Icma.az
close
up
RU
Qalatasaray və Fənər bundesliqada da rahat şəkildə oynayar

Qalatasaray və Fənər bundesliqada da rahat şəkildə oynayar

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ötən mövsüm ''Samsunspor''la Türkiyə çempionatını 3-cü pillədə başa vuraraq böyük sürprizə imza atan Tomas Rays vətəni Almaniya mətbuatına diqqətçəkən açıqlamalar verib.

O, komandasının avrokuboklara vəsiqə qazanmasını, İstanbul nəhənglərinin gücünü, eləcə də Leroy Sanenin ''Qalatasaray''a gəlişini dəyərləndirərək bunları deyib:

''Leroy Sane kimi oyunçuların gəlişi Türkiyə futbolundakı coşqunu bir qədər də artırır. Çox dəyərli bir transferdi. Ola bilər ki, Türkiyə çempionatı Avropada ən nüfuzlu birinciliklərdən sayılmır. Ancaq belə oyunçuların gəlişi sözsüz, çempionatı inkişaf etdirir. Bu transfer ''Qalatasaray''ın Çempionlar Liqasında da güclü rəqiblərlə rəqabət aparmaq istədiyini göstərir. ''Qalatasaray'' və ''Fənərbaxça'' bundesliqada da rahat şəkildə oynaya bilərlər. Ancaq onların 34 turluq marafonun yekununda neçənci pillədə qərarlaşacaqlarını söyləmək çətindi. Fərdi cəhətdən çox yaxşı oyunçulara malikdilər. Amma Türkiyə təmsilçiləri ötən mövsüm avrokuboklarda istənilən nəticələri əldə edə bilmədilər. Bu da Avropada işlərin yaxşı şəkildə irəliləmədiyini göstərir. ''Qalatasaray''ın heyəti səviyyəlidi. Sanenin gəlişi ilə daha da gücləndilər. Ancaq həm ''Qalatasaray'', həm də ''Fənər''in orta yaş həddi yüksəkdi. Əksər hallarda top-çempionatlarda artıq bir işə yaramayan ulduzlar gətirirlər. Mən bu vəzifəyə gələrkən, qarşıma ''Samsunspor''u elitada saxlamaq hədəfi qoyulmuşdu. Ancaq biz çox mühüm bir yüksəlişə nail olduq. ''Trabzonspor'' və ''Beşiktaş'' kimi güclü rəqibləri üstələyərək 3-cü olduq. Gələn mövsüm bu uğuru təkrarlamaq çətin olacaq. Çox güman, bu dəfə nisbətən aşağı pillələrdə qərarlaşacağın. Amma digər tərəfdən hər birimiz avrokubok macəramızın startını səbirsizliklə gözləyirik. Bu, mənim üçün tamamilə yeni bir təcrübə olacaq. Özü də biz avrokuboklara vəsiqəni heç bir oyunçu almadan qazandıq. Çünki kluba transfer cəzası verilmişdi. Bu qadağa artıq aradan qalxıb. Ancaq qarşıdakı mövsümü ilk ''5-lik''də, yoxsa ilk ''10-luq''da bitirəcəyimizi indidən söyləyə bilmərəm''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri