Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

“Ölkəmiz xoş məramı ilə Qlobal nüfuzunu nümayiş etdirir” Əhliman Əmiraslanov

“Ölkəmiz xoş məramı ilə Qlobal nüfuzunu nümayiş etdirir” Əhliman Əmiraslanov

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bir araya gəldiyi, yeni strategiya və qərarların qəbul edildiyi mühüm platformadır. İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan paytaxtında keçirilməsi, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə etməsi isə həm ölkəmiz, həm region, həm də ümumilikdə dünya üçün əhəmiyyətli nəticələr vəd edir.

Əvvəla, bütün neqativ fikirlərə və boykot çağırışlarına baxmayaraq, BMT-nin belə böyük miqyaslı və dünyanın hər yerindən onminlərlə insanın iştirakı ilə keçirilən mötəbər konfransına təhlükəsiz şəraitdə, yüksək səviyyədə və demək olar ki, qüsursuz ev sahibliyi etməsi bir daha Azərbaycanın beynəlxalq tədbirlərin təşkilatçılıq təcrübəsini və bacarığını ortaya qoydu. Bu isə onun nüfuzuna müsbət mənada təsirsiz ötüşməyə bilməz. Digər tərəfdən, bu tədbir qlobal səviyyədə nümunə olmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq birliyin gücünü nümayiş etdirəcək. Çünki COP 29-da qəbul edilən qərarlar gələcək illərin iqlim strategiyalarını, ümumilikdə isə, bu sahədə yeni bir mərhələ formalaşdıracaq. Nəticədə məhz Azərbaycanda yaşıl enerji layihələri, texnoloji yeniliklər və ətraf mühitin qorunmasına dair yeni proqramlar qəbul edilərək qlobal səylərə töhfə veriləcək. Bu isə ölkəmizin qlobal iqlim siyasətindəki rolunu artırmaqla onu iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv “oyunçu”ya çevirəcək, beynəlxalq arenada nüfuz və mövqelərini, o cümlədən regionda liderliyini daha da gücləndirəcək. COP29-un açılış mərasimi də bu faktı təsdiqləyir. Açılış mərasimində dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikirlərini açıqlayıb. Cənab Prezident çıxışında Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə təbiətə, ekologiyaya vurduğu ziyan haqqında da məlumat verib.

Görünür, Ermənistana havadarlıq edən bəzi Qərb ölkələrinin COP29-un ölkəmizdə keçirilməsinə əngəl olmaq cəhdlərinin səbəblərindən biri də bu idi. Halbuki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışır. Məntiqlə, Azərbaycanın bu təşəbbüsünə məhz həmin Qərb ölkələri də dəstək verməlidir. Çünki ölkəmizin bu niyyəti xoş məramlıdır. Üstəlik, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizi yaşıl enerji zonası elan edib. Bu fakt da yaşıl iqtisadiyyat üçün böyük töhfədir. Dövlətimizin başçısının dediyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik.  Lakin Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. İddia edilir ki, guya Azərbaycan neft ölkəsi kimi ekologiyaya ciddi ziyan vurur. Halbuki, Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycandan dəfələrlə çox neft-qaz istehsal edən ölkələr var. Onların arasında bizi tənqid edənlər də var. Bu tənqidlərin heç bir əsası yoxdur. Sadəcə, həmin Qərb dairələri, onların təsirində olan müxtəlif qeyri hökumət təşkilatları BMT kimi dünyanın ən böyük təşkilatının ən mötəbər tədbirinin Azərbaycan kimi müstəqil siyasət yürüdən, torpaqlarını öz gücünə işğaldan azad edən ölkədə keçilirilməsini həzm edə bilmir. Ancaq cənab prezidentin çıxışında qeyd etdiyi kimi həmin dairələrin cəhdləri iflasa uğrayıb. Belə ki, COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, onların arasında 80 prezident, vitse-prezident, baş nazirlər də vardır. Bu mötəbər tədbirdə Türkiyə, Macarıstan, Britaniya, İtaliya, Belorus, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin iştirakı isə onların COP29-un timsalında ölkəmizə olan etimadını bir daha təsdiq edir. Bütün bunlar isə dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri