Icma.az
close
up
RU
Qalib olmaq istəyiriksə ona uyğun hərəkət etməliyik

Qalib olmaq istəyiriksə ona uyğun hərəkət etməliyik

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Lənkəran” basketbol klubunun oyunçusu Əbdülmətin Quliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- “Şəki” klubundan “Lənkaran”a keçməyinizə nə səbəb oldu?

- “Şəki”də olduğum müddətdə komandanı dəyişdirmək qərarı almışdım. Özümə uyğun komanda axtarırdım. Əsasən yerli və cavan oyunçuların yer aldığı komanda da iştirak etmək istəyirdim. Məhz bu komandanın da “Lənkəran” olduğunu gördüm. Ona görə də burada iştirak etmək qərarına gəldim.

- Öz klubunuzla yollarınızı nəyə görə ayırdız?

- “Şəki” bildiyiniz kimi B qrupunun hazırda favorit komandasıdır. Məndə bu komandanın dəyərli parçalarından biri idim. Xüsusilə də Bedri Meric bu məqamı mənə çox vurğulayırdı. Sadəcə mən daha çox şans ala biləcəyim yeri seçmək üçün komandamı dəyişdim.

- “Lənkəran”a keçidiniz necə reallaşdı?

- Agendam ilə əlaqə saxladım. O mənə bu klubun daha uyğun olduğunu dedi. Ona görə də razılaşdım.

- Komandanız hazırda B qrupunda sonuncu pillədə qərarlaşır. Bu barədə nə düşünürsüz?

- Təbii ki, çox üzücü faktordur. Daim qalib olan komandadan məğlub olan komandaya keçid etmək fərqli abu-havadır. Böyük ehtimalla daim oyunçu dəyişikliyi, oyunlara yetəri qədər oyunçu ilə çıxmamaq və s bu kimi məsələlər “Lənkəran” komandasını sonuncu pillədə qərarlaşdırır. Hər şey biz oyunçulardan aslıdır. Qalib olmaq istəyiriksə ona uyğun hərəkət etməliyik. Hər şeyə professional yanaşmalıyıq. Əgər buna nail olsaq nəticə əldə edə bilərik.

- Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Quba”ya qarşı mübarizə aparacaqsınız. Növbəti oyununuz “Quba” ilə olacaq. Matçdan gözləntiləriniz?

- Mövsüm boyu çıxdığım ən yaxşı matç “Quba”ya qarşı olub. O zamanlar keçmiş “Cəlillabad” komandasında çıxış edirdim. Çox yaxşı tanıdığım bir klubdur. Her bir taktikasını, sistemini çox yaxşı bilirəm. Şəxsim adımdan danışsam “Quba” ilə matça ekstra motivasiya ilə çıxıram. Təbii ki, bu da oyun zamanı öz təsirini göstərir. Təbii ki, komanda olaraq da son pillələlərdə qərarlaşan klublara qarşı yaxşı mübarizə aparmalıyıq. Çünki yaxşı nəticə əldə edə bilsək daha sonar yuxarı pillələrdə qərarlaşan oyunçulara qarşı müqavimət göstərə bilərik.

- Burada əsas məqsədiniz nə olacaq?

- Mən daha çox yerli oyunçulara üstünlük verirəm. Bu səbəbdən kubokda şansımız olacağını düşünürəm. Yerli basketbolçular olaraq yaxşı çıxış edib, öz dəyərimizi daha da yüksəklərə qaldırmalıyıq. Daha çox realist məqsəddən yanayam. Buna görə də əsas foksumuzu Azərbaycan kubokuna yönəltmişik.

Banuçiçək Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri