Icma.az
close
up
RU
Qalatasaray ın qələbə seriyası qırıldı derbi təkrar oynanıla bilər!

Qalatasaray ın qələbə seriyası qırıldı derbi təkrar oynanıla bilər!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şənbə günü Türkiyə çempionatının 8-ci turunda İstanbul derbisi baş tutdu. ''Qalatasaray'' doğma meydanda ''Beşiktaş''la oyunda favorit sayılsa da, qalib gələ bilmədi (1:1).

"Football-plus.az" xəbər verir ki, qonaqların heyətində Temmi Abrahamın vurduğu qola meydan sahiblərində İlkay Gündoğan cavab verdi. ''Cim-Bom''un hələ ilk yarıda Davinson Sançesin qırmızı vərəqə almasından sonra azlıqda qaldığını və fasiləyə geridə yollandığını nəzərə alsaq, bu nəticəni meydan sahibləri üçün qənaətbəxş saymaq olar.
Beləliklə Okan Burukun kollektivi bu mövsüm 8-ci turda ilk dəfə xal itirdi və ''Fənərbaxça''nın rekordunu təkrarlaya bilmədi. ''Fənər'' 2023/24-də ilk 10 turdan qələbə ilə ayrılmışdı. Bundan başqa ''sarı-qırmızılar''ın superliqada 15 oyunluq qələbə seriyası başa çatdı. Komanda daxili çempionatda sonuncu dəfə ötən mövsümün 29-cu turunda yenə də ''Beşiktaş''la derbidə (1:2) xal itirmişdi.
Yeri gəlmişkən, Türkiyə mətbuatında derbinin təkrar edilə biləcəyi ilə bağlı iddialar yayılıb. Məsələ burasındadı ki, ''Beşiktaş'' əvəzetmələri həyata keçirərkən oyunu 4 dəfə dayandırdı. Klublara 5 əvəzetmə haqqı verilsə də, reqlamentə görə bu əvəzetmələr yalnız 3 dəfəyə həyata keçirilə bilər. ''Qartal'' ikinci hissədə hakimlərin anlaşmazlığı üzündən 4 dəfə evezetmə fasiləsindən yararlandı. 65-ci dəqiqədə bir əvəzetmə həyata keçirildikdən sonra oyun davam etdi. Halbuki qonaqlar həmin anda iki oyunçu dəyişdirmək istəyirdilər. Oyun davam etdikdən təxminən 10 saniyə sonra hakim bunun fərqinə vararaq fitini səsləndirdi. Oyun dayandı və həmin əvəzetməyə icazə verildi.
Reqlamentə görə bu da yanlışdı. Əvəzetməyə görə hakimin oyunu dayandırmaq ixtiyarı yoxdu! Bu epizoda oyundan sonra ''Qalatasaray'' cəbhəsi, eləcə də baş məşqçi Okan Buruk da kəskin reaksiya verdi.
''Qalatasaray'' federasiyaya rəsmən müraciət edəcəyi təqdirdə derbinin yenidən keçirilməsi ehtimalı mövcuddu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Oktyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri