Icma.az
close
up
RU
Qafqazşuanslıq İnstitutu niyə ləğv olundu? Rəhbərlik belə istədi

Qafqazşuanslıq İnstitutu niyə ləğv olundu? Rəhbərlik belə istədi

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, 2015-ci ildən fəaliyyət göstərən Qafqazşunaslıq İnstitutu ləğv edilib. Rəyasət Heyəti 18 nəfərin çalışdığı qurumun saxlanılmasını məqsədəuyğun saymayıb.

Qərar sosial şəbəkələrdə və ictimai rəydə müxtəlif suallar doğurub.

Teleqraf.com məsələ ilə bağlı fəaliyyəti dayandırılan Qafqazşunaslıq İnstitutunun direktor vəzifəsini icra etmiş Ramilə Dadaşovanın fikirlərini öyrənmək istəyib.

Ramilə Dadaşova bu barədə hər hansı şərh vermək istəmədiyini deyib: "Oldu, keçdi. Rəhbərlik qərar verdi, ona uyğun müvafiq addım atıldı".

İnstitutun elmi işlər üzrə direktor müavini Südabə Hüseynova bildirib ki, bu haqda danışmaq səlahiyyətləri çərçivəsində deyil:

"Yalnız onu qeyd edə bilərəm ki, kimsə işsiz qalmayıb. Həmçinin bu illər ərzində qarşımıza qoyduğumuz məqsədlərə nail olmuşuq. Buna kimsə şübhə edə bilməz".

Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev sözügedən qərarın verilmə səbəblərini açıqlayıb:

"İki ay idi bu mövzu ilə bağlı məsləhətləşmə aparılırdı. Qafqazşuanslıq İnstitutunun sabiq rəhbəri Musa Qasımlı Milli Məclisin sədr müavini təyin olunduqdan sonra müəyyən boşluqlar yarandı. Düzdür, Ramilə xanım direktor əvəzi təyin edilmişdi. Güman edilirdi ki, direktor olacaq. Amma məsələ müzakirə edilmədi. Onun işindən razı idik. Lakin sonda məlum qərar verildi. Həm də işçi kontingentimiz az idi. 18 nəfərlə fəaliyyət göstərirdik. Buna görə institutun fəaliyyətinə ehtiyac duyulmadı.

Ramilə Dadaşova, Südabə Hüseynova və Vahid Ömərov istisna, digər şəxslər işlə təmin olundu. AMEA-nın prezidenti İsa Həbibbəyli sözügedən şəxslərin ən qısa zamanda layiq olduqları vəzifəyə təyinat alacaqlarına söz verib. Ramilə Dadaşovanın qərardan narazı olduğuna dair fikrə gəldikdə isə, ola bilər, hələlik işsizdir, ona görə belə münasibət göstərib. Amma dediyim kimi, bu barədə məsələ qaldırdım və qısa zamanda həll olunacağına zəmanət verdilər".

Professor fəaliyyətlərində hər hansı ləngimənin müşahidə olunmayacağını bildirdi:

"Hər bir üzvümüz işlə təmin olunub. Məsələn, Erməni və Gürcüstanşünaslıq şöbələrində çalışanlar fəaliyyətlərini bundan sonra Fəlsəfə və Sosialogiya İnstitutunda davam etdirəcəklər. Qafqaz tarixi və Şimali Qafqaz araşdırmaları şöbəsinin əməkdaşları Tarix İnstitutunda çalışacaqlar.

Mən 2018-ci ildən Qafqazşuanslıq İnstitutunda işləyirəm. İndiyə qədər verdiyimiz hesabatlarda da uğurlu işimiz öz əksini tapıb. İl ərzində 74-ə qədər yüksək indeksli jurnallarda məqalələrimiz çap olunub. Bəlkə də yeganə qurumuq ki, kiçik heyətlə bu qədər böyük uğura nail olmuşuq. Dediyim kimi, sözügedən qərar bizim alim kimi fəaliyyətimizə mənfi təsir etməyəcək.

Hazırda ən yaxşı təhcizatlarla təmin olunmuşuq. İşçilər eyni maaşı alırlar. Bir sözlə, toplananların yerini dəyişdikdə cəm dəyişmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri