Icma.az
close
up
RU
Qalatasaray Musleranı yerli qapıçı ilə əvəzlədi ən bahalı ikinci transfer oldu!

Qalatasaray Musleranı yerli qapıçı ilə əvəzlədi ən bahalı ikinci transfer oldu!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fernando Muslera ilə yollarını ayırdıqdan sonra uzun müddətdi, qapıçı axtarışında olan ''Qalatasaray'' nəhayət, bu problemi yoluna qoydu.

Maraqlıdı ki, yayboyu Ederson və Donnarumma başda olmaqla bir çox ünlü qapıçılarla danışıqlar aparan İstanbul nəhəngi sonda yerli əlcək sahibinə üstünlük verdi. Söhbət ''Trabzonspor''un kapitanı və Türkiyə yığmasının üzvü Uğurcan Çakırdan gedir.
Bu transfer artıq hər iki klub tərəfindən rəsmən açıqlanıb. 29 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,2 milyon avrodan başlayacaq və ilbəil artaraq sonuncu mövsümdə 3 milyon avroya çatacaq.
Maraqlıdı ki, rəsmi açıqlamalarda məbləğ baxımından fərq var. ''Trabzonspor''un açıqlamasında bu transferin 33 milyon avroya reallaşdığı və müqavilədə şərtə bağlı 3 milyon avroluq bonus maddəsi olduğu qeyd olunub.
''Qalatasaray''ın açıqlamasında isə transferin 27,5 milyon avroya reallaşdığı və 3 milyon avro da bonus maddəsinin olduğu bildirilib. Yəni arada 5,5 milyon avroluq fərq var.
Qeyd edək ki, Uğurcan qaradənizlilərin öz yetirməsidi və indiyə qədər bu klubdan başqa heç yerdə forma geyməyib. Uğurcan Trabzon təmsilçisində ümumilikdə 292 rəsmi oyuna çıxıb. Bir çempionluq olmaqla 4 titul qazanıb və 92 oyunda qapısını toxunulmaz saxlayıb. Onun bu yay ''Fənərbaxça''ya transferi də gündəmə gəlmişdi. Həmin vaxt mətbuatda 15-20 milyon avroluq məbləğ qeyd olunurdu. Ancaq indi bu transfer ''Cim-Bom''a 33 milyon avroya başa gəlib!
Yeri gəlmişkən, bu məbləğ doğrudursa, ''Qalatasaray'' Türkiyə futbolunun ən bahalı ikinci transferini reallaşdırıb. Ümumiyyətlə, Türkiyə çempionunun son dönəmlərdəki xərcləri heyrət doğurur. ''Sarı-qırmızılar'' 1 ay öncə Viktor Osimheni 75 milyon avroya transfer etməklə Türkiyə futbolunda bəlkə də uzun müddət qırılmayacaq bir rekorda imza atdılar. Ötən həftə ''Monako''dan Uilfrid Sinqo 30,7 milyon avroya transfer edilmiş və ən bahalı ikinci transferə çevrilmişdi. Amma göründüyü kimi Uğurcan Sinqonu keçərək ikinci pilləyə yüksəldi.
Başqa sözlə desək, ''Qalatasaray'' son 3 həftədə Türkiyə futbolu tarixinin ən bahalı 3 transferini reallaşdırıb!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri