“Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qalatasaray”ın müdafiəçisi İsmail Yakobs Seneqal millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Yakobs qərarını klub karyerasına və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əsaslandırıb.
“Milli komandaya gənc bir oğlan kimi gəldim, indi isə yetkin bir insan olaraq vidalaşıram. Geridə unudulmaz xatirələr, ömürlük dostluqlar və qəlbimdə əbədi yaşayacaq minnətdarlıq hissi qoyuram.
Almaniyada böyüsəm də, Seneqal məni böyük sevgi ilə qarşıladı. Bu ölkə, azarkeşlər, komanda yoldaşlarım və mədəniyyəti sayəsində qısa müddətdə özümü evimdəki kimi hiss etdim.
Seneqallı atanın oğlu olaraq təkcə öz arzumun deyil, atamın da arzusunun gerçəkləşməsi mənim üçün xüsusi məna daşıyırdı.
İstər yoldaşlıq görüşlərində, istər seçmə mərhələlərdə, istərsə də Afrika Millətlər Kuboku və dünya çempionatında ölkəmi təmsil edərkən həmişə bütün gücümü ortaya qoydum. Qazandığımız kuboklarla və uğurlarla fəxr edirəm.
İndi həyatımda yeni səhifə açmağın vaxtıdır. Klub karyerama diqqət yetirmək, özümə və ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Çünki zaman çox dəyərlidir və bəzi anlar bir daha geri qayıtmır.
Millidəki yolum başa çatsa da, bu ölkə ilə bağım heç vaxt qırılmayacaq. Seneqal mənə çox şey verdi. Ümid edirəm ki, gələcəkdə futbol meydanından kənarda da bu ölkəyə faydalı ola biləcəyəm.
Hər şey üçün təşəkkür edirəm. Seneqaldən heç vaxt imtina etməyəcəyik”.
Qeyd edək ki, Almaniyada dünyaya gələn İsmail Yakobs 2022-ci ildən Seneqal millisinin formasını geyinirdi. O, 2022-ci il dünya çempionatında da iştirak edib.
PSJ Dueni əldən buraxmaq istəmir Sanço İspaniya klubundan imtina etdi “Espanyol”da ayrılıq - RƏSMİ “Real Madrid” Mbappeyə görə Çindən üzr istədi – RƏSMİ “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Oktyabr 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















