıq Böyük Qayıdış çərçivəsində öz doğma sakinlərini qarşılamağa hazırlaşır.

Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır, şəhər dünyada bənzəri olmayan Baş pland əsasında yenidən yaranır.

Bu gün Ağdamda təməlləri atılmış onlarla yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, rezident sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkının fəaliyyətə başlaması, burada yüzlərlə rayon sakininin daimi işlə təmin edilmələri və onların öz doğma şəhərlərinin quruculuğunda iştirakları, “İmarət” kompleksinin bərpa edilərək istifadəyə verilməsi, müasir infrastrukturun formalaşması ağdamlıların hədsiz sevincinə səbəb olur, gələcək arzularına qol-qanad verir.

Yeri gəlmişkən, Ağdam Sənaye Parkında ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. İlkin olaraq rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. İşə götürülənlər isə əsasən Ağdamın və ətraf rayonların sakinləridir.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada ­Prezident İlham Əliyevin rayona hər növbəti səfəri görülən işlərə yeni töhfələr verməkdədir. Məhz bu sonsuz diqqət və qayğı Ağdamın yaralarına məlhəm olur, əminlik yaradır ki, “külündən doğan” Ağdam tezliklə yeni, möhtəşəm simasına qovuşacaq, “ruhlar şəhəri” “cənnət şəhər”ə şevriləcək.

Mahir RƏSULOĞLU, 
“XQ”nin Qarabağ müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri