Icma.az
close
up
RU
Azərbaycandakı teatrlarda KÜTLƏVİ İXTİSARLAR gözlənilir?

Azərbaycandakı teatrlarda KÜTLƏVİ İXTİSARLAR gözlənilir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, xüsusilə dövlət teatrlarında baş rejissor və baş rəssam ştatlarının ləğv edilməsi məsələsi ictimai maraq doğurub və bir sıra sualların ortaya çıxmasına səbəb olub.

Teatr sistemində hansı dəyişikliklərə başlanılıb, bu islahatların əsas məqsədi nədir və yeni idarəetmə modeli yaradıcılıq prosesinə necə təsir göstərəcək, ləğv olunan ştatlarda çalışan şəxslərin taleyi necə olacaq? Bu islahatlar ixtisar və ya kütləvi ştat azaldılması deməkdirmi?

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara start verilib. Aparılan dəyişikliklər çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənərək müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

"İslahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır. Yeni yanaşma ilə idarəetmədə məsuliyyət bölgüsünün aydınlaşdırılması və kollektiv qərar mexanizmlərinin gücləndirilməsi hədəflənir", - deyə məlumatda bildirilir.

Aparılan islahatlar çərçivəsində baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələrin yeni strukturda nəzərdə tutulmaması ilə bağlı qeyd olunub ki, bu qərar vəzifələrin formal mövcudluğundan deyil, onların funksional effektivliyindən çıxış edilərək qəbul edilib, həmin vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb:

"Ləğv olunan vəzifələrin funksiyalarının necə icra olunacağına gəlincə isə qeyd edirik ki, həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır".

Teatrlarda ləğv olunan bölmələrin yerində hansı yeni struktur bölmələri yaradılması məsələsi də müzakirə olunan əsas məsələlər siyahısındadır.

Nazirliyin Mətbuat Xidməti bu məsələyə münasibətdə bildirib ki, yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb ki, bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir:

"Hazırda bədii rəhbər vəzifəsində çalışan şəxslərin fəaliyyətlərini necə və harada davam etdirməsi də ən çox verilən suallar arasındadır. Bildirmək istərdik ki, teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

"Bu islahatları ixtisar və ya kütləvi ştat azaldılması kimi dəyərləndirmək olarmı və təqdim olunan yeni idarəetmə modeli teatrların yaradıcılığına necə təsir edəcək?" sualına gəlincə isə qeyd olunub ki, aparılan islahatlar heç bir halda ixtisar və ya kütləvi ştat azaldılmasına yol açmır.

"Çünki islahatların məqsədi hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir. Yeni model teatrların yaradıcılıq potensialını artırmaq, yaradıcılıq azadlığını daha sağlam institusional çərçivədə təmin etmək və idarəetmədə məsuliyyət bölgüsünü aydınlaşdırmaq məqsədi daşıyır. Bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha dayanıqlı inkişafına zəmin yaradır", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri