Qaliblər nəslini yetirən mənəvi ocaq
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
6 ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq qeyd edir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Vətən müharibəsində 20 təhsil işçisi şəhidlik zirvəsinə ucalıb.
Elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, fəxri adlarla təltif edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
Hər bir cəmiyyətin inkişafı, təhsilin səviyyəsi və insan kapitalının formalaşmasında müəllimlərin rolu danılmazdır. Müəllimlik, sadəcə, peşə deyil, həm də bir missiyadır. Müəllimlərə olan ehtiramı ifadə etmək üçün dünyanın bir çox ölkəsində, o cümlədən müasir Azərbaycanda bu gün böyük təntənə ilə qeyd edilir, müəllimlərin əməyi yüksək qiymətləndirilir. Bu gün münasibətilə təhsil işçilərinə fəxri adlar, dövlət mükafatları, diplomlar təqdim edilir.
Son illərdə ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, müəllimlərin maaşlarının artırılması, onların sosial təminatının yaxşılaşdırılması bu peşəyə marağın artmasına səbəb olub. Eyni zamanda, müəllimlərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər, seminarlar, beynəlxalq təcrübə proqramları təşkil olunur.
Hazırda müasir təhsil sisteminin qarşısında yeni çağırışlar dayanır. Qloballaşma, informasiya texnologiyalarının inkişafı, təhsil sahəsində rəqabətin artması müəllimlik peşəsinin də daim yenilənməsini, inkişafını tələb edir. XXI əsrin müəllimi yalnız bilik verən yox, həm də şagirdləri yeni çağırışlara hazırlayan, onların yaradıcı və düşüncə qabiliyyətini inkişaf etdirən şəxsdir.
Müəllimlər – cəmiyyətin sütunu, gələcəyin memarlarıdır. Onların əməyi, fədakarlığı heç bir sərvətlə ölçülə bilməz. Hər bir müəllim öz həyatını uşaqların inkişafına, cəmiyyətin tərəqqisinə həsr edir. Azərbaycan cəmiyyətində müəllim həmişə hörmətə, sevgiyə, diqqətə layiq olub. Ölkəmizin gələcəyi, təhsilin inkişafı, yeni nəsillərin uğurları məhz müəllimlərin səyləri, zəhməti sayəsində mümkün olacaq.
Tural MAHMUDOV,
“Tərəqqi” texniki-humanitar liseyinin direktoru
Baxış sayı:88
Bu xəbər 03 Oktyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















