Qalibaf ABŞ ni yenidən hədələdi İran ABŞ memorandumu ətrafında nə baş verir?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ İranla müqaviləni pozarsa və ya həddindən artıq tələblər irəli sürərsə, Tehran buna sarsıdıcı cavab verəcək.
“AzPolitika” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf X sosial media platformasında yazıb.
"Onlar müharibədə bir dəfə şillə alıblar. Əgər yenidən eyni yolu seçsələr, daha şiddətli şillə alacaqlar", - Qalibaf qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, İranın hazırkı məsuliyyəti müqavilənin şərtlərini yerinə yetirmək və onlara riayət etməkdir.
Ümumilikdə razılaşma memorandumu məsafədən imzalansa da, onun ətrafında bəzi müəmmalar qalmaqdadır. Bundan öncə İranın Ali Lideri Müctəba Xamenei deyib ki, əvvəlcə ABŞ-İran memorandumunun imzalanması ilə bağlı fərqli bir fikrə sahib olub. Lakin sonradan Prezident Məsud Pezeşkianın İran xalqını qoruyacağına dair vədindən sonra razılaşma ilə bağlı danışıqları davam etməyə icazə verdiyini bildirib. O əlavə edib ki, Tehran indi memorandumun şərtlərinin yerinə yetirilməsini gözləyəcək: "Lakin gələcək danışıqlar düşmənin nöqteyi-nəzərini qəbul etmək demək olmayacaq".
Qeyd edək ki, 18 iyun gecəsi ABŞ və İran münaqişəyə son qoyulmasını, blokadanın qaldırılması üçün vaxt cədvəlini və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan memorandum imzalayıblar. Sənədə imza atan şəxslər ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Pezeşkian olub. Pezeşkian memorandumun 14 bəndlik mətnini öz “Facebook” səhifəsində dərc edib. ABŞ Mərkəzi Komandanlığı daha sonra İran limanlarının və gəmilərinin dəniz blokadasının qaldırıldığını elan edib.
Lakin bu arada ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Bunun səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər. "Axios" portalının müxbiri Barak Ravidin yazdığına görə, rəsmi Tehran İsrailin Livana qarşı hər hansı yeni hücumunu ABŞ ilə anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcəyini bildirib. Əgər belədirsə, bu, memorandumun taleyini İsrailin davranışlarından asılı vəziyyətə gətirir və belə çıxır ki, İsrailin Livana qarşı istənilən əməliyyatı, yaxud zərbəsi memorandumu qüvvədən sala, İran-ABŞ anlaşmasına son qoya bilər…
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 İyun 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















