Icma.az
close
up
RU
Qalibiyyət kitablarını tərtib eləməliyik Zahid Orucdan ÇAĞIRIŞ

Qalibiyyət kitablarını tərtib eləməliyik Zahid Orucdan ÇAĞIRIŞ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"İşğal dövründən nə qədər faciə olmağına baxmayaraq, Qarabağ məsələsi milləti birləşdirdi və tarixi tamam təzədən tədqiq elədik, tarix müstəvisində güclü olduq. Deyildiyi kimi, alimlərimiz cəmiyyəti dövlətimizlə birlikdə müharibəyə hazırladılar. Burada deyilir ki, biz dubl versiyasında kiminsə maqnit sistemi ilə sanki birlikdə hərəkət edirik".

Redaktor.az xəbər verir ki, bu fikirləri bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı qeyd edib.

"Digər elmi hədəflərimizi də qalibiyyət dövründə tapmalıyıq. Məğlubiyyət dövrünün, acılar dövrünün, soyqırımlar kitablarının hamısını oxumuşuq. Biz faciə kitablarını oxumuşuq. İndi millət qələbə kitabı oxumaq istəyir. İndi qalibiyyət kitablarını tərtib eləməliyik ki, millət qələbə ruhunda böyüsün, qələbə balalarını formalaşdırsın, qalib kimliyini formalaşdırsın. Türk marşları ki, qanımızı coşdurur - bax o qanı yaratsın, qalibiyyət qanını yaratsın. Bizi gedib tibbi analizlər verəndə hiss eləsinlər ki, qanımız qalibiyyət qanıdır".

Zahid Orucun sözlərinə görə, biz sonrakı dövr kitablaşdıranda mifologiyalar yaradırıq:

"Mifoloji sonda yaranır. Amma bunlar hamısı sadə insanlardır. Ağacan Əkbəriyevi siz tanıyırsınız. Bədən tərbiyə institutunun xeyli müddət rəhbəri olub. Deyir ki, Sovet dövründə ulu öndər bizi göndərdi, getdik Kubaya. İki gün onlarda qaldıq. Bizi hələ ki müxtəlif tədbirlərə, ictimai yaşayış məsələlərinə və s. aparırlar. Deyir, ay kişi, biz qayıdanda axı işləyənə mütləq hesabat verəcəyik. Bizi əsl yerlərə aparın. Sonra bizi apardılar, o qəsəbələrə ki, birinin tinindən o birinin başlanğıcı gedən artıq start götürür. Bizim uşaqlar ki, orada futbol oynayırlar. Dedilər ki, bax budur. Kiçik kəndirlərlə oranı bağlayıblar və orada boks üzrə gələcək çempionlar yetişir. Ona görə Texnofestdə yüz minlərlə insanımız kiminsə inzibati təşkili olmadan ora getdilər. O insanların texniki, texnoloji startap imkanlarını genişləndirmək lazımdır, o vəsaiti onlara vermək lazımdır. İnanın, görəcəksiniz, o Bayraqdar silahlarını onlar yaradırlar. Bakı Dövlət Universitetinin yüz illik yubileyində cənab prezidentin çıxışı düz yüz ilin çıxışı olub. Biz çox sonra dərk elədik ki, bu elə müharibənin anonsu idi. İkincisi də, həmin çıxışın dalğalarında sonrakı o qələbələr gəldi. Müşahin müəllim haqlı olaraq onları Qarabağ Universitetinə qədər davam elətdirdi. İndi görürsünüz, İlham Əliyev Qarabağı həm də siyasi kimlik, dövlət kimliyi, dövlət protokolu, dövlət görüşləri, strateji müqavilələr və s. ə çevirir və Qarabağa elm gətirir ki, bizim el misalımız var: hardan nazirlər, ordan üzülər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri