Icma.az
close
up
RU
“Qafqazın Xirosiması” xarabalıqdan boy atır

“Qafqazın Xirosiması” xarabalıqdan boy atır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İraqlı türkmən jurnalistin Ağdamda gördükləri, eşitdikləri və yazdıqları... 

(Xüsusi olaraq “Xalq qəzeti” üçün)

Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə İraq və Suriya türkmənlərindən ibarət nümayəndə heyəti Qarabağa səfər edib. Onların 27 illik işğaldan sonra Azərbaycan əsgərinin azad etdiyi “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” Ağdama səfəri xüsusilə yadda qalıb. Nümayəndə heyətinin üzvü, İraq Türkmən Jurnalistlər Cəmiyyətinin xarici əlaqələr şöbəsinin müdiri, doktor Kürşat Çavuşoğlu səfər zamanı gördükləri və eşitdiklərini qələmə alıb. Onun eksklüziv olaraq XQ-yə təqdim etdiyi məqaləsini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucuların ixtiyarına veririk.

* * *

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə İraq və Suriya türkmənlərindən ibarət Türkmənistan nümayəndə heyəti İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Ağdam şəhərinə baş tutan səfərimiz uzun müddət yaddaşımızdan silinməyəcək. Qarabağın ermənilər tərəfindən işğalı barədə eşitdiklərim başqa, bu şəhərdə gördüklərim isə bambaşqa idi.

Əvvəlcə Qarabağ münaqişəsinin tarixinə qısa nəzər salaq. Münaqişə Sovet İttifaqının dağılması zamanı ermənilərin Azərbaycanın bu tarixi ərazisinə iddia etmələri ilə başladı. Kənardan ciddi dəstək alan haylar müstəqilliyinə yenicə qovuşmuş, hələ nizami orduya malik olmayan Azərbaycanın üzərinə hücum etdilər. Ermənilər 1991-ci il dekabrın 28-də Xankəndini, 1992-ci ilin fevralın 26-da Xocalını, mayın 8-də Şuşanı işğal ediblər. Daha sonra – 1992-ci il mayın 18-də Laçın, 1992-ci il oktyabrın 2-də Xocavənd, 1993-cu il aprelin 2-də Kəlbəcər yağı düşmən əlinə keçib. Bu qara işğal siyahısına 1993-cü il iyulun 23-də Ağdam şəhəri də əlavə olundu. Ağdamın ardınca 1993-cü il avqustun 23-də Cəbrayıl və Füzuli, 31-də Qubadlı, oktyabrın 29-da Zəngilan rayonları işğala məruz qalıblar.

Bu minvalla Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərə gözün üstdə qaşın var deyən tapılmadı. Bir milyona yaxın insan yaşadıqları doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Dünya bu ədalətsizliyə də göz yumdu. Şuşa Qarabağın tacı idisə, Ağdam onun ən qiymətli qaşı idi. Ümumi sahəsi 1.154 kvadrat kilometr olan Ağdam şəhəri Azərbaycanın ən qədim diyarlarından biri hesab olunur. İşğal zamanı şəhərin müdafiəsində minlərlə azərbaycanlı qəhrəmancasına şəhid olub.

Yadımdadır, 33 il bundan əvvəl, 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdama tibbi yardım gətirmişdik. Bir müddət orada qaldıq. O zaman şəhəri çox görmək istəyirdim. Amma ermənilərin minaladıqları ərazidə aparılan minatəmizləmə işlərinə görə, təhlükəsizlik səbəbindən Ağdamın mərkəzinə gedə bilmədim. Qismətimizdə yalnız 33 ildən sonra xarabalığa çevrilmiş şəhəri, salamat qalmış və indi təmir olunmuş Ağdam Cümə məscidini görmək var imiş.

Qarabağın hər tərəfində bərpa-quruculuq işləri gedir. Hayların “Qafqazın Xirosiması”na çevirdikləri ruhlar şəhəri Ağdamda binalar inşa edilir, yollar çəkilir. Burada yeni şəhər salınır. Azərbaycan 27 illik erməni işğalı zamanı yerlə bir edilmiş Ağdama yeni həyat bəxş edir.

Birinci Qarabağ müharibəsi zamanı ən strateji məntəqələrdən biri hesab edilən Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndə şəhər tamamilə dağıdılıb. Ağdamlılar Azərbaycanın ayrı-ayrı rayonlarına köç etməyə məcbur olublar. Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə 6 minə yaxın insan şəhid olub. Həmin şəhidlərdən 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayonlardan biridir. Düşmənlə savaş təkcə uzaqdan, güllə məsafəsindən deyil, yaxından, əlbəyaxa döyüşlərlə müşayiət olunub.

Erməni işğalına qədər Ağdam təkcə Azərbaycanın yox, Qafqazın ən gözəl şəhərlərindən biri olub. Ermənilər üçün gözdağı sayılan bu şəhərdə işğaldan əvvəl 153 min nəfər yaşayırdı. Həm də bu səbəbdən haylar Ağdamda daş üstündə daş qoymayıblar.

2020-ci ilin noyabrında bir güllə atmadan ermənilərin geri çəkildiyi zaman nisbətən toxunulmaz qalan yeganə tikili Ağdamın mərkəzində yerləşən Ağdam Cümə məscididir. XIX əsrdə inşa edilmiş qoşa minarəli Ağdam Cümə məscidi çox bərbad və baxımsız vəziyyətdə olub. Şəhəri yağıdan azad edən Azərbaycan əsgəri əvvəlcə məsciddə təmizlik işləri aparıb, minarələrə Azərbaycan bayrağını sancıb.

Hazırda Ağdam əsl tikinti meydançasını xatırladır. Şəhərdə sürətlə aparılan bərpa-tikinti işləri ilə yanaşı, rayon ərazisində minalardan təmizləmə də həyata keçirilir. Ağdamda geniş infrastruktur layihələrini başa çatdıran Azərbaycan hökuməti 2025-ci ilin sonuna kimi 10 min ağdamlının şəhərə qayıtmasını planlaşdırır. Sonrakı illərdə isə bu rəqəmin 100 minə çatdırılacağı gözlənilir. Bu məqsədlə şəhərin müxtəlif yerlərində yeni məhəllələr salınır, binalar ucaldılır, infrastruktur “ağıllı şəhər” konsepsiyasına uyğun şəkildə qurulur.

İşğaldan əvvəl bölgənin sənaye mərkəzi olan şəhərin eyni istiqamətdə inkişaf etdirilməsi hədəflənib. Ağdam Sənaye Parkı şəhəri yenidən məhz sənaye mərkəzinə çevirmək məqsədilə yaradılıb. Ağdam Sənaye Parkında yaradılan yeni müəssisələrin məhsulları daxili bazardan savayı, ixraca da yönəldiləcək. Bir daha vurğulamaq istərdim ki, Ağdamda nisbətən toxunulmaz qalan yeganə tikili – Ağdam Cümə məscidində aparılan təmir-bərpa işləri, texniki xidmət yekunlaşıb. Yəni Ağdam Cümə məscidinin işğaldan əvvəlki siması özünə qaytarılıb.

Bu ilin ikinci yarısından etibarən Ağdama dəmir yolu ilə rahat gedib-gəlmək mümkün olacaq. Artıq Ağdam dəmiryolu stansiyası kompleksinin tikintisi başa çatmaq üzrədir. Şəhərin və kəndlərin sürətlə yenidən qurulması və bərpası ilə yanaşı, burada yaşayacaq sakinlər üçün müasir infrastruktur da düşünülüb. Yeni binalarda və kəndlərdə məcburi köçkünlərin rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərdə də quruculuq işləri davam etdirilir. Böyük Qayıdış Proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində geniş və hərtərəfli tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Mədəniyyət evinin, məktəblərin, uşaq bağçalarının, kənd bazarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, 27 il doğma yurd-yuvasından didərgin düşmüş ağdamlılar həsrətində olduqları ata-baba evlərinə qovuşacaqları günləri sayırlar.

Doktor Kürşat ÇAVUŞOĞLU,
İraq Türkmən Jurnalistlər Cəmiyyətinin şöbə müdiri 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri