Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Qalib ölkəmiz idman arenalarında da əsl qalibiyyət nümayiş etdirir

Qalib ölkəmiz idman arenalarında da əsl qalibiyyət nümayiş etdirir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


2025-ci il postmüharibə dövründəki uğurlarımızın dəyərləndirilməsi baxımından yüksək göstəricilər ili sayılır. Bu il idmançılarımız üçün də ən uğurlu illərdən biridir. Azərbaycan bu il özünü idman ölkəsi kimi də təsdiqləməyi bacardı. İl ərzində idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Bu mənada dövlət başçısının iştirakilə ilin idman yekunlarına həsr olunmuş rəsmi mərasim keçirilməsi heç də təsadüfi deyil. Tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafının uğurla getdiyini bildirdi və bu il idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə çatdığını qeyd etdi. Belə ki, 2025-ci ildə beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal qazanılıb. Həmin medalların təqribən 600-dən çoxu məhz qızıl medaldır. Bu, çox yüksək göstəricidir. Başqa sözlə desək, qalib ölkəmiz idman arenalarında da əsl qalibiyyət nümayiş etdirir.
Yeri gəlmişkən, keçən ilki nəticələrlə müqayisədə bu il idmançılarımızın qazandığı medalların sayı daha çoxdur. Bu da heç şübhəsiz ki, ilk növbədə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Belə ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin uğurlu idman və gənclər siyasəti ildən-ilə daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Cənab Prezidentin vurğuladığı kimi düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir.
Bu gün Azərbaycanda gənclərin idmanla məşğul olmaları üçün bütün imkanlar mövcuddur. Bütün şəhərlərimizdə və eləcə də bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait var. İdman infrastrukturu tamamilə yenidən qurulub və bu gün ən yüksək səviyyədədir. Bu il Gəncədə və Yevlaxda iki Olimpiya-İdman Kompleksinin tikilməsi ilə bölgələrdə Olimpiya-İdman komplekslərinin sayı artıq 46-ya çatıb. Beləliklə, ölkəmizdə idmanın maddi-texniki bazası tam şəkildə möhkəmləndirilib. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu il də mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi yadda qaldı. 2025-ci ildə “Hər qəlbdə bir qələbə!” şüarı altında III MDB Oyunlarına uğurla ev sahibliyi etdik. Belə ki, 7 şəhərdə – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunan III MDB Oyunları Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə vurğuladığı kimi MDB Oyunlarının çox yüksək səviyyədə keçirilməsi ölkəmizin idman sahəsindəki potensialını göstərir. Bu cür tədbirlər müasir Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayır. Bu baxımdan 2026-cı il üçün Bakı şəhərinin “Dünya İdman Paytaxtı” seçilməsi ölkəmiz üçün əlamətdar hadisə olduğu kimi, həm də qanunauyğunluqdur. Belə bir mərhələyə gəlib çatmağımızda Milli Olimpiya Komitəsinin rəhbəri kimi Prezident İlham Əliyevin rolu danılmazdır.
Bu gün ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi və Azərbaycanda Olimpiya hərəkatının çox yüksək səviyyədə yönləndirilməsi təkcə fiziki inkişafa deyil, həm də sağlam gənc nəsil yetişdirilməsinə xidmət edir. Hazırkı dövrdə bu, ən vacib məsələlərdən və əsas çağırışlardan biridir. Çünki Prezident İlham Əliyevin də ilin idman yekunlarına həsr edilən mərasimdə vurğuladığı kimi "sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar".
Dövlətimizin başçısı, həmçinin ölkədə idmanın inkişafının gənclərimizin daha vətənpərvər və milli ruhda tərbiyə olunmasında da mühüm rol oynadığını diqqətə çatdırdı. Cənab Prezident bildirdi ki, bu, ölkəmizin inkişafının daimi olması üçün vacibdir: "Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər".
İdmanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəm kəsb etməsindən danışarkən, Cənab Prezident hər dəfə idmançılarımızın beynəlxalq yarışlarda Dövlət Bayrağımızı qaldıranda hamımızın qürur hissi keçirdiyini vurğulamaqla yanaşı, onu da qeyd etdi ki, 5 il bundan əvvəl 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə idmançılarımızın məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Bu gün hər bir sahədə uğurlara imza atmaq artıq ölkəmiz üçün davamlı ənənəyə və müsbət trendə çevrilib.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri