Icma.az
close
up
RU
Qaliblər üçün gözəl imkan

Qaliblər üçün gözəl imkan

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İkinci Türk İnteqrasiya Olimpiadasının finalçıları Doğu Akdeniz Universiteti və Turan Universitetində də təqaüd imkanları, ödənişsiz təhsil şansı əldə edəcəklər

3 may 2025-ci il tarixində Bakıda final mərhələsi keçiriləcək II Türk İnteqrasiya Olimpiadası (TİO), Türk xalqları arasında əməkdaşlığın gücləndirilməsi yolunda atılan mühüm bir addımdır. TIO-da iştirak edəcək şagirdlər, “Dildə, fikirdə, işdə birlik” şüarını yaşadaraq, Türk xalqlarının ortaq elmi, mədəniyyəti və tarixi haqqında biliklərini nümayiş etdirəcəklər”.

Bu barədə Olimpiadaya hazırlıq üzrə Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu il Olimpiadanın finalçıları üçün daha geniş və gözəl imkanlar yaranacaq: “Belə ki, Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək bu bilik yarışının iştirakçıları Şimali Kipr Türk Respublikası və Qazaxıstan universitetlərindən tam təqaüd qazanmaq imkanı qazanacaqlar”.

Təşkilat Komitəsinin məlumatına əsasən, final mərhələsində iştirak edən, Türk dünyasının müxtəlif bölgələrindən olan şagirdlər arasında ən yüksək bal toplayan 3 nəfər, Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universiteti və Qazaxıstan Respublikası Turan Universitetində 100% ödənişsiz təhsil almaq hüququ qazanacaq: “Digər qaliblər isə müvafiq olaraq 75% və 50% təqaüd şansı ilə ödülləndiriləcəklər”.

O da bildirilib ki, II Türk İnteqrasiya Olimpiadasında iştirak üçün heç bir ödəniş tələb olunmur: “Olimpiada təşkilatçıların və tərəfdaşların dəstəyi ilə bu tədbir həyata keçirilir”.

Qeyd edək ki, Olimpiadanın təşkilatçıları arasında Hədəf Şirkətlər Qrupu, TÜRKSOY, Qazaxıstan Turan Universiteti, Doğu Akdeniz Universiteti, Azərbaycan Atatürk Mərkəzi və digər önəmli qurumlar yer alır. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) isə Olimpiadaya informaisya dəstəyi verən qurumlar arasındadır.

Olimpiada haqqında ətraflı məlumat üçün www.tio.edu.az rəsmi saytına müraciət edə və ya +994-77-220-03-02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Mart 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri