Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Qafqazlardan doğan sülh günəşi Hulusi Kılıç yazır

Qafqazlardan doğan sülh günəşi Hulusi Kılıç yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq neçə gündür ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası keçirilir. Dünya liderləri o uca tribunadan çıxış edərək planetimizin bugünü və gələcəyinə dair mesajlar verir, öz dəyərli fikirlərini, irad və təkliflərini bölüşürlər. Heç şübhəsiz ki, həmin tədbirdə Prezident İlham Əliyevin nitqi çox fərqli, maraqlı və zənginliyi ilə seçildi. Onun tərəfindən verilən mesajlar sadəcə Azərbaycan üçün deyildi, o dəyərli sözlər həm də bütün bəşəriyyətin gələcəyinə işıq tutan böyük dövlət xadiminin hamı üçün çox faydalı ola biləcək məsləhət və tövsiyələri idi. Dünən insanlıq dünya səviyyəli bir dövlət ağlının çözülməsi faktiki qeyri-mümkün görünən problemləri qrossmeyster ustalığı, zəkası ilə necə həll etdiyinin həm də bir növ tarixçəsini eşitmiş oldu. Prezident İlham Əliyev BMT-nin ali kürsüsündə öz dərin məzmunlu çıxışı ilə ölkə, ümumbəşəri, o cümlədən də regional məsələlərlə bağlı çox aydın, onların həllinə məntiqli yanaşması ilə bir daha insanlığa sözün əsl mənasında master-klass keçdi.

Cümhurbaşqanımızın ilk cümləsi həqiqətən də çox-çox önəmli, tutarlı və hədəfə yönəlmiş çox sərrast ifadə idi. Dövlət başçısı həmin dəyərli sözləri ilə ona işarə etdi ki, burada əvvəllər çıxış edərkən Ermənistanın ərazilərimizi işğalından, qaçqın və məcburi köçkünlərimizlə bağlı problemlərdən danışardım. Amma indi münaqişə bitib. Yeni bir reallıq yaratmışıq. Hörmətli Prezidentimiz 30 il ərazilərimizin işğalına göz yumanlara öz kəsərli sözünü deməklə yanaşı, əzilən xalqlara, zülmə, istismara, işğala məruz qalmış ölkələrə ümid ola biləcək ismarışlar da verdi. Biz təslim olmadıq, əyilmədik, dik durduq, milli qürurumuzu qoruyub saxlamağı bacardıq və haqsız işğala son qoyduq. Haqsızlıqla barışmadıq. BMT, ATƏT başda olmaqla beynəlxalq təşkilatların bizim ən ağrılı problemimizə faktiki laqeyd münasibətinə rəğmən, ədaləti özümüz bərpa etdik və bu mənada hamıya nümunə olduq. Cənab Prezidentin ilk cümləsini çıxışı dinləyən, o salonda olan və yaxud olmayan hər kəs belə başa düşdü: Əsla ədalətsizliyə, zülmə, işğala boyun əyməyin, haqqınızı qoruyun!

Bir məqamı xüsusi ilə vurğulamaq istərdim ki, xarici siyasətimiz tam praqmatik ənənlər üzərində qurulub. Biz regionda və dünyada sülh və ümumbəşəri barış üçün səylə çalışan dövlətik. Əlbəttə, bu məsələdə öz qatqısı olan ölkələrin rolunu və iştirakını, səylərini də alqışlayırıq. Məsələn: ABŞ Prezidenti cənab Donald Trampın ikinci prezidentlik dövrü başlayandan bəri dünyada sülh üçün atdığı addımları, həmçinin ölkəmizlə əlaqələrin inkişafına verdiyi töhfələri Azərbaycan təbii ki, yüksək qiymətləndirir. Bu il avqustun 8-də Vaşinqtonda Ermənistanla əldə olunmuş və bilvasitə cənab Trampın şahidliyi ilə imzalanmış razılşamlar təkcə region üçün deyil, bütün qitə və dünya üçün müstəsna əhəmiyyətli tarixi sənədlərdir. TRİPP marşrutu, yəni Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razlaşmalardan hamı faydalanacaq. Mən bu məqamda bir fikri özəlliklə qeyd etmək istərdim. Azərbaycan Prezidenti Zəngəzur dəhlizi məsələsini gündəmə gətirəndə bəzi regional və qeyri-regional dövlətlər buna qarşı çıxan bəyanatlar verirdilər. Prezident İlham Əliyev dərin strateji zəkası, səbri, taktiki gedişləri və dövlət xadimi kimi çox yüksək bacarıqları ilə bütün bu oyunları ciddi qarşıdurmalar yaratmadan həll etdi. Sadəcə bu faktın özü sübut edir ki, Azərbaycan və bütün türk dünyası necə bir dahi şəxsiyyətə, əsl müdrik dövlət xadiminə malikdir. Hazırda yol göstərən, bizim türkcəmizlə desək, çözüm ürətən lider sayı dünyada təəssüf ki, çox deyil. Azərbaycan və Türkiyə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan gerçəkdən də bəşəriyyətə tarixi xidmətlər, o cümlədən də doğru yolu göstərən dövlət xadimləridir. Bu mənada bizim birliyimiz, sarsılmaz tellərlə bir-birimizə bağlılığımız, həmrəyliyimiz və xalqa xidmətə əsaslanan siyasi iradəmizin özü belə hamıya örnəkdir. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər sadəcə mövcud deyil. 

Azərbaycan sürətlə inkişaf edir, iqtisadi göstəriciləri ildən ilə daha da yaxşılaşır. Ölkəmiz Avropanın indiki ağır durumunda onun enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Avropalılar da Azərbaycanımızın onlara sağladığı bu faydanı gərək lazımınca qiymətləndirsinlər. Bilirsiniz, bu işlər sadəcə sözlə, lafla olmur. Azərbaycan müstəqil siyasi kursuna görə illərlə basqı altında olub. Ancaq bu basqılara dözüb və öz yolundan, siyasətindən geri durmayıb. Bəzən bəzilərinə elə gəlir ki, bunlar rahat, asan olan məsələlərdir. Əsla belə deyil. Bu nailiyyətlərin arxasında çox böyük zəhmət, dəmir iradə və bacarıq dayanır. Azərbaycan xalqı, türk dünyası, bəşəriyyət Prezident İlham Əliyevin hər addımında sadaladığım keyfiyyətləri çox yaxşı görür və yüksək qiymətləndirir. COP29, Qoşulmama Hərəkatındakı uğurlarımız sadəcə bizim üçün deyildi, hamıya faydalı olan nailiyyətlərdir.

Bir sözlə, Qafqazlardan doğan sülh günəşinin işığı indi dünyanı daha aydın yola istiqamətləndirir. Hələ biz yolun əvvəlindəyik. Çox qısa zamanda Asiyadan Avropaya uzanan “Orta dəhliz” üzərindəki hər bir ölkə, xalq ondan faydalanmağa başlayanda görəcək və başa düşəcək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hansı miqyasda olan bir tarixi qərar verərək onu reallığa çevirib. Heç şübhəsiz ki, bu gün olduğu kimi, gələcəkdə də praqmatik dünya tarixin bu həlledici, yeni dünya düzəninin qurulduğu dövründə Qafqazlara sülhü gətirən, sülh gündəliyini yaradan Azərbaycana, onun Böyük Liderinə mütləq minnətdar olacaq.

Hulusi Kılıç,

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi     

26 sentyabr 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri