Icma.az
close
up
RU
Ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edərək bir çox mühüm məqamlara toxundu, mövcud reallıqları  dünya ictimaiyyətinin  diqqətinə çatdırdı. Prezident İlham Əliyev çıxışında  qeyd etdi ki, Azərbaycan  COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb.  “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”- deyən Dövlətimizin başçısı  iqlim dəyişmələrinin hər bir ölkəyə, o cümlədən Azərbaycana da təsir göstərdiyini vurğuladı.

Ölkə başçısı Azərbaycanın hər zaman  kiçik ada dövlətlərinə dəstək nümayiş etdirdiyini, fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verdiyini diqqətə çatdırıb. Cənab Prezident həmçinin əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.

Prezident İlham Əliyevin çıxışında Baham adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs edib. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün bu ölkələrin  rəhbərləri Azərbaycana səfər etdiklərini bildirib. “Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı”- deyə ölkə başçısı qeyd edib.

Fransa Polineziyası və Yeni Kaledoniyada dekolonizasiya problemləri ilə bağlı məsələ Prezident İlham Əliyevin çıxışında yer verdiyi məqamlardan biri idi. “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır”- deyən ölkə başçısı həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu vurğulayıb. Dövlətimizin başçısı Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqlarının, bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkdiklərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşdiyini bildirib. Ölkə başçısı Fransanın orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıdığını, radiasiya səviyyəsi 4900 faizi keçdiyini vurğulayıb. “Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir.”- deyən ölkə başçısı əlavə olaraq onu da qeyd edib ki, bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər  həbs olunub. Cənab Prezident bütün bunlara baxmayaraq  Fransanın nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilmədiyini təəssüflə qeyd edib. Dövlətimizin başçısı bunun siyasi riyakarlıq olduğunu siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşdüklərini bildirib. Prezident İlham Əliyev çıxışında  Fransadakı bütün siyası məhbuslara dərhal azadlıq tələb edib.

Beləliklə, Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Prezident İlham Əliyevin qətiyyətli çıxşı bir daha nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlətdir və heç bir siyasi qüvvədən, heç bir təşkilatdan çəkinmədən tam müstəqil siyasət həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri