“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rafael Leaonun zədəsinin gözləniləndən ciddi olduğu bildirilir.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Uğur Karakullukçu məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı hücumçu mövsümün ilk yarısının qalan hissəsində komandasına kömək edə bilməyəcək.
“Leaonun vəziyyəti düşünüldüyündən daha ciddidir. O, mövsümün ilk yarısını başa vurub”, – deyə jurnalist bildirib.
“Qalatasaray”ın əvvəlki açıqlamasına əsasən, futbolçunun sağ budunun arxa əzələ qrupunda ciddi dartılma və qanaxma aşkarlanıb.
Bundan başqa, İstanbul təmsilçisi Leaonun müalicəsini davam etdirmək üçün Qətərin paytaxtı Dohadakı “Aspetar” klinikasına göndərildiyini açıqlayıb. Futbolçunun orada klub fizioterapevtinin nəzarəti altında 10 günlük bərpa proqramı keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rafael Leao noyabrın 7-də Türkiyə Superliqasında “Amedspor”la keçirilən qarşılaşmada zədələnib.
Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır” Emre Mordan gözlənilməz qərar: Futbola fasilə verdi “Sabah”ın futbolçusuna UEFA-dan ağır cəza “Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Noyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















