Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Yeni reallıqların lokomotivi Azərbaycandır ŞƏRH

Yeni reallıqların lokomotivi Azərbaycandır ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız Zəfər regionda yeni reallıq yaradıb. Bu yeni reallıq sülh və əməkdaşlıq üzərində qurulmaqla yeni bağlantı layihələrinin icrasını qaçılmaz edib. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlər Zəngəzur dəhlizinin açılması çərçivəsində həyata keçirilən TRIPP marşrutunun reallaşmasına yol açıb. Bu, Zəngəzur dəhlizi vasitəsilə enerji layihələrinin icrasını da aktuallaşdırıb. Biz Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu kimi baxmırıq. Zəngəzur dəhlizi, eyni zamanda, rəqəmsal, qaz və elektrik dəhlizi kimi də fəaliyyət göstərəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, bu il Azərbaycan Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz–Ağbənd dəmir və avtomobil yollarının tikintisini başa çatdırmağı planlaşdırır. Növbəti mərhələdə isə enerji dəhlizlərinin tikintisi reallaşacaq. Bu baxımdan Zəngəzur dəhlizinin seqmenti olan və Avropaya qədər uzanacaq yeni elektrik enerjisi marşrutu da reallığa çevrilir.

“Prezident İlham Əliyevin tapşırığı ilə tikintisinə başlanmış yeni enerji dəhlizi Naxçıvanı ölkəmizin əsas enerji şəbəkəsinə birləşdirməklə yanaşı, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji sisteminə inteqrasiyasına yol açacaq. Beləliklə, 74 kilometrlik Cəbrayıl–Ağbənd və 105 kilometrlik Naxçıvan–Ordubad ikidövrəli 330 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlanması tarixi hadisədir. Tikintisinə başlanmış yeni elektrik xətti 1 giqavat yükötürmə qabiliyyətinə malik olmaqla Naxçıvanı fasiləsiz elektrik enerjisi ilə təmin edəcək və xarici asılılığı aradan qaldıracaq. Eyni zamanda, Naxçıvandan Türkiyəyə 230 kilometrlik 400 kV-luq ötürmə xəttinin çəkilməsi elektrik enerjimizin Avropaya ixracı üçün yeni marşrut formalaşdıracaq. “AzərEnerji” ASC yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisində böyük təcrübə qazanıb. Bu baxımdan Zəngəzur dəhlizi üzərindən çəkilən yeni xəttin tikintisi yüksək peşəkarlıq tələb edir. Çünki xəttin keçdiyi ərazi dağlıq olmaqla yanaşı, sərt relyefə malikdir”,- deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin uzaqgörənliyi ilə ərsəyə gətirilmiş bağlantı layihələri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin alternativsiz mənbəyinə çevirib. Ölkəmiz 2020-ci il dekabrın ayında TAP layihəsini istismara verməklə 3 min 500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırıb və Xəzər dənizində hasil olunan təbii qazı Avropa İttifaqının bazarlarına çıxarıb. İndi isə iri elektrik enerjisi layihəsinin icrasına start verilməklə yaxın zamanda Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi də istismara veriləcək və istehsal etdiyimiz yaşıl enerjini Naxçıvan üzərindən Avropa bazarlarına çıxarmaq imkanına malik olacağıq.

Onun sözlərinə görə, son illərdə dünyada beynəlxalq bağlantı layihələrini icra edən ölkələrin sayı çox azdır: “Azərbaycan bu baxımdan dünyaya hərtərəfli nümunədir. Biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad edərək uzun illər düşmən olmuş Ermənistana sülh əlimizi uzatdıq. Müharibənin başa çatmasından sonra qısa müddət ərzində məğlub Ermənistan qalib tərəfin bütün tələblərini qəbul edərək təklif olunmuş sülh gündəliyini təsdiq etdi. Bu gün yaradılmış reallıqlar Ermənistana da beynəlxalq tranzit layihələrinin iştirakçısı olmaq imkanı qazandırır. Bu isə regionumuzda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Yeni reallıqların lokomotivi isə Azərbaycandır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri