Icma.az
close
up
RU
Qalatasaray ın yeni formalarında Osimhen sürprizi

Qalatasaray ın yeni formalarında Osimhen sürprizi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qalatasaray"ın 5 ulduzlu 2025-2026 mövsümü üçün ev və səfər formaları satışa çıxarılıb. 

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, bu formalarda hələ komandada qalacağı dəqiqləşməyən Viktor Osimhenin adının da yer alması, "Qalatasaray"ın transferdə iddialı olduğunu göstərir. 

Məlumata görə, futbolçunun transferi üçün "Napoli" ilə razılıq əldə olunub və Osimhen bütün alternativləri dəyərləndirdikdən sonra gələn həftə qərarını açıqlayacaq. Klubunun onun adına formasında yer verməsi, transferlə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyinə işarədir.

Qeyd edək ki, "Puma" şirkətinin "Qalatasaray" üçün xüsusi olaraq hazırladığı ev və səfər formaları klubun tarixi 5 ulduz uğurunu qeyd edən xüsusi tanıtım filmi ilə azarkeşlərin bəyənisinə təqdim edilib.

Son üç mövsümdə ardıcıl çempionluqlar qazanan "Qalatasaray"ın bu uğuru beşinci ulduz nailiyyəti və UEFA Kubokunun 25 illiyi bu kampaniyanın əsas ilham mənbəyi olub. Tanıtım filmində Mauro İkardi, Kaan Ayhan, Günay Güvənç, Davinson Sançes, Mario Lemina və qadın futbol komandasının üzvü Berna Yeniçeri yer alıblar.

Bundan əlavə, klubun yeni transferi olan Leroy Sane videoda piksel-art texnikası ilə sürpriz şəkildə təqdim olunub. "Qalatasaray"ın 120 illik tarixi və mədəniyyətini təcəssüm etdirən klassik parçalı forma bu mövsüm yenidən azarkeşlərlə görüşüb. Ev formasının yaxa hissəsində yazılmış "İlklərin və ənlərin komandası" ifadəsi klubun zəngin keçmişinə istinad edir. Səfər forması isə 17 may 2000-ci ildə qazanılan UEFA Kuboku uğurunun 25 illiyinə həsr olunub. Alternativ forma isə daha sonra təqdim ediləcək.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri