Icma.az
close
up
RU
QAİ: Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən cəhdlərinə son verməsini tələb edirik

QAİ: Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən cəhdlərinə son verməsini tələb edirik

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistanın və onun havadarlarının cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik. 

"Sherg.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

"Müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hal-hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Ermənistan dövlətinin  Azərbaycana qarşı həyata keçirdiyi sülhün pozulması və təcavüzkar müharibə çərçivəsində törədilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, minlərlə azərbaycanlı işgəncə və məcburi itkin düşməyə məruz qoyulmuş, ictimai və şəxsi mülkiyyətə kütləvi məbləğdə zərər vurub",- bəyanatda qeyd olunub.

İnsan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olmuşdur. Bu mənada, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutuması və davamlı sülhün əldə olunmasına böyük töhfədir. 

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər.

Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri