Ruslara icazə verildi: 5 ildən sonra ilk medal qazandılar
Icma.az, Modern.az saytına istinadən bildirir.
Rusiyalı fiqurlu konkisürənlər Aleksandra Boykova və Dmitri Kozlovski Fransada keçirilən turnirdə gümüş medal qazanıblar. Bu, rusiyalı idmançıların son 5 ildə fiqurlu konkisürmə üzrə Qran-pri yarışlarında qazandıqları ilk medaldır.
Modern.az xəbər verir ki, Boykova və Kozlovski sərbəst proqramda 121,81 xal, ümumi nəticədə isə 197,66 xal toplayıblar.
Gürcüstanı təmsil edən Anastasiya Metelkina və Luka Berulava 204,65 xalla birinci yeri tutublar.
Qeyd edək ki, iyunun 30-da Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rusiyalı idmançıların neytral statusda yarışlarda iştirakına icazə verib. Qərar fiqurlu konkisürmə, şort-trek və sürətli konkisürmə növlərini əhatə edir.
Aleksandra Boykova və Dmitri Kozlovski daha əvvəl 2021-ci ildə keçirilən dünya çempionatının bürünc medalını qazanıblar. Cütlük 2020-ci ildə isə Avropa çempionu olub. Bu ilin yayında ISU onlara beynəlxalq yarışlarda iştirak etmək üçün neytral status verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 26 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















