Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Tramp Harvarda 30 gün vaxt verdi

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Zahid Orucdan SENSASİON ÇIXIŞ

Zahid Orucdan SENSASİON ÇIXIŞ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında büdcə layihəsi barədə çıxış edib.

Moderator.az-ın məlumatına görə, Zahid Oruc deyib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Prezident İlham Əliyevin iki ali məqsədini görməyə imkan verir:

“Ölkə rəhbəri Qələbədən sonra Azərbaycanın artan beynəlxalq nüfuzunu tarixmizdə ilk dəfə dünyanın bölüşdürülməsində obyekt kimi deyil, subyekt kimi iştiraka yönəldir. Müstəqillik dövründə hərbi büdcəni ən yüksək həddə - 8.3 milyard manata çatdırmaqla Ermənistandan çox, başqa təhlükələrin qarşısını alır. Qürurla qeyd edək ki, Qlobal İqlim Zirvəsi planetar miqyasda Qələbəmizin davamı, növbəti diplomatik-siyasi uğur, Yaşıl Azərbaycan quruculuğuna əvəzsiz töhfə oldu.

Bəllidir ki, büdcə layihəsi aylarla hazırlanır, lakin beynəlxalq təhlükəsizlik şəraiti hər gün dəyişir. Geosiyətin əlifbasına görə, sərhədinə 500 km-lik yaxınlıqda müharibə gedirsə, tarazlı büdcə siyasəti üçün bütün riskləri hesablamalısan. Layihədə yalnız neftin qiymət konyunkturasına uyğun 3 ssenariyə baxılıb. Lakin ən azı iki regional savaşın radiusu böyüyür və dövriyyəyə kütləvi qırğın silahları daxil olur. Büdcəsi 1.4 trilyon dollar olan NATO-ya üzv ölkələrdə hərbi təlimlərin intensivliyi 3 dəfə artıb, son bir ildə dünyada toplam hərbi xərclər 7 faiz artaraq 2.4 trilyon dollara çatıb. Əlbəttə, şişirdilmiş ehtiyatlılıq və əsassız bədbinliyin də əleyhinəyik.

Militarist iqtisadiyyat, hərbi relslərə daşınmağı da təklif etmirik. Onsuz da müasir dövrdə təhlükəsizlik yalnız hərbi vasitələrlə təmin olunmur.

Yerləşdiyimiz regionda baş verən müharibələrin yeni mərhələyə - strateji çökdürmə və orta-uzaqmənzilli raketlər erasına qədəm qoyması, konfliktlərin coğrafiyasının genişlənməsi, ölkəmizin büdcə planlaşdırılmasında yeni rejimə - dövlətin xalq qarşısında birinci dərəcəli öhdəliklərinin yerinə yetirilməsi siyasətinə keçməyi zəruri edir. Sosial xərclər, enerji infrastrukturunun fasiləsiz çalışması, ordunun təminatının artırılması, Böyük Qayıdış kursunu saxlamaq şərtilə bir çox ikinci dərəcəli xərcləri, bəzi investisiya layihələrini təxirə salmaq olar.

Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq. Vətəndaşlarımız bilir ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir. Lakin Prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik”.

Z. Orucun fikrincə, əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək:

“O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.

Komitə sədri əlavə edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixrac-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur:

“Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə, gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər.

Növbəti ildə neft hasilatının azalmasının - 29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik. Qlobal təhlükələrin artdığı dövrdə ərzaq təminatı birinci yerdə dayanır.

Layihədə göstərilir ki, idxal olunan malların həcmi cari ilin birinci yarısında 13 milyard manat təşkil edib ki, onun da 40 faizi, yəni 5 milyard manatdan çoxu istehlak mallarıdır. Göründüyü kimi, idxaldan asılılıq artıb. 2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına1.1 milyard manatdan çox vəsait ayrılıb. Lakin Palatanın rəyində vurğulanır ki, aqrar sahəyə son 7 ildə 3 milyard manatdan çox subsidiya verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, lakin subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri 12 % azalıb. 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılsa da, nəticə arzuolunan səviyyədə deyil.

Cari ildə ölkəmizə 104 milyon manat dəyərində diri heyvan gətirilib. Əhalinin tələbatının 80 faizi qədər kartof, 35 faizi qədər ət, 50 faizi miqdarında süd istehsal olunur. Bu yerdə Ulu Öndərin 4 mart 1994-cü ildə ölkədə müharibə getdiyi bir vaxtda keçirdiyi 4 saatlıq kənd təsərrüfatı müşavirəsini xatırlatmaq istərdik. Heydər Əliyev auditoriyaya üzünü tutaraq, soruşur - deyin görək, Azərbaycanda nə vaxt 280 min ton pambıq yığılıb?!.. Yadınızdadırsa, bu, 60-cı illərdə olub. Sonra pambıqçılığın inkişafı üçün səmərəli tədbirlər görüldü, yeni sahələr təmizlənib əkin üçün yararlı hala salındı, su qurğuları yaradıldı. Təcrübə artırıldı və nəticədə istehsal sabit olaraq 800 min tona çatdı. Üzüm istehsalı 1,8 milyon ton, taxıl istehsalı 1,6 milyon ton oldu”.

Komitə sədri daha sonra bunları söyləyib:

“Bəli, Azərbaycana paxıllıq, düşmənçilik edən adamların, xüsusən qonşu ermənilərin Azərbaycanda üzüm istehsalının görünməmiş miqdarda artmasına görə ürəkləri partlayırdı. Çünki Ermənistan üzümçülük, şərabçılıq ölkəsi olduğu halda, ildə vur-tut 240-250 min ton üzüm istehsal edirdi, Azərbaycanda isə bir neçə ilin ərzində üzüm istehsalı bir milyon tonu ötüb keçmişdi. O üzüm bağlarını salmaq üçün nə qədər əziyyətlər çəkirdik. Tənək çubuqlarını Avropadan, Bolqarıstandan, Moldovadan, Krımdan gətirirdik. 80-ci illərin sonu, 90-cı illərdə aparılan siyasət böyük zərbə oldu...

Ulu Öndərin çıxışı 2025-ci ilin Yol xəritəsidiir. Biz planlı təsərrüfat sisteminə qayıtmağı təklif etmirik. Müqayisə üçün, Belarus ildə 8.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Ölkəmizin müvafiq göstəcisi 1 milyard dollardır. Beləliklə, əhalinin sağlamlığı və iqtisadi müstəqilliyimiz həm də kənd təsərrüfatından asılıdır.

Heydər Əliyevin yaratdığı zəngin təsərrüfat ənənələrini, bitkiçilik, üzümçülük, heyvandarlıq sahəsindəki sortları-növləri necə qoruyub-saxlayaq? Yüksək məhsuldarlıq naminə Fransadan alma, İspaniyadan armud, xurma, Türkiyədən pomidor toxumları gətirib ərzaq səbətimizi dadsız, keyfiyyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq.

Sonra xəstəliklərə qarşı büdcədən vəsait tələb edirik. Bəlkə səbəbi müalicə edək? İnsanlar məşhur Quba almasını, Göyçayın Mələs narını, Seylondan geri qalmayan Lənkəran çayını, Gədəbəyin ağçiçək kartofunu, Mil-Muğanın ətirli çörəyini tapa bilmir.

Yaşlı nəsil həyatdan gedir, o əmək ənənələri və təcrübələri itir, nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. XX əsrin əvvəllərində Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı. İndi əksinə olub. Qərbin texnologiyalarından imtina edə bilmərik, lakin hibrid məhsullar menyumuzu işğal etməli deyil. Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır”.

Zahid Oruc bildirib ki, istər dinc, istərsə də müharibə dövründə milləti mədəniyyəti qoruyur:

“Bu sahəyə 234 milyon manat ayrılıb. Əlbəttə, Ulu Öndərin adını daşıyan Fond və Mədəniyyət Nazirliyi yüzlərlə layihəyə rəhbərlik edir, yumşaq güc savaşında Zəfərimizə misilsiz töhfələr verirlər. İndi əsas vəzifə Qələbəmizi millətimizin hard diskinə köçürüb onu xarici hücumlardan qorumaqdır. Deyirlər ki, Rusiya 80 ildir İkinci dünya müharibəsinin nəticələrini geosiyasi maraqları üçün istismar edir, “Den pobedı”nı milyonlar dinləyir, Frenkelin “Juravli”si unudulmur. Bizim də dillər əzbəri olan “Zəfər marşları”mız yaranmalıdır. Əsgər qəhrəmanlığını edib, onu salnaməyə çevirmək hərbçilərin işi deyil. Dünyanın harasında dövlət başçısı həm orduya rəhərlik edir, həm də Yazıçılar Birliyinə gedib qəhrəmanlıq povestləri, romanlarının süjetini verir, Bəstəkarlar İttifaqında Qələbə simfoniyaları hazırlayır, sonra rəssamların əvəzindən portret çəkir? Heç bir yerində...

Stalin ayrı hadisədir. “Salam Fərmandeh”i dünya şiələrinin çoxu öz dini-milli himninə çevirib. Bizim öz fərmandehimiz var axı, biz niyə etmirik? Əlbəttə, son “Qarabağnamə” əsəri alqışa layiqdir. Lakin gənclərimizi həvəskar Zəfər mahnılarının ümidinə qoymalı deyilik. Sonra deyirik ki, əhalinin 80 faizi xarici musiqi və filmlərin təzyiqi altındadır. Axı bizim “yumşaq güc” siyasətimiz üçün Böyük Qayıdışın hər fəslini götürüb əsərə çevirmək olar. Bir Nikita Mixalkovun “Beseqon”u bir ordunun işini görür. Qərbin “Oskar”ını alan Mixalkovu sanksiyalara məruz qoyublar.

Bizim mədəniyyət xadimləri sanksiyasız dövləti elə fədakarlıqla müdafiə edirmi? Qardaş Türkiyə haqlı olaraq imperiya keçmişini dirçəldir, “Diriliş Ərtoğrul”u, “Möhtəşəm Yüz il”i, “Paytaxt Əbdülhəmid”i, “Fateh-1453”ü çəkir. Bizim də dirilişimiz, möhtəşəmliyimiz, Şuşa qələbə paytaxtımız, fatehimiz əbədiləşməlidir. Qorxulu kütləvi qırğın silahları “F35”lər deyil, mədəni irsi məhv edən təbliğatdır, “nowarçı”lar, anarxistlər, nihilistlərdir, sosial layihələr adı altında Rotary-lər, Salam Sinemalar, iştirak evləri, ideaLablar-dır.

Büdcə üzərində yüksək işləri alqışlayır, hökumətimizə növbəti 2025-ci uğurlu inkişaf ili arzulayır, təkliflərə diqqətlə yanaşılacağına inanır, büdcə layihəsinə müsbət səs verəcəyimizi bildiririk”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri