Icma.az
close
up
RU
Qalatasaray ın yoxlama oyunlarındakı qələbə seriyası qırıldı

Qalatasaray ın yoxlama oyunlarındakı qələbə seriyası qırıldı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Avqustun 2-də ''Qalatasaray''lılar ''Rams Park''a axın etdi. Əvvəlcə stadionda yeni transferlər - Viktor Osimhen və Leroy Sane üçün imza mərasimi keçirildi.

Osimhen ötən mövsüm icarə əsasında İstanbul nəhəngində çıxış edirdi. Bu yay nigeriyalı ulduz daimi əsasda transfer edildi. İmza mərasimində başqan Dursun Özbək də iştirak etdi. Mərasimin ardından isə ''Qalatasaray'' ''Latsio'' ilə qarşılaşdı.
Türkiyədə toplanış keçən İtaliya nəhəngi bir neçə gün öncə ''Fənərbaxça'' ilə də qarşılaşmış və minimal hesabla məğlub olmuşdu. Baş məşqçi Okan Buruk əsas heyətdə bu isimlərə yer verdi: Günay Güvənç, Kaan Ayhan, Sançes, Əbdülkərim Bardakcı, Ərən Elmalı, Torreyra, Lemina, Sane, Sara, Yakobs, Şallai. Fasilədə və ikinci hissənin gedişində bu futbolçular meydana çıxdı: Yunus Akgün, Ahmed Kutucu, Kön, Barış Alpər Yılmaz, Yelert, Arda Ünyay, Eyüp Aydın, Nelsson, Kazımcan Karataş, Metehan Baltacı.
Göründüyü kimi Sane ilk dəfə start heyətində peyda oldu və 62 dəqiqə meydanda qaldı. Türkiyə çempionunun heyətində önə çıxan isim Torreyra oldu. Osimhen və İkardi kimi ulduzların yoxluğunda Torreyra 10-cu dəqiqədə hesabı açdı. ''Latsio'' fasiləyə qədər nəinki bərabərlik qolunu vurdu, hətta hesabda önə də keçdi. Sançes 33-cü dəqiqədə avtoqol müəllifi oldusa, fasilə ərəfəsində Zakkanyi komandasının 2-ci qolunu vurdu. Ancaq 75-ci dəqiqədə uruqvaylı ulduz Torreyra yenidən səhnəyə çıxaraq komandasını məğlubiyyətdən xilas etdi.
Beləliklə, qarşılaşma 2:2 hesabı ilə yekunlaşdı və ''Qalatasaray''ın bu yay yoxlama oyunlarındakı qələbə seriyası qırıldı. ''Cim-Bom'' daha öncə ''Ümraniyəspor''u 5:2, ''Admira''nı 2:1, ''Kalyari'' və ''Strasbur''u 3:1 məğlub etmişdi.
Yeri gəlmişkən Berkan Kutlunun bu oyunda iştirak etməməsi onun ''Espanyol''a transferi ilə əlaqəlidi. Bu keçidin ən qısa müddətdə tamamlanacağı gözlənilir. Maddi detallar bəlli olmasa da, müqavilədə sonrakı satışdan 20 faiz pay maddəsinin olduğu bildirilir.
Qeyd edək ki, 2021-ci ildən ''Qalatasaray''a məxsus olan 27 yaşlı yarımmüdafiəçi 2023/24-ün ilk dövrəsini icarə əsasında ''Cenoa''a keçirmişdi. ''Qalatasaray'' yoxlama oyunlarını başa vurdu.
Komanda yeni mövsümün ilk rəsmi matçını avqustun 8-də Türkiyə çempionatının 1-ci turu çərçivəsində səfərdə ''Qaziantep''ə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri