Icma.az
close
up
RU
Qalatasaray lı futbolçu yenə Roma ilə problem yaşadı

Qalatasaray lı futbolçu yenə Roma ilə problem yaşadı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Müqavilə ilə ''Qalatasaray''a məxsus olan və karyerasını vətəni İtaliyada davam etdirən Nikolo Zaniolo futboldankənar mövzularla gündəmə gəlməkdə davam edir.

İstedadlı futbolçu hələ ki, heç cür tam potensialını aça bilmir. Məlum olduğu kimi bu futbolçunun ulduzu ''Roma''da parlamışdı. Ancaq o, 2022/23-ün qış fasiləsində qalmaqallı şəkildə ''Roma''dan ayrılaraq İstanbul nəhənginə transfer olundu. Türkiyədə keçirdiyi yarım mövsümün ardından 25 yaşlı futbolçu hələ ki, icarələrdə ''çürüyür''.
Ötən mövsümü ''Aston Villa''da, bu mövsümün ilk dövrəsini ''Atalanta''da keçirən Zaniolo hazırda ''Fiorentina''nın şərəfini qoruyur. Onun sabiq klubu ''Roma''ya qarşı isə görünür, kin hissi heç cür azalmır. Onun bu kluba qarşı hərəkətləri belə düşünməyə əsas verir. Mayın 4-də bu futbolçu A seriyası çərçivəsində səfərdə ''Roma''ya qarşı oyunda çılğın hərəkətləri ilə diqqət çəkmiş və son anlarda qırmızı vərəqə almışdı. Bu dəfə isə Zaniolo ''Roma''nın gənclərinə yumşaq desək, ilişib.
İtaliyanın 20 yaşlılar arasında turnirinin yarımfinalında ''Fiorentina'' ilə ''Roma'' qarşılaşdı. Florensiyalılar 2:1 üstün olaraq finala yüksəldilər. Zaniolo da oyunu tribunadan izləyənlər arasında idi. ''Roma''nın yaydığı rəsmi bəyanatda Zaniolonun matçın ardından bu klubun paltardəyişmə otağına daxil olduğu, gənc oyunçuları təxribata çəkməyə çalışdığı, eləcə də iki futbolçuya qarşı fiziki güc tətbiq etdiyi qeyd olunub! Düzdü, futbolçu özü bunu təkzib edib. Zaniolo açıqlamasında bunları deyib:

''Matçın ardından ''Fiorentina''lı gəncləri təbrik etmək üçün paltardəyişmə otağına yollandım. Sonra oyunçularla salamlaşmaq üçün ''Roma''nın paltardəyişmə otağına daxil oldum. Həm də yarımfinala yüksəldikləri üçün onları təbrik etməyə çalışdım. Ancaq məni təhqir etməyə başladılar. Vəziyyətin daha da gərginləşməməsi üçün oranı tərk etdim''.

İtaliya Futbol Federasiyasının bu olayla bağlı nə qərar verəcəyi maraq doğurur. Zaniolo bu mövsüm ''Atalanta'' və ''Fiorentina''da ümumilikdə 36 rəsmi oyunda forma geyərək aktivinə 3 qol, 3 məhsuldar ötürmə yazıb. Onun yayda ''Qalatasaray''a dönəcəyi gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri