Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

“Qafqazın Xirosiması”ndan ağıllı şəhərlərə

“Qafqazın Xirosiması”ndan ağıllı şəhərlərə

Modern.az saytına istinadən Icma.az xəbər verir.

"BMT Ümümdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası (WUF13) uğurla davam edir. Bu mötəbər tədbir Azərbaycanın inkişaf modelinin, beynəlxalq nüfuzunun və müasir şəhərsalma siyasətinin daha bir mühüm göstəricisinə çevrilir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, memarların, ekspertlərin, şəhərsalma üzrə mütəxəssislərin və beynəlxalq təşkilatların təmsilçilərinin bir araya gəldiyi bu forum təkcə şəhərlərin gələcəyi ilə bağlı müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın qazandığı uğurların beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm fürsətdir".

Bunu Modern.az-a açıqlamasında deputat Zaur Şükürov bildirib.
Deputat bildirib ki,  İlham Əliyev Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxışı zamanı tədbirin miqyasının və əhəmiyyətinin xüsusi diqqətəlayiq olduğunu bildirərək qeyd edib ki, Forum iştirakçı sayına görə rekord nəticəyə imza atıb: “182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var:

"Bu, yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayıdır”. Bu tədbirin ilyarım əvvəl Azərbaycanda keçirilən COP29-dan sonra ölkənin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir olduğunu bildirən ölkə başçısı və Ümumdünya Şəhərsalma Forumunun nəticələrinin də COP29 qədər uğurlu olacağına ümidini ifadə edib". 
Z, Şükürov qeyd edib ki, bu forumun məhz Bakıda keçirilməsi təsadüfi deyil. Son illər ərzində Azərbaycan şəhərsalma və infrastruktur sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün ölkəmizə gələn və ilk dəfə Azərbaycana səfər edən qonaqlar şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə müşahidə etmək imkanı qazanırlar. Əslində, belə bir qlobal tədbirə ev sahibliyi etməklə Azərbaycan şəhərsalmaya, insanların həyat keyfiyyətinin yüksəldilməsinə və rahat yaşayış mühitinin formalaşdırılmasına xüsusi önəm verdiyini bir daha dünyaya nümayiş etdirir.
"Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərsalma ənənələrinə xüsusilə diqqət çəkib. Belə ki, təkcə Bakı deyil, ölkəmizin bir çox qədim şəhərləri öz tarixi, memarlıq irsi və mədəni zənginliyi ilə seçilir. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində VIII əsrdə inşa edilmiş dünyanın ən qədim məscidlərindən biri yerləşir. Naxçıvan şəhəri böyük memar Əcəmi Naxçıvaninin yaratdığı XII əsrə aid Möminə xatun türbəsi ilə tariximizin və memarlıq məktəbimizin əzəmətini nümayiş etdirir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan Gəncə bu gün həm inkişaf edir, həm də tarixi görkəmini qoruyub saxlayır. Qəbələ və Şəki kimi qədim şəhərlərimizdə yerləşən tarixi abidələr xalqımızın zəngin mədəni irsinin göstəricilərindəndir. Şəki yaxınlığındakı Kiş kəndində yerləşən qədim kilsə və Lahıcın yüzillərlə qorunub saxlanılan unikal infrastrukturu əcdadlarımızın uzaqgörənliyinin, mühəndislik bacarıqlarının və zəngin sivilizasiya irsinin parlaq nümunələrindəndir.


Azərbaycanın şəhərsalma tarixində ən böyük layihələrdən biri bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlət başçısı vurğulayıb ki, bu ərazilər təxminən 30 il işğal altında qalıb və həmin müddət ərzində tamamilə dağıdılıb, məhv edilib. Beynəlxalq müşahidəçilərin Ağdamı “Qafqazın Xirosiması” adlandırması da dağıntının miqyasını açıq şəkildə göstərir. Şəhərlər, yaşayış məntəqələri, tarixi və ictimai obyektlər məqsədli şəkildə məhv edilmişdi".
Deputatın sözlərinə görə, Azərbaycan bu gün təkcə dağıdılmış şəhərləri bərpa etmir, həm də gələcək nəsillər üçün yeni yaşayış məkanları formalaşdırır. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Son beş il ərzində onlarla kilometr uzunluğunda tunellər, yüzlərlə körpü, elektrik stansiyaları, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, dəmir yolları və üç beynəlxalq hava limanı inşa edilib. Bu miqyaslı layihələr qısa müddətdə həyata keçirilən nəhəng quruculuq prosesinin göstəricisidir.
"Cənab Prezidentin çıxışında vurğuladığı digər mühüm məqamlardan biri də Böyük Qayıdışın yalnız tikinti ilə məhdudlaşmamasıdır. Artıq 85 mindən çox insan keçmiş işğal olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır. İnsanların doğma torpaqlarına qayıdışı təkcə yaşayış evlərinin inşası ilə deyil, eyni zamanda məşğulluq imkanlarının yaradılması ilə daha dayanıqlı xarakter alır. Bu məqsədlə yaradılan sənaye zonaları və iqtisadi layihələr yüz minlərlə insanın öz yurduna dönüşünə mühüm dəstək verir.
Şəhərsalma yalnız binaların inşası demək deyil, eyni zamanda ətraf mühitin qorunmasını və insanların rahat yaşayışının təmin edilməsini də özündə ehtiva edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Bakı uzun illər ərzində neft hasilatı nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdi. Lakin bu gün vaxtilə çirklənməsi ilə tanınan Qara şəhərin müasir və ekoloji şəhərsalma nümunəsi olan Ağ şəhərə çevrilməsi Azərbaycanın inkişaf modelinin ən uğurlu nümunələrindən biri hesab edilə bilər.
Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən şəhərsalma layihələri və BMT Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir. Azərbaycan bu gün təkcə öz şəhərlərini yenidən qurmur, həm də tarixi irsi qorumaqla gələcəyin müasir şəhər modelini formalaşdırır" - Zaur Şükürov sonda qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri