Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Zahid Orucdan VACİB ÇIXIŞ

Zahid Orucdan VACİB ÇIXIŞ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə müzakirəyə təqdim edilən “Pulsuz hüquqi yardım” qanun layihəsi barədə çıxış edib.

Moderator.az-ın məlumatına görə, komitə sədri deyib ki, müzakirəyə təqdim edilən “Pulsuz hüquqi yardım” qanun layihəsi ölkəmizin məhkəmə-hüquq sistemində və vətəndaşların konstitusion haqlarının qorunmasında əhəmiyyətli təşəbbüslərdən biridir:

“Ali Qanunun 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilib. Layihə ölkəmizdə hüquqi yardıma ehtiyacın miqyasını, mövcud vəkil potensialını, məhkəmələrin iş yükünü və vətəndaşların real ödəmə imkanlarını qiymətləndirməyi tələb edir. İlk növbədə, layihədə hüquqi dəstək ilkin və peşəkar yardım formalarına ayrılır, xidmətdən istifadə edə biləcək şəxslərin dairəsi konkretləşdirilir. Nəhayət, vəkillərin ildə azı 30 saat ictimai fayda naminə ödənişsiz hüquqi yardım-pro bono fəaliyyəti nəzərdə tutulur. Yeni qanuna ehtiyacın miqyasını mötəbər məhkəmə statistikası göstərir. Ali Məhkəmənin 2025-ci ilin hesabatına görə, il ərzində təkcə birinci instansiyada baxılmış iki fərqli kateqoriya üzrə işlərin ümumi sayı 300 min 356 işdən çoxdur. Göstərilən statistikaya cinayət işləri, inzibati və kommersiya mübahisələri daxil edilməyib”.

Z.Oruc bildirib ki, məhkəmə orqanlarına müraciət edən insanların neçə nəfərinin vəkillərin müvafiq ödənişlərini qarşılaya bilmədiyini göstərən mötəbər tədqiqatlara ehtiyac var:

“Yalnız birinci instansiyada baxılmış 300 min 356 işin 10 faizində vəkil haqqını ödəyə bilməyən vətəndaş varsa, onda 30 mindən artıq iş alınır. Yəni, dövlət siyasətinin maliyyə yükünü hesablamaq üçün təkcə iki sahədən ehtiyaclı insanların çəkisinin qat-qat çox olduğu görünür.

Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının- CEPEJ-in 2024-cü il üzrə Azərbaycana dair hesabatında dövlət hesabına hüquqi yardım göstərilməsi üçün 2 milyon 855 min avro xərcləndiyi bildirilir. Lakin vəsaitin 99,5 faizi cinayət işlərinə, 0,5 faizi isə digər məsələlərə yönəlib. Halbuki yaşayış evindən çıxarılmaq təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən, müavinətlə bağlı dövlət orqanının qərarından şikayət edən şəxsin də peşəkar hüquqi dəstəyə ehtiyacı var”.

Komitə sədri qeyd edib ki, 2024-cü ildə ölkəmizdə hər nəfərə düşən dövlət hüquqi yardımı xərci 0,28 avro təşkil edib:

“Müqayisə üçün Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici isə 0,86 avrodur. Məsələnin ikinci tərəfi vəkil sayıdır. Son illər Kollegiyanın uğurlu fəaliyyəti nəticəsində vəkillərin sayının artıb. 2020-ci ildə ölkəmizdə hər 100 min nəfərə 20,4 vəkil düşürdüsə, 2024-cü ildə müvafiq rəqəm 24,6 olub. Hazırda ölkəmizdə 3 min 3 vəkil var. Avropa üzrə hər 100 min nəfərə orta hesabla 180 vəkil düşdüyü halda ölkəmizdə oxşar göstərici 23 vəkil təşkil edir. Əlbəttə, ölkələrin hüquq sistemləri və vəkillərin funksiyaları fərqlidir. Lakin aradakı fərq xeyli böyükdür. Üstəlik, ölkəmizdə vəkillərin regionlar üzrə sayı da bərabər deyil, yəni yalnız 538 nəfəri-18 faizi bölgələrdə fəaliyyət göstərir. CEPEJ-in 2024-cü il məlumatına görə, Azərbaycanda 631 hakim, yəni, əhalinin 100 min nəfərinə 6.2 peşəkar hakim fəaliyyət göstərir. Oxşar göstəricilər Gürcüstanda 9,9, Ukraynada 12,1, Moldovada isə 13,7 olub. Ölkəmizdə məhkəmə orqanlarındakı iş yükünün böyük miqyasda olduğunu nəzərə alaraq, hakim və vəkillərin sayı artması, eyni vaxtda pulsuz hüquqi yardımın əsaslarının möhkəmləndirilməsi doğru addımdır”.

Zahid Oruc vurğulayıb ki, digər faktor hüquqi yardımın qiyməti məsələsidir:

““ASAN xidmət”in rəsmi səhifəsində şifahi hüquqi məsləhət - 20 manat, iddia ərizəsinin hazırlanması 70–100 manat, kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakı-400 manat təşkil edir. Məhkəmədə tam təmsilçilik isə tərəflərin razılaşmasından asılı olaraq, dəyişir. Layihənin maliyyələşmə müddəalarında ciddi müzakirə tələb edən bir məqam var. 12.1-ci maddəyə əsasən, peşəkar hüquqi yardım üçün hər iş saatına görə minimum aylıq əməkhaqqının 0,0275 misli məbləğində ödəniş nəzərdə tutulur. 2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manat olduğuna görə ödinişin miqdarı saatda 11 manat edir. İlkin hüquqi yardımın hər bir xidməti üçün isə minimum aylıq əməkhaqqının 0,015 misli, yəni 6 manat müəyyənləşdirilir.

Hüquqi yardımın kadr təminatı da xüsusi əhəmiyyət daşıyır. 2024–2025-ci tədris ilində bakalavriat səviyyəsində hüquq ixtisasına ayrılan 1395 qəbul yerin hamısı tutulub. Onların təxminən 600 nəfəri Polis Akademiyası, təhlükəsizlik, gömrük və digər ixtisaslaşmış təhsil müəssisələrinin məzunlarıdır. Hüquqşünas çatışmazlığı inkaredilməzdir. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, pulsuz hüquqi yardımın vahid modeli yoxdur”.

Bütün bunları nəzərə alaraq, komitə sədri qanun layihəsinin növbəti oxunuşları üçün bir neçə konkret təklif irəli sürüb:

“Birinci təklifim hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılmasıdır. İkinci təklifim hüquqi yardımın tətbiq olunduğu iş kateqoriyalarının genişləndirilməsidir.

Üçüncüsü, hüquqi yardımın idarə edilməsində hesabatlılığın daha dəqiq müəyyənləşdirilməsidir. Bir daha dövlətimizin ödənişləri üzərinə götürərək, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında atdığı addımı yüksək qiymətləndiririk. Vətən müharibəsində qalib gələn bir ölkədə-ən ali və bəşəri hüququ təmin edən bir dövlətdə vətəndaş hüqunun müdafiəsi insanların maddi vəziyyətindən asılı olmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri