Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Qarabağdakı keçmiş separatçı rejimin sabiq ordu rəhbəri ev dustaqlığına köçürüldü

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Hulusi Kılıç: Türkiyə, dağılmış Osmanlı imperiyasının külündən doğan bir respublikadır

Hulusi Kılıç: Türkiyə, dağılmış Osmanlı imperiyasının külündən doğan bir respublikadır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Türkiyənin qüdrəti bütövlükdə türk dünyasının gücüdür


 Azərbaycan bizim əkiz qardaşımızdır


Türkiyə bu gün həqiqətən də barmaqla göstəriləcək nüfuzlu bir dövlətə çevrilib

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət (Respublika) bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir. Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. 

Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir. 

Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.


Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Sherg.az-a deyib ki, Türkiyə, dağılmış Osmanlı imperiyasının külündən doğan bir respublikadır:

"1923-cü il oktyabrın 29-da, yəni 102 il əvvəl, Mustafa Kamal Atatürk tərəfindən elan olunub. Osmanlı imperiyasının süqutu Qərb dövlətlərinin bu imperiyanı parçalama səylərinin nəticəsi idi. İmperiyanın torpaqları işğal edildikdə, Mustafa Kamal və silahdaşları azadlıq uğrunda mübarizəyə qalxaraq müxtəlif cəbhələrdə düşməni məğlub etdilər və 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti yaradıldı. Cümhuriyyətin ilk illərində Türkiyə həm hərbi, həm iqtisadi baxımdan zəif, kasıb bir ölkə idi. Atatürk bu vəziyyəti dəyişmək üçün müxtəlif islahatlara başladı, investisiyaları təşviq etdi, sənayeləşmə siyasəti həyata keçirdi. Onun ən mühüm addımlarından biri isə Latın əlifbasının qəbul edilməsi idi ki, bu da Türkiyənin Qərblə inteqrasiyası istiqamətində mühüm mərhələ sayılır. Atatürkün qurduğu dövlət dünyəvi və demokratik prinsiplərə əsaslanırdı. Burada qadınlara və kişilərə bərabər şəkildə seçmək və seçilmək hüququ verilmişdi. Beləliklə, türk qadınları bir çox Avropa ölkələrindən əvvəl bu hüquqa sahib oldular. Atatürkün 10 noyabr 1938-ci ildə vəfatına qədər Türkiyə böyük bir tərəqqi mərhələsi keçmiş, beynəlxalq aləmdə önəmli yer tutmağa başlamışdı. İkinci Dünya Müharibəsi başlayanda isə Türkiyə münaqişəyə qoşulmadı və bununla da xalqını böyük faciələrdən qorudu. 1945-ci ildə Türkiyə Birləşmiş Millətlər Təşkilatına üzv oldu, 1949-cu ildə isə NATO-nun qurucu üzvlərindən biri kimi yer aldı. 1945-ci ildən çoxpartiyalı sistemə keçən ölkədə 1950-ci ildə keçirilən seçkilərdə Demokrat Partiya qalib gəldi. Lakin sonrakı dövrlərdə - 1960, 1971 və 1980-ci illərdə baş verən hərbi çevrilişlər ölkənin inkişafına mane oldu. 2001-ci ildən etibarən isə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) hakimiyyətə gəlməsi ilə Türkiyədə yeni bir mərhələ başlandı. Son 23–24 ildə ölkə müdafiə sənayesində böyük irəliləyişlər əldə etdi. Artıq öz təyyarəsini, pilotsuz uçuş aparatlarını (İHA-ları) istehsal edən bir gücə çevrildi. Bu sahədə Türkiyə dünyada ilk üçlükdə yer alır. Həmçinin, kosmos sənayesində də mühüm nailiyyətlər əldə olunub. Bu gün Türkiyə həm regionda, həm də qlobal miqyasda, eləcə də türk dünyası içərisində mühüm mövqe tutur. Yeni təqdim edilən “Altay” tankı Türkiyənin yerli və milli istehsalının bariz nümunəsidir. Müdafiə sənayesinin ixracında da ölkə böyük uğurlar qazanır. İnfrastruktur, yollar, körpülər, tunellər baxımından Türkiyə bir çox Avropa ölkələrini geridə qoyub. Türk xalqı bu nailiyyətləri öz zəhməti və birliyi ilə qazanıb".


Sabiq səfir əlavə edib ki, Türkiyənin gücü Azərbaycan üçün, Azərbaycanın gücü isə Türkiyə üçüncdür:

"Türkiyənin qüdrəti bütövlükdə türk dünyasının gücüdür. Türkiyə–Azərbaycan münasibətləri tarixən qardaşlıq üzərində qurulub. 1915-ci ildə Çanaqqala döyüşlərində azərbaycanlı qardaşlarımız Mehmetçiklə çiyin-çiyinə döyüşərək şəhid olublar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Osmanlı imperiyası Nuri Paşanın rəhbərliyi ilə 12 min nəfərlik Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi və 15 sentyabr 1918-ci ildə Bakını bolşevik, erməni və ingilis qüvvələrinin işğalından azad etdi. Azərbaycanın 23 ay davam edən müstəqilliyindən sonra Sovet hakimiyyəti quruldu və iki ölkə arasında əlaqələr uzun müddət zəif qaldı. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanmasından sonra onu ilk tanıyan dövlət Türkiyə oldu. 1993-cü ildə Azərbaycan torpaqları işğala məruz qaldıqda Türkiyə Ermənistanla sərhədlərini bağladı və diplomatik əlaqələri dayandırdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ başladı. O, iki ölkə arasındakı əməkdaşlığın inkişafı üçün mühüm addımlar atdı. Onun səyləri nəticəsində “Əsrin layihəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri reallaşdı. Bu layihənin təməli 2002-ci ildə qoyuldu, 2006-cı ildə isə tamamlandı. 2003-cü ildə Heydər Əliyevin vəfatından sonra Prezident İlham Əliyev bu siyasəti davam etdirdi. Onun rəhbərliyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Petkim kimi strateji layihələr həyata keçirildi. Azərbaycan Türkiyəyə 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycana təxminən 15 milyard dollarlıq investisiya yatırıb. 2009-cu ildə Naxçıvanda imzalanan sazişlə Türk Şurası -bu günkü Türk Dövlətləri Təşkilatının əsası qoyuldu. Eyni ildə Azərbaycan və Türkiyə arasında Hərbi əməkdaşlıq və qarşılıqlı yardımlaşma haqqında saziş imzalandı. Bu, birgə hərbi təlimlərin və müdafiə sənayesində əməkdaşlığın əsasını qoydu. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın ən böyük siyasi, diplomatik və informasiya dəstəyini təmin etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı bu dəstəyin ən güclü simvolu oldu. Müharibədən sonra münasibətlər daha da möhkəmləndi. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiqləndi və gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır.

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycanın təhlükəsizliyinə qarşı hər hansı hücum olarsa, Türkiyə avtomatik olaraq müdaxilə edəcək, eyni prinsip Türkiyə üçün də keçərlidir. Bu, iki ölkə arasında qardaşlığın və etimadın ən yüksək göstəricisidir. 1993-cü ildən bəri Ermənistanla sərhədlərin bağlı qalması da Türkiyənin Azərbaycana sadiqliyinin sübutudur. Belə bir hal dünyada demək olar ki, unikal nümunədir. Bir dövlət üçün üçüncü dövlətə qarşı sərhədlərini bağlı saxlamaq misli görünməmiş bir hadisədir. Bu münasibətlər həm Türkiyə, həm də Azərbaycan xalqları üçün qürur mənbəyidir. 2023-cü ilin fevralında Türkiyədə baş verən “əsrin zəlzələsi” zamanı ilk yardım edən və ən son ayrılan ölkə Azərbaycan oldu. Kahramanmaraşda “Azərbaycan məhəlləsi” inşa olundu, çoxsaylı ev və obyektlər Azərbaycan tərəfindən tikildi. Meşə yanğınları zamanı da eyni həmrəylik nümayiş etdirildi. Nəticə olaraq, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipindən irəli gələrək, lazım gəldikdə “bir dövlət” kimi hərəkət edə biləcək qədər bir-birinə bağlıdır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan bizim qardaşlarımızdır, lakin Azərbaycan bizim əkiz qardaşımızdır".


Hulusi Kılıç vurğulayıb ki, bu gün Türkiyə həm regional, həm də qlobal səviyyədə güclü bir dövlətə çevrilib:

"Türkiyə siyasi, iqtisadi və hərbi baxımdan dünyada mühüm yer tutur. Artıq elə bir mərhələ gəlib çatıb ki, Türkiyənin iştirakı olmadan bölgə ilə bağlı heç bir məsələ tam həll edilə bilmir. Bütün regional problemlərdə Ankara söz sahibidir.

Türkiyənin iştirak etmədiyi bir böhran idarəçiliyi demək olar ki, yoxdur. Bu gün Rusiya-Ukrayna müharibəsində, Fələstin-İsrail münaqişəsində, eləcə də Afrikadakı bəzi problemlərin həllində fəal rol oynayan, danışıqlarda iştirak edən tərəf məhz Türkiyədir. Hazırda Türkiyə NATO-nun ən güclü ikinci ordusuna malikdir. Hərbi və iqtisadi göstəricilər baxımından Türkiyə dünyanın ən inkişaf etmiş ölkələrinin toplandığı G20 formatında yer alır və bu siyahıda 18-ci sıradadır.

Bütün bunlar Türkiyənin siyasi, hərbi və iqtisadi gücünü açıq şəkildə nümayiş etdirir. Nəticə etibarilə, Türkiyə bu gün həqiqətən də barmaqla göstəriləcək nüfuzlu bir dövlətə çevrilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see249

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see233

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see198

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see167

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see153

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see153

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see145

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see145

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see138

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see134

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see133

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see129

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see129

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see125

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see123

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see121

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see120

Qarabağdakı keçmiş separatçı rejimin sabiq ordu rəhbəri ev dustaqlığına köçürüldü

28 Oktyabr 2025 01:56see120

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see119

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri