Icma.az
close
up
RU
Ayxan Abbasov: “Nəticə istəyiriksə, səbr etməliyik”

Ayxan Abbasov: “Nəticə istəyiriksə, səbr etməliyik”

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Azarkeşlərə təşəkkür edirəm. Çoxdan idi, millinin oyununda belə atmosfer olmurdu. Onlara təşəkkür edirəm. Dəstəkləri futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı, istəkli oynayaq. İslandiya ilə matçda çox da alınmadı. Bu gün daha rahat oynadıq. Fransaya qol vurmağın özü də çətinlikdir. Qoldan sonra üstümüzə gəldilər. Standart vəziyyətlərdə güclü olduqlarını bilirdik. Şahruddinin zədələnməsi də üçüncü qolda təsir etdi. Buna baxmayaraq, son oyunlarda futbolçular əzmkarlıq göstərir, onlara təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Bu gün meydançada yavaş-yavaş irəliləyiş hiss edilir. İtkilərimiz var idi. Əsas heyətin 5-6 üzvü oynamırdı. Tsikl bitdi, irəli baxacağıq.

– Mustafa Əhmədzadə debüt etdi. Fransa kimi rəqibə qarşı onu oynatmaq qazanmaq üçün idi?
– İnanın ki, İslandiya ilə matçda Mustafanı əsas heyətdə düşünürdük. Emin oynamasaydı, startda olacaqdı. Onun böyük potensialı var. Soyuqqanlı biridir.

– Xəyal Əliyev iki oyunda da startda oynadı. Ondan razı qaldınız?
– Xəyal iki oyunda da yaxşı performans göstərdi. Ona oyun lazımdır. Məncə, Xəyal millinin əsas oyunçularından birinə çevrilib.

– Bu tsiklda milli nələrə nail oldu?
– Qrup çətin idi. Reallığa baxaq. Fransanın bizim qrupda olması rezonans doğurmuşdu. Tez-tez “Oser faciəsi”ni xatırladırdılar, deyirdilər, oyuna getməyək. İnam az idi, amma futbolçular gələcək üçün inam verdi. Hər kəsə qarşı oynaya bilərik. Futbol inkişaf edir. İstək, əzm vacibdir. Komandamızda son 4 oyunda inam, irəliləyiş var.

– Abbas Hüseynov ikinci hissədə meydana daxil olub, cinahda irəlidə oynadı. Onu sırf təcrübəsinə görə bu mövqedə oynatdınız?
– Oyundan öncə belə fikirlərimiz var idi. Ancaq Şahruddinin əvəzlənməsi plansız oldu. Renat Dadaşov, Xəyal Əliyev yorulmuşdu. Renat oyundan çox düşdüyü üçün Nərimanı hücuma atdıq, Qismət Alıyevə kömək üçün isə Abbası meydana daxil etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüdafiəçi kimi oynamasından problem yoxdur.

– Futbolçu yetişməsi problemi var. Sizin müqaviləniz də hələ açıqlanmayıb. Qalsanız, hansı müddətə hansı planları düşünəcəksiniz? Əsas millini Millətlər Liqasında C Liqasına qaldırmaq, ya aşağıdan nələrəsə nail olmaq?
– İlk növbədə C Liqasına qalxmalıyıq. Düzdür, problemlər çoxdur. Öncə istəyirik ki, futbolçular tam formada olsun. Millidə ən az seçimin olan vaxtlardır. Bu oyundan qabaq desəydik, başqa cür başa düşülərdi. Bu gün sağ cinahla bağlı düşünürdük ki, nə edək? Abbas oynasa, effektiv olar. Hücum xəttində olanların klublarında oynaması da vacibdir. Futbolçular klublarında daimi oynasa, millidə çətinlik çəkməzlər. Fikrimiz var, bəzi detalları danışırıq. Bu gün bəzi klubların da üzərinə yük düşür. Futbolun inkişafı tək federasiyadan asılı deyil. Oyunçu klublarda inkişaf etməlidirlər. İndi addımlar yavaşdır.

– Millidəki taleyiniz necə olacaq? Millətlər Liqasında komandanın “sükanı arxasında” olacaqsınız?
– İnşallah, səbr edək. Həqiqətən, ağır oyunlar keçirdik. Mübarizə aparırıq. Oyundan-oyuna çalışırıq. Vaxta ehtiyac var. Nəyəsə nail olmaq istəyiriksə, zaman lazımdır.

– Həm “Şamaxı”da, həm millidə işləmək çətindir. Siz harda davam edəcəksiniz?
– İki komandada işləyib, uğurlu olan məşqçilər var. Bizdə müqayisələr düz aparılmır. Düzdür, yığmada davam edəcəyiksə, müzakirələr olacaq. Marta qədər millinin oyunu yoxdur. “Şamaxı”dakı işimi yaya qədər davam etdirməliyəm. Milli oldu-olmadı, davam etməliyəm, öhdəliklərim var. Bundan sonra müzakirələr aparılacaq.

– “Qarabağ”dan 5 futbolçu dəvət almışdı. Oyunlarını necə dəyərləndirirsiniz?
– Oyunçulardan narazı qaldığımız yoxdur. Heyətdə oyunçuları klublara görə ayırmırıq.

– Bəzi futbolçular klublarda oynamasa belə, qalırlar. Oynamayan hansısa futbolçunu “Şamaxı”ya gətirməyi düşünürsünüz?
– Gəlsələr, hamısını götürərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. İndiki məqamda ən böyük çatışmazlıq budur. Oyunçular ideal formada olsa, millidə potensial çoxdur.

– Millətlər Liqasındakı rəqiblər “dişimizə” görədir. Onlarla hücum futbolu oynayacağıq, ya müdafiə? 
– Biz bu söhbətləri çox edirik. Xahiş edirəm, futbollara diqqətlə baxın. Çempionlar Liqasında bəzi komandalar var ki, necə müdafiə futbolu oynayır. “Yuventus”, “Milan” kimi komandaların müdafiəsinə baxın… Bizdə bu fikirlər dəyişilməlidi. Bu gün hər iki hissədə pressinq etməyə çalışdıq. Rəqib Fransadır, amma baxın, ən çox hücumu da bu gün etdik. Qələbə üçün hücuma getməlisən. Lakin müdafiədə də etibarlı oynamalısan.

– Oyundan əvvəl Sərxan Hacıyevlə ayaqüstə danışdınız. Gələcəyinizlə bağlı söhbət edirdiniz? 
– Bu məsələ ayaqüstü danışılmır (gülür). Fransa ilə oyun haqda danışırdıq.

– Həmişə mətbuata qarşı yaxşı olmusunuz. Lakin sizin futbolçularınız, xüsusilə də, Renat Dadaşov, Anton Krivotsyuk və digərləri mətbuata hörmətsizlik edir, medianın yanından düz keçir…
– Bu məsələni birinci dəfədir, eşidirəm. Nəzərimizdə olar, futbolçularla danışarıq. Həmişə deyirik, futbolçular mətbuatdan qaçmasın. Məncə, qaçmırlar.

– Klubunda oynamayan futbolçulardan biri də Rza Cəfərovdur. Onu “Şamaxı”ya gətirərsiniz?
– Yayda olsaydı, fikirləşərdik. Bəlkə, elə Rikardo Fernandesi milliləşdirək? (gülür)

Günün oyunları bu kanallarda Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb UEFA-dan Kamal Umudluya növbəti təyinat II Liqa: 4 turun oyun cədvəli bəlli olub Ayxan Abbasov: “Qurbanovun öz işi, mənim öz işim var”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Noyabr 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri