“Qafur Məmmədov” gəmisi təmirdən sonra ilk səfərini uğurla tamamlayıb
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qafur Məmmədov" quru yük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilən əsaslı təmirdən sonra çıxdığı ilk səfərini uğurla başa vurub.
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, gəmi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük tam şəkildə artıq gəmidən boşaldılıb.
Hazırda "Qafur Məmmədov" gəmisi növbəti səfər üçün yükləməni gözləyir.
Yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metr olan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:Qafur Məmmədov yük gəmisi əsaslı təmir olunub
30 Dekabr 2025 10:54
Xocalı gəmisi İndoneziyadan Avstraliyaya səfərini uğurla tamamlayıb
23 Fevral 2026 12:14
“Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla tamamlayıb
13 Aprel 2026 20:10
ASCOnun “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora ilk səfərini tamamlayıb
11 Yanvar 2025 10:47
Baxış sayı:152
Bu xəbər 12 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















