Ətraf mühiti pozanlara qarşı cərimələr tətbiq olunacaq
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistanda təbiətə zərər verən bir sıra pozuntulara görə hüquqi şəxslərə maliyyə cərimələri tətbiq ediləcək. Xüsusilə, çay yataqlarından bərpa olunmayan materialların qanunsuz çıxarılması, suyun çirklənməsi, ağac və kolların qanunsuz kəsilməsi, normadan artıq atmosferə zərərli maddələrin atılması, tikinti sahələrində toz və qumun yayılmasının qarşısının alınmaması, icazəsiz yerlərdə tullantıların yandırılması zamanı cərimələr tətbiq olunacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının ekologiya və ətraf mühitin mühafizəsi sahəsində dəyişikliklər haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edilməsi ilə mümkün olub.
Həmçinin, istixanalarda, istehsal binalarında və yandırma avadanlıqlarında təkərlərin, bitumun, yanacaq yağının, kətan yağının, rezin və oxşar zərərli tullantıların yandırılması da inzibati məsuliyyətə səbəb olacaq.
Qanun layihəsində sənaye və digər tullantıların toplanması, daşınması, saxlanması, utilizasiyası və emalı proseslərində ekoloji tələblərə əməl edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.
Süleyman
Bu mövzuda digər xəbərlər:Xətaidə ətraf mühiti çirkləndirən sürücülərə xəbərdarlıq edildi; CƏRİMƏLƏR YAZILDI VİDEO
26 May 2025 15:01
Ətraf mühiti çirkləndirənlər CƏZALANDIRILDI
09 Noyabr 2024 18:20
Ətraf mühiti çirkləndirənlər cəzalandırıldı
22 Noyabr 2024 09:14
QHTlərə yeni cərimələr tətbiq olunacaq
04 Dekabr 2024 17:31
Baxış sayı:105
Bu xəbər 27 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















