Icma.az
close
up
RU
Menu

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Elşad Əliyev istefa ərizəsi yazdı

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

Mərhum atasının və bacısının fotosunu paylaşdı

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Qalatasaray” bunu tarixində ilk dəfə bacardı

“Qalatasaray” bunu tarixində ilk dəfə bacardı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Qalatasaray” turun açılış oyununda “Alanyaspor”un qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm artıq “Fənərbaxça” (2:2) və “Beşiktaş”dan (2:0) xallar qoparan, eləcə də bu matçda qədər evdə 6 oyunluq məğlubiyyətsiz seriyaya malik olan “Alanyaspor” son çempiona da çətin anlar yaşatdı. Amma Joao Pereyranın komandası çox şanssız bir oyun keçirdi və heç cür sürpriz edə bilmədi.
İkardinin ilk yarının ortalarında Sinqonun ötürməsindən sonra dabanla vurduğu baxımlı qol sona qədər oyunda yeganə oldu. Halbuki meydan sahibləri ən azı 1 xala artıqlamasıyla layiq idilər. Təkcə bir faktı vurğulayaq ki, Uğurcan Çakır oyunu 8 seyvlə tamamlayaraq çempionatdakı şəxsi rekordunu təkrarladı. “Opta”nın açıqladığı rəqəmə görə “Alanyaspor” bu matçda 6 (!) yüzfaizlik qol şansını boşa verib. Matçı izləyənlər arasında “sarı-qırmızılar”ın əfsanəsi George Haci də var idi. Onun oğlu Yanis ikinci hissədə meydan sahiblərinin heyətində oyuna qoşuldu.
Yeri gəlmişkən, İkardi “Qalatasaray”da 66-cı qolunu vurdu və indi onu Hacinin rekordunu təkrarlamaqdan cəmi 6 qol ayırır. Beləliklə, Okan Burukun komandası 7-ci həftəni də maksimum nəticə ilə başa vurdu. Onu da bildirək ki, “Cim-Bom” superliqada ardıcıl 32-ci qarşılaşmada qol vurmaqla turnirin yeni rekordunu müəyyənləşdirdi!
Şənbə gününün oyunları da meydan sahibləri üçün uğurlu alınmadı. “Qaziantep” bütün 2-ci hissəni azlıqda keçirən “Samsunspor”la oyunda iki topluq geriliyi aradan qaldırsa da, 3 xal qazana bilmədi. Tura ikinci pillədə daxil olan “Göztəpə” “Eyüpspor” səfərində qolsuz bərabərliklə kifayətlənməli oldu. İzmir təmsilçisi hələ ki bu mövsüm uduzmayan 3 klubdan biridi. “Trabzonspor” “Atatürk Olimpiya”da debütant “Fatih Karagümrük”lə matçda 4:1 öndə olmasına baxmayaraq, az qala xal itirəcəkdi.
Matçın son anlarında meydan sahiblərinin forvardı Fofana 53 saniyə aralığında iki qol vurdu. XXI əsrdə Türkiyə çempionatında 53 saniyəyə iki qol vuran futbolçu olmamışdı! Ancaq onun qolları xal qazanmaq üçün kifayət etmədi. “Karagümrük” cəbhəsi bu matçdakı hakimlikdən kəskin narazı qaldı. Xüsusilə ilk yarının sonlarında qonaqların xeyrinə verilən penalti böyük söz-söhbətə səbəb oldu. Hətta trabzonluların baş məşqçisi Fatih Təkkə də o epizodda penalti olmadığını etiraf etdi.
Bazar günü “İstanbul BŞ” Konyadan xalsız ayrılmaqla Nuri Şahinin başçılığı altında ilk dəfə məğlub oldu. “Kasımpaşa” son saniyə qolu ilə Rizədə hesabına 3 xal yazdısa, “Gənclərbirliyi” əksinə, son saniyələrdə buraxdığı qolla Kayseridə qələbəni əldən verdi. Amma “Gənclər”in son 20 dəqiqəni 9 futbolçu ilə keçirdiyini bildirək. Son 3 rəsmi oyunda qələbəyə həsrət qalan “Fənərbaxça” bu dəfə Əmrə Belözoğlunun çalışdırdığı “Antalyaspor”u qəbul etdi. Qonaqlar ilk yarıda pis təsir bağışlamasalar da, ələ düşən fürsətləri dəyərləndirə bilmədilər. “Fənər” isə fasilədən sonra özünə lazım olan qolları vura bildi.
Maraqlıdı ki. 2-ci hissənin ortalarında Neneyə qarşı kobudluqdan sonra qazanılan penalti zamanı topun başına yenə Talişka keçdi. Halbuki “sambaçı” bu mövsüm artıq “Göztəpə” (0:0) və “Alanyaspor” (2:2) ilə oyunlarda iki önəmli penaltini boşa verərək komandasına qənim kəsilmişdi. Böyük uğultu və fit sədaları altında topa yaxınlaşan ulduz futbolçu bu dəfə səhvə yol vermədi. Yekun nəticəni isə oyunun son anlarında Şimanski müəyyənləşdirdi. “Antalyaspor”u ardıcıl 7-ci superliqa matçında məğlub edən “Fənər” xalını 15-ə çatdırmaqla 2-ci pilləni yenidən özünə qaytardı.
Onu da bildirək ki, “Fənər” cəmi 3 həftə öncə Tedeskonun köməkçisi kimi kluba dəvət edilən Gökhan Gönüllə yolları ayırdı!
7-ci tur
Alanyaspor – Qalatasaray 0:1

İkardi, 23.
Qalatasaray: Uğurcan Çakır, Sinqo, Sançes, Əbdülkərim Bardakcı (Yakobs, 63), Ərən Elmalı, Torreyra (Lemina, 46), Sara (İlkay Gündoğan, 63), Şallai, Sane (Metehan Baltacı, 77), Barış Alpər Yılmaz (Osimhen, 85), İkardi.
Fənərbaxça – Antalyaspor 2:0
Talişka, 65-p. Şimanski, 90+2.
Fənərbaxça: Ederson, Semedo, Şkrinyar, Oostervolde, Braun, Asensio, İsmayıl Yüksək (Fred, 87), Nene (Oğuz Aydın, 90+1), Talişka (Şimanski, 87), Kərəm Aktürkoğlu (İrfan Can Kahveci, 77), Ən-Nəsiri (Cenk Tosun, 77).
Beşiktaş – Kocaelispor 3:1
Rafa Silva, 4. Çernı, 10. Sirota, 90+3-öz qapısına – Bingöl, 50.
Fatih Karagümrük – Trabzonspor 3:4
Tyaqo Çukur, 28. Fofana, 90+1; 90+2 – Auqusto, 19. Onuaçu, 35; 45+8-p. Sikan, 88.
Trabzonspor: Onana, Pina (Boran Başkan, 89), Saviç, Bataqov, Arif Boşluk, Oulai, Jabol Folkarelli, Zubkov (Visça, 80), Auqusto (Muçi, 80), Olaiqbe (Sikan, 65), Onuaçu (Salih Malkoçoğlu, 90).
Qaziantep – Samsunspor 2:2
Lunqoyi, 45. Abena, 75 – Van Drongelen, 4. Ndiaye, 19.
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Satka (Borevkoviç, 46), Van Drongelen, Tomasson, Yunus Əmrə Çift (Cəlil Yüksəl, 78), Holse (Makumbu, 88), Nçam, Musaba, Kulibali (Marius, 46), Ndiaye.
Konyaspor – İstanbul BŞ 2:1
Ndao, 16. Opoku, 45+1-öz qapısına – Şomurodov, 57.
İstanbul BŞ: Muhammed Şengezer, Ebosele (Ömər Əli Şahinər, 46), Opoku, Ba, Operi, Kreşpo, Berat Özdəmir (Kaluşinski, 64), Arit (Dəniz Türüç, 77), Yusuf Sarı (Fayzullayev, 64), Brniç (Da Kosta, 46), Şomurodov.
Çaykur Rizəspor – Kasımpaşa 1:2
Papanikolau, 60 – Geye, 35. Ben Uanes, 90+3.
Kayserispor – Gənclərbirliyi 1:1
Tuçi, 90+1 – Oğulcan Ülgün, 25.
Eyüpspor – Göztəpə 0:0

1. Qalatasaray 7 7 0 0 19-2 21
2. Fənərbaxça 7 4 3 0 12-5 15
3. Trabzonspor 7 4 2 1 9-6 14
4. Göztəpə 7 3 4 0 10-2 13
5. Beşiktaş 6 4 0 2 11-8 12
6. Samsunspor 7 3 3 1 10-2 12
7. Qaziantep 7 3 2 2 10-12 11
8. Konyaspor 6 3 1 2 12-8 10
9. Antalyaspor 7 3 1 3 7-8 10
10. Alanyaspor 7 2 3 2 8-7 9
11. Kasımpaşa 7 2 2 3 7-8 8
12. İstanbul BŞ 6 1 3 2 6-6 6
13. Çaykur Rizəspor 6 1 2 3 4-9 5
14. Eyüpspor 7 1 2 4 4-10 5
15. Kayserispor 7 0 5 2 5-13 5
16. Gənclərbirliyi 7 1 1 5 5-10 4
17. Fatih Karagümrük 7 1 0 6 7-16 3
18. Kocaelispor 7 0 2 5 4-12 2
Bombardirlər: İkardi (Qalatasaray), Onuaçu (Trabzonspor), Rafa Silva (Beşiktaş) – 5.
Turun rəqəmi
7 – son 3 ildə “Qalatasaray”ın başında saysız-hesabsız rekordları yeniləyən Okan Buruk növbəti dəfə adını klub tarixinə yazdırdı. Belə ki, İstanbul nəhəngi tarixində ilk dəfə Türkiyə çempionatında mövsümün ilk 7 turunu maksimum nəticə ilə tamamladı! Ötən mövsüm komanda ilk 6 turda büdrəməmiş və 7-ci turda evdə “Kasımpaşa” ilə bərabərə qalmışdı (3:3). Bu göstəricidə turnirin rekordu “Fənərbaxça”ya məxsusdu. “Fənər” 2023/24-də İsmayıl Kartalla mövsümün ilk 10 turunda xal itirməmişdi.
Turun ulduzu
Pol Onuaçu (Trabzonspor) – ardıcıl 2-ci həftə onu turun qəhrəmanı seçirik. Çünki nigeriyalı forvard komandası üçün mühüm qollar vurmaqda davam edir. Özü də onun qolları, adətən, baxımlı alınır. Bir çoxlarının fikrincə, yekəpər hücumçunun bu tur “Fatih Karagümrük”ə akrobatik zərbə ilə vurduğu qol ilin ən gözəl qoluna namizədlər arasına düşəcək. Onu da bildirək ki, “Trabzonspor”da ikinci mövsümünü keçirən Onuaçu Türkiyə karyerasında ilk dəfə superliqada səfər oyununda dubl etdi.
Turun sitatı
Süleyman Hurma, “Fatih Karagümrük”ün prezidenti:

“Artıq Klublar Birliyinin toplantılarına qatılmayacam. Çünki orda digər başqanlarla birlikdə oturmağımın heç bir mənası yoxdu. Digər Anadolu klublarının da toplantılara qatılmaması üçün əlimdən gələni edəcəm. Türkiyədə böyük klublar qorunur. Bizim kimi öz gücünə nəyəsə nail olmağa çalışanlar isə əzilir. Böyük klublar qalib gələn kimi quzuya çevrilirlər. Heç kimin səsi çıxmır. “Qalatasaray” ilə oyunda da buraxdığımız ilk qolda qayda pozuntusu var idi. O vaxt da heç kimin səsi çıxmadı”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Açığı, final fitindən sonra qələbənin və rekordun sevincini doyunca yaşamadan paltardəyişmə otağına yollandıq. Çünki son 15-20 dəqiqədə çoxlu səhvə yol verdik. İlk yarıda pis təsir bağışlamasaq da, ikinci hissəni imkanlarımızdan aşağı səviyyədə keçirdik. Yaxşı oynamadan qalib gəldiyimiz bir matç oldu. Fasilədə Torreyranın vəziyyəti yaxşı deyildi. İstinin də təsirindən səhhəti ilə bağlı problem yaşadı. Bu üzdən onu əvəzləməli olduq. Kaan Ayhanla Yunus Akgünün ağrıları olduğu üçün onların xidmətindən faydalana bilmədik. Həm də oyunun sonlarına yaxın artıq fikrimiz “Liverpul”la matçda idi. “Alanyaspor” önəmli fürsətlər yaxaladı və səviyyəli futbol sərgilədi. Rəqibi təbrik edirəm. Qələbə hesabını çətinliklə qoruya bildik. Müdafiədə inamsız təsir bağışladıq və rəqibə qapımız önündə fürsətlər yaxalamağa imkan verdik. Qapıçımız bir neçə epizodda bizi xilas etdi. ÇL matçından əvvəl belə çətin oyunları itkisiz başa vura bilmək önəmlidi. “Liverpul”la oyuna çox yaxşı hazırlaşmalıyıq. Daha yüksək tempdə keçən bir oyun olacaq. İnşallah, həmin oyuna tam heyətlə çıxarıq. Belə oyunların atmosferi fərqli olur. Ona görə də fərqli futbol sərgiləyəcəyimizi düşünürəm. “Liverpul” yaxşı formadadı, yaxşı nəticələr əldə edir. Müdafiədən hücuma çox sürətli çıxan bir komandadı”.


Domeniko Tedesko, “Fənərbaxça”nın baş məşqçisi:

“Qələbəyə həsrət qaldığımız son oyunlarda əslində pis təsir bağışlamamışdıq. Digər tərəfdən, bu gün 3 xal qazanmağımıza baxmayaraq hər şey ideal deyildi. İlk yarının sonlarında rəqibin uzun ötürmələri bizə problemlər yaratdı. Bura gəldiyim gündən bəri ilk dəfə oyuna mən istədiyim şəkildə nəzarət etdik. Hesabı açandan sonra çox fürsət yaxaladıq. Çalışmalıyıq ki, hesabda geri düşərkən də belə futbol sərgiləyək. Rəqibin cərimə meydançasında 29 dəfə topla oynadıq. Bu, çox yaxşı göstərici olsa da, bunun qarşılığında daha çox qol vurmalıydıq. Erkən qollar vura bilmək də önəmlidi. Çünki oyun 0:0 davam etdikcə rəqib də ümidlənir, işlər çətinləşməyə başlayır. Penalti vura biləcək 4-5 oyunçumuz var. Talişka yenə topun başına keçmək istədi. Bu da onun cəsarətini və xarakterini göstərir. Gökhan Gönülü daha öncə tanımırdım. Bəzən işlər biz istəmədiyimiz şəkildə irəliləyir. İstefası ilə bağlı özəl bir durum yoxdu. Öz aramızda olan söhbətləri kənara çıxarmaq istəmirəm. Gökhan bu klubun əfsanəsidi, həmişə də belə qalacaq. Onun yerinə başqa məşqçi tələb etməyəcəyik. Çox yaxşı bir məşqçilər korpusuna sahibik. Zəki Murat Gölə uzun illərdi burda çalışır və bizə gözəl yardım edir. İndi ondan daha çox faydalanacağıq”.


Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi:

“Qalib gəldiyimiz üçün sevincliyik. Ümumi götürəndə qələbəyə layiq futbol sərgilədik. Maraqlı və qəribə oyun oldu. Son anlar sıxıntılı keçdi. Futbolda bir qədər arxayınlaşan kimi rəqib səni cəzalandırır. Bir qədər də vaxt olsaydı, ciddi problemlər yaşaya bilərdik. Həm də gənc oyunçularımız çoxdu. Heyətimizin orta yaş həddi 20-25-di. Bəzən səhvlər baha başa gəlir. Ona görə də diqqətli olmalıyıq. Penalti epizodu çox şübhəlidi. Məncə, penalti yox idi və bu fikrimi 4-cü hakimə də söylədim. Onuaçu mükəmməl qol vurdu. Etiraf edim ki, o qolu heç mən də vura bilməzdim (gülür). O, bu tərzdə qolları daha çox vurmalı və daha yaxşı formada olmalıdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see213

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see211

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see191

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see147

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see135

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see132

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see129

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see129

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see129

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see128

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see126

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see125

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see125

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see125

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see121

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see120

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see120

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see119

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri